Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

четверг, 14 июня 2012 г.

LAVİNİA...


O rəssam idi.O öz hisslərini fırçaya bulayıb tablo üzərində əks etdirirdi mənəviyyatını.O yaşayırdı öz boyaları,öz fırçası və əsərləri ilə.Bir gün o kor olur...İllərlə o barmaqlar fırçaya toxunmaqdan məhrum olur.Bu onun həyat faciəsidi kiməsə adi gələ bilər...O tənha hiss edir özünü.İçində bir qadın obrazı yaradaraq onu sevməyə başlayır.Bu obraz onun qaranlıqlara məhkum olmuş dunyasında yeganə əlvan rəng olur hansı ki,o əlvan rəngi rəssam öz qəlbinin gözləri ilə görür.O çox çalışır bu obrazı tabloda əks etdirməyə amma risk etmir.Qorxur ki,şüur altı dünyanın yaratdığı bu gözəlliyi barmaqlar korlaya bilər...Bəlkə də o bu obrazı öz fırçasına qısqanır...Amma bir gecə o hisslərini fırçasına tam sığındıraraq bu obrazı tablo üzərində çizməyə başlayır.O bu əsəri əllərinin köməyi,qəlbinin gözləri ilə çəkir...Əsər bitdikdə isə o əsəri uzun illər gizlədir.O öz sevdiyi qadın obrazının portretini belə qısqanır.İllər sonra o əsər sərgiyə çıxmalı olur və portret üçün böyük məbləğ tələb olunur.O məbləğ ki,həmin rəssamı dünya işığına qaytara həmçinin də milyonçu edə bilər...O yenə portret çəkə bilər amma...O özü də bilir ki,bu portertin cizgilərini eyni dəqiqliklə çəkə bilməyəcək.Həm də qısqanclıq...Onun qadın obrazı artıq başqasına məxsus olacaq.Onun qadınının bədən cizgilərinə neçə-neçə həyasız baxışlar bacaxaq...Yox...O əbədi qaranlıqlara məhkum edərək özünü son gününədək öz əsərinə sarılır...Əsərin adı isə LAVİNİA olur...

50 AĞ QIZILGÜL


Güzgü qarşısında dayanır ağ saçlar,

Solğun qırışmış dəri solğun dodaqlar.

Köhne kasmetikalarin içindən götürür pomada,

Ənlik,kirşan o bəzənir amma cizgilər pərişan.

Yadına düşür nəsə açır dolabı,

Asılqandan çıxarır o bəyaz paltarı.

Dolan gözləri gülümsəyir dodaqları deyir:

-Həəə bunu geyinəcəm axı belə o məni daha çox bəyənir.

Görəsən nurani  kimin görüşünə tələsir?

Astaca geyinir qadın həyəcan keçirir.

Yarı seyrəlmiş saçlara əvvəllər  taxardı gül,

Çox düşünür bu dəfə ag saçları qara tül örtür.

Evdən çıxır pilləkənlərlə ehmalca aşağı düşür,

Gecikirmiş kimi yol boyu həyəcanla addımlayır,

Avtobus dayanacağı...

O bilirdi bu yol onu aparır ona,

50 il əvvəl olduğu kimi onun görünüşü qaydasında,

Çatır ünvana...Mağazadan 50 ağ qızılgül alır,

O bunları kimə aparır?Məzarlıq...

O qəbirə yaxınlaşır...Baş daşının tozunu yaylığıyla alır,

Nəsə danışır:

-Həyatımda ilk səni sevdim,

Hər zaman yanımda olacağına söz verdin,

Zalım fələk fırlatdı çarxını aldı əlimdən səni,

Sənin üçün darıxdım...

Bu gün bizim toyumuzun tarixindən keçir  50 il...Xatırladım...

Hər zaman sən gələrdin görüşümə qırmızı çiçəklə,

Bu günsə mən 50 ag qızılgül hər biri 1 ilinə hədiyyə,

Bəxş etdin mənə...

Səhv etdim!Sənə “mənsiz ölərsənmi “-sualını verərkən,

“Sən həyatdan gedərkən məni də özünlə aparacaqmısan?”-Sualını verməliydim sənə.

Sənsə-“Hə” deyərək mənə söz verəydin gərək...

Sən nə vaxt gedirsən?...


Mən hər dəfə siqaretə aludə olmuş insanlardan onu niyə çəkdiyini soruşanda onlar hamısı eyni cavabı verirdilər:”Fikrimi dağıdıram”...Maraqlı idi dedim bəlkə düz deyirlər.Mənim də içimdə sən var idin sağalmaz yara...Çox düşündüm nəhayət dünən axşam mağazaya girəndə bir qutu siqaret aldım.Evə gəldim.Valideynlərimin yuxuya getməsini gözlədim.Hər kəs yatdı.Qaldım tək...Pəncərəni açdım bir siqaret yandırdım...Birinci tüstü...Öskürdüm əvvəl-əvvəl iki,üç,dörd və öyrəşdi sinəm...Başladım çəkməyə...Heç kim bilmədi.İlk rəfiqəmə dedim siqaret çəkdiyimi o da mənimlə çəkdi...Hər dəfə onunla sevgilimizi unudacağımızı danışıb yalançı təsəllilərlə özümüzü aldadırdıq.Sonra onun anası siqaret çəkdiyini  bildi bir gün mənimlə münasibətlərini qırdı.Qaldım yenə tək...İndi də bu tənhalığı söndürmək üçün daha çox çəkirdim.Hər gün artırdı siqaretin sayı...Bir gün axşam da valideynlərim qoxunu hiss etdi...Çox qışqırdılar üstümə döydülər,xeyli nəzarətdə saxladılar...Siqareti də atdım o da getdi...Sonra dərslərimi də atdım.Universitetdə hər gün qaiblərim çoxalırdı.Mənə maraqlı deyildi özünü Einstein hesab edən tərbiyəsiz müəllimlərin “tərbiyəli” övladları barədə nağılları.Mənə maraqlı deyildi rüşvət qoxusunu ciyərlərinə qədər çəkmiş universitet divarları arasında dekanın korrupsiya ilə mübarizə barədə fəal iştirakına görə asılmış buldoka oxşayan simasını əks etdirən portreti...Mənə maraqlı deyildi bacısını sinifdən kənara çıxmağa icazə verməyən “qeyrətli” qardaşların pilləkənin altına düzülüb çıxıb düşən qadın müəllimələrin və qızların ətəyinin altına,arxalarına baxıb küçə sözləri ilə öz aralarında müzakirəsi aparması...Mənə doğma idi boz küçələrin arasında İ-podu yandırıb boş səkilərin birinə sığınıb öz dünyamdakı beşinci fəsildə özümü tapmaq...Universiteti də bitirdim beləcə günləri öldürə-öldürə...Sonuncu universitet günündə çəkilən şəkillərdəki süni ifadələr də mənə maraqlı deyildi ya da hər kəsin həmişə bir yerdə olacağına söz verməsi...Göz yaşları və tələbəlik illəri üçün darıxacağını deməsi...Universiteti bitirməyimizdən iki ay keçmişdi ki,şəhərdə üz-üzə gələn qrup uşaqlarının heç salamlaşmamağını gördüm.”Biz mehriban qrupuq” deyən qruplaşmaların da indi bir-birilə iyrəncə bəhsə-bəhsini də görməli oldum.Oğlanların çox qız tutması bəhsi,qızlarınsa tez ərə getməsi mübarizəsi...Qonşudan qalma dala...Hmm görə nə qədər düşük mənəviyyatın sahibisiz.Nə isə onlar da getdi bir gün...Başladım musiqi ilə məşğul olmağa vokal sinfinə yazıldım...Aydaaa bu dərslərə gedib-gələndə avtobusdakı erotika lap bezdirmişdi...Yaşlı qadına yer verən qızın arxasında dayanan oğlanın...Nəysə...Bir gün bunlardan da bezdim...Atam mənə vokal təhsilimi bitirəndə maşın hədiyyə etdi.Bax bu yadda qalan olmuşdu.Rahat öz maşınıma əyləşib yolumu gedirdim çox şükür məni bezdirən bəzi şeylər də artıq yox idi...Sonra yenə dostlarım oldu...Sən də ara-sıra yadıma düşürdün amma...Yox unutmamışdım yadımda idin...Bir gün maşın qəzasına düşdüm yanımda olan dostların da mənə münasibəti qəzaya uğradı.Ehhh...Maşın getdi elə dostlarım da getdi...Özümə gəlib daha bir karyera qurmağı düşündüm artıq az qala yaşım iyirmi beşə çatırdı.Mənim həyatımda hələ də məni həyata bağlayacaq tutarlı səbəb yox idi...Bir gün söz yazmağa başladım.Bəstəkar tanışım vardı dedim o da musiqi bəstələyər və mən oxuyaram.Eşitmişdim ki,yazıçılar da yazdıqca unudur sevgilisini.Amma məncə bu da siqaret söhbəti kimi yalan idi.Böyük filosof demişdir ki”Bir insanı unutmağa çalışmaq onu hələ xatırladığınızdan xəbər verir”.Mən də nə qədər ki yazırdım demək onu xatırlayacaqdım amma bunu da sınadım...Mahnı da bəstələndi mən oxudum...Bir,iki,üç,beş,on...Konsertim də oldu...Fanatlar,jurnalistlər,kameralar,fotoqraflar...Şəkil çəkdirmək üçün arxamca gəzən pərəstişkarlarım,suallarını yağdırmaq istəyi ilə alışan jurnalistlər,maraqlı məqamları tutmağa çalışan fotoqraf və kameralar...Hədiyyələrimi demirəm hələ telefonuma saysız-hesabsız gələn xoş sözlərlə dolu mesajları,rəsmi səhifəmə yazılan sevgi hissləri.Yenə dostlarım oldu.Küçədə az qala yaxasına adımı yazıb “Filankəslə münasibətim var”deyə yazıb gəzən dostlarım...Bir gün bundan da bezdim...Mahnılar da getdi,səhnə də,fanatlar da daha yazmırdı...Dostlarım da yox oldu...Hə yenə...Hmm...Hər şeydən vacib illərim də getdi...İndi otuz yaşım var...Mənim yaşıdlarımın evi,uşaqları,əri...Mənsə yenə tək...İndi otağımda oturub bunları yazıram.Sonuncu yazımdı daha yazmayacam.Çünki nə qədər ki səndən yazıram yadımda olacaqsan...Daha qələmimi də atıram.Bu məktubdu heç hekayə də deyil bəlkə də...Çünki sənə bir sual yazıram və cavabını gözləyəcəm.Bu vaxta qədər gör nələr gəldi-getdi həyatıma...Unutmadım...Unuda bilmədim...Həyatımda yoxsan amma hamıdan çox sən varsan.Sən hər şeydə varsan.Ən böyüyü elə sən mənim özümdəsən.Özümdən də getdim indi depresiyadayam bəs nə vaxt gedirsən?...

Sən həmişə mənimləsən...


Bu gün yenə avtobusla yol gedirdim.Uzun yol deyildi qət etməli olduğum amma mən bu yol heç bitməsin istədim...Arxa oturacaqlardan birində əyləşdim yanımdakı oturacaqda sən var idin.Amma biz heç danışmırdıq mən sadəcə hiss edirdim sənin varlığını.Bəxtimdən yanımda başqa biri əyləşmək istəmədi avtobusa minənlər başqa oturacaqlarda otururdular mənim yanımda sən idin...Yol boyu mən susurdum elə sən də...Telefonu çıxarıb tənhalıqdan bir not yazdım qeydlərə sən heç soruşmadın nə yazıram deyə...Nə yaxşı ki heç fikir vermədin yazdıqlarıma yoxsa yenə deyəcəkdin ki,”mən yanında ola-ola niyə ayrılıqdan yazırsan yenə”?Doğrudur özüm də oturub dərinə gedəndə anlayıram ki,tək olmadığım halda niyə tənhalıqdan yazım ki?Şəhərə çatdım.Xəfif külək vardı həmin gün.Yanımda idin sən də...Şəhəri gəzdik söhbət edirdik amma heç kim bizi eşitmirdi.Mən səninlə danışırdım elə bil sən də eşitmirdin amma heç bir fikrimə nə etiraz nə təsdiq bildirmirdin.Çox asandı səninlə ünsiyyət qurmaq.Nə vaxt istəsəm danışırsan mənimlə nə vaxt sussam sən də susursan.Evə də getdik.Şam yeməyi hazırladım.Bir boşqab da sənin qarşına qoydum.Sən yemədin.Heç barmağını da vurmadın.Yooox..Ona görə yox ki,sən bəyənməmişdin dadını.Canım sevgilim sən düşünürdün birdən mən doymaram ya da ac qalaram öz payını da saxlayırdın mənə...Gecələri birgə yatırdıq.Yanımda uzanırdın heç toxunmurdun hisslərini ələ alırdın hər gün.Mənə qiymazsan bilirəm...Ona görə səni yatağıma qədər yaxına buraxırdım...Hərdən səhərədək danışırdıq səninlə.Suallar verirdim sənə.Qorxurdum bezərsən onlardan özüm özümə cavab verirdim sənin yerinə.Sən susursun...Bir gecə anam eşitmişdi səninlə söhbətimizi .Yoox bu gün deyəcəm ki,-”sən artıq neçə gecədir ki yanımda yatırsan.Öldürməyəcəklərki məni səninlə heç öpüşmürük də.Sadəcə uzanırsan da yanımda”.Hə belə də oldu amma gecə yox.Səninlə günorta söhbət edirdim ki anam içəri daxil oldu:-“Qızım,kiminlə danışırsan?-dedi.

-Sevgilimlə ana...

-Telefonda?

-Yoox onu görmürsən yanımdadı...

-.........

-Baaaax burdaaa.Yenə görmürsən?

-.....(anam kövrələrək qapını bağladı)

Sonra həkimlər gəldi.Hmm...Məni dəli hesab edirdilər.Sənin yanımda olduğunu onlara hər cür sübut etməyə də çalışdım.Səni  təsvir də etdim.Dedim:-Vallah yanımdadı hər yerə bir yerdə gedirik son vaxtlar.Heç kimin belə sadiq sevgilisi yoxdu.Axı kim bu qədər onu sevən insanın yanında olur?Onlar paxıllıq edirdilər mənə.Həkim qadın idi.Hə!Hə!Axı onu bu qədər sevən biri olmayıb.Bədbəəəəəxt necə inansın axı mənə?Əvvəlcə evimizə gəlirdi o qadın.Sənin barəndə sözlər alırdı məndən.İfritə!Mən də həmişə səni tərifləyirdim səni çox sevdiyimi deyirdim.Bir gün paxıllığından mənim arxamca maşın da göndərdi.Məni evdən ayırdılar ağ otağa bağladılar.Əynimdə də ağ geyim vardı.Ətrafdakılar mənə psix deyirdilər sən yenə susurdun.Axı niyə?Sən sadəcə mənim dalımca gəlirdin.Bir şeyə sevinirəm məni ağ otağa bağlayanda sən də mənimlə girdin bura.Nə fərqi varee bura ya ev?Əsas yenə biz bir yerdə yatırıq,söhbət edirik.Təkcə yemək gətirən xaladan istəmişdim mənə 2 qab gətirsin.Yalandan deyirdim ki:-Doymuram.Əslində isə sənin üçün sifariş verirdim onu.Sən yenə yemirdin.O qab qalırdı.Bir gün bir qab yemək gətirməyə başladılar artıq o xala mənim sifarişimi nəzərə almırdı.Mən də səninlə yeməyimi bölmək istədim.Yarısı yeyirdim yarısını yox.Axı qorxurdum ac qalarsan...Həkimlər yeməyi niyə sonadək yemədiyimi soruşanda “Sevgilimə saxlayıram yarısını o da yesin” dedikdə onlar mənə hər gün iynədə maye yeritməyə başladılar.Mən qışqırırdım.Sənsə yenə susurdun.Axı niyə?Birdən bədənim keiyirdi.Mən sənə baxırdım.Sən mənimlə idin ağrılarımı da gözlərində görürdüm.Sən də bilirdin məni çox incidir.Həkim məndən soruşanda ki:-Bəs biz niyə sənin sevgilini görmürük?

Mən cavab vermişdim ki:-O mənə çox sadiqdi.O təkcə mənim onu görməyimi istəyir bütün gözlərdən gizlənir.

Elə həmin gündən sonra o həkim qadın əsəbləşmişdi deyəsən.Axı kimin sevgilisi belə edib?Hamı bir-birini görür onlar sadiq deyillər.Bir tərəfdən də mən sənin qədər möhtəşəm bir insan olduğunu çox istərdim onlara göstərmək...Əlimi ürəyimə qoydum:-”Onlar” təəssüki səni görmülər amma sən həmişə mənimləsən...Qoy görməsinlər...Bilməsinlər...Əsas mən səni hiss edirəm...

Fahişə Qəlblər...(Lyrics of rap)



Heç sizin ruhunuz içinizdən çıxıb gönüşünüzə baxıb?

Gülüb deyibmi ki, “Sizin iç dünyanız görünüşünüzə uyğun gəlmir”,

Deyibmi ki, “Sizin görünüşünüz iç dünyanıza haqqsızlıq edir!”

                                    ~ * ~ * ~ * ~

Yalanla bəzənmiş nağılların badına getdim,

İllərim aldanmış qəlbimin badına getdi.

Uzaqlaşdım dostlardan onların yeri qəlbimdə itdi,

 Uzaqlaşdışdım özümnən də,

Ağlamıram daha göz yaşlarım da bitdi.

Bitən çox şey oldu...əvəzində nifrət,acı,aqressiya ehhh...

Dayandı nəbz onlar da getdi...

Nəhayət ruhum çıxdı içimdən ətrafımda dövr etdi,

Baxdı əvvəlcə heyrət etdi,sonra ağladı.

“Sənin görünüşünə haqqsızlıq edir iç dünyan”-dedi,

Ruhumun görünüşünə baxdı gözlərim,

Bu gözlər çox əzilmiş eybəcər görüntünü fəth etdi,

Çarəsiz qaldım qarşısında özüm öz ruhumun,

Ruhum ona olan xəyanəti əff etdi,

Amma onun sözləri bu bədəni məhv etdi.

Cismim ruhumun görünüşünü ört-basdır etdi insanları aldatdı,

Heç kim heç nə bilməsə də öyrəndiyim bu həqiqət qayıtdı...

Özümü aldatdı...

                           ~ * ~ * ~ * ~

Sən get!Sən də tərk et get!Qaç bu sakitlikdən,

Sənin qəlbin çoxdan çıxıb bakirlikdən.

Sənin hisslərini aldılar fahişələr,

Aldılar səni məndən çox uzaqlara apardılar...

Axı biz iki mələk saf,təmiz dünyamız vardı,

Axı biz fərqli idik,ilahi bir sevgimiz vardı...

Harda qaldı?Yoxsa yarıdamı qaldı bu romanın ardı?

Bəlkə də heç bu roman deyildi zaman günlərimizi əlimizdən alırdı...

Qaçırdı dəqiqələr sən yanımda ikən vaxt daralırdı,

Sevgi kədəri ucuz satıb,xoşbəxtliyi baha alırdı.

Demə ki,düz demirəm səhvlərini danmağa çalışma,

Bağışlamayacam!İndi qəbul et ya da taleyinlə barışma.

Sən sevgimizi ehtirasına qurban verən insansan,

Sən qəlbini fahişəyə icarəyə verən insansan.

İnsansanmı sən ümumiyyətlə mən düşünürəm?

Necə sevmişdin səni...Yooooox...Hələ də səni sevirəm...

                         ~ * ~ * ~ * ~

Pəncərəmdən qarşı binaya açılır görüntü,

Eyvanda bir qız ağlayır cizgilərdə üzüntü.

Görəsən onundamı sevgilisi vurub qəlbinə yara,

Zaman aparır bu çürümüş qəlbləri görən hara?

Məzara?Yooox!Ölən hisslər üçün həyatdan çoxdan yoxdu,

Qəlb ümüdlərlə dolu,ümüdlər zəif qəmdən toxdu.

Çoxdu indi xoşbəxtlikdən ac sevgi dilənən ürəklər,

Gün gələr “Qəm” ölər Şahzadə yenidən həyata gələr.

Gün gələr mənim tacımı əvəz edər başqa şahzadələr,

Uşaqlıq dostlarım məni başqası ilə əvəz edər.

Başında ucuz tac gəzdirən eybəcər fahişələr,

Siz onlarla özünüzü aldadarkən,

Mən ağ libasda,Tanrı dərgahı və mələklər...