Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

четверг, 14 июня 2012 г.

Sən nə vaxt gedirsən?...


Mən hər dəfə siqaretə aludə olmuş insanlardan onu niyə çəkdiyini soruşanda onlar hamısı eyni cavabı verirdilər:”Fikrimi dağıdıram”...Maraqlı idi dedim bəlkə düz deyirlər.Mənim də içimdə sən var idin sağalmaz yara...Çox düşündüm nəhayət dünən axşam mağazaya girəndə bir qutu siqaret aldım.Evə gəldim.Valideynlərimin yuxuya getməsini gözlədim.Hər kəs yatdı.Qaldım tək...Pəncərəni açdım bir siqaret yandırdım...Birinci tüstü...Öskürdüm əvvəl-əvvəl iki,üç,dörd və öyrəşdi sinəm...Başladım çəkməyə...Heç kim bilmədi.İlk rəfiqəmə dedim siqaret çəkdiyimi o da mənimlə çəkdi...Hər dəfə onunla sevgilimizi unudacağımızı danışıb yalançı təsəllilərlə özümüzü aldadırdıq.Sonra onun anası siqaret çəkdiyini  bildi bir gün mənimlə münasibətlərini qırdı.Qaldım yenə tək...İndi də bu tənhalığı söndürmək üçün daha çox çəkirdim.Hər gün artırdı siqaretin sayı...Bir gün axşam da valideynlərim qoxunu hiss etdi...Çox qışqırdılar üstümə döydülər,xeyli nəzarətdə saxladılar...Siqareti də atdım o da getdi...Sonra dərslərimi də atdım.Universitetdə hər gün qaiblərim çoxalırdı.Mənə maraqlı deyildi özünü Einstein hesab edən tərbiyəsiz müəllimlərin “tərbiyəli” övladları barədə nağılları.Mənə maraqlı deyildi rüşvət qoxusunu ciyərlərinə qədər çəkmiş universitet divarları arasında dekanın korrupsiya ilə mübarizə barədə fəal iştirakına görə asılmış buldoka oxşayan simasını əks etdirən portreti...Mənə maraqlı deyildi bacısını sinifdən kənara çıxmağa icazə verməyən “qeyrətli” qardaşların pilləkənin altına düzülüb çıxıb düşən qadın müəllimələrin və qızların ətəyinin altına,arxalarına baxıb küçə sözləri ilə öz aralarında müzakirəsi aparması...Mənə doğma idi boz küçələrin arasında İ-podu yandırıb boş səkilərin birinə sığınıb öz dünyamdakı beşinci fəsildə özümü tapmaq...Universiteti də bitirdim beləcə günləri öldürə-öldürə...Sonuncu universitet günündə çəkilən şəkillərdəki süni ifadələr də mənə maraqlı deyildi ya da hər kəsin həmişə bir yerdə olacağına söz verməsi...Göz yaşları və tələbəlik illəri üçün darıxacağını deməsi...Universiteti bitirməyimizdən iki ay keçmişdi ki,şəhərdə üz-üzə gələn qrup uşaqlarının heç salamlaşmamağını gördüm.”Biz mehriban qrupuq” deyən qruplaşmaların da indi bir-birilə iyrəncə bəhsə-bəhsini də görməli oldum.Oğlanların çox qız tutması bəhsi,qızlarınsa tez ərə getməsi mübarizəsi...Qonşudan qalma dala...Hmm görə nə qədər düşük mənəviyyatın sahibisiz.Nə isə onlar da getdi bir gün...Başladım musiqi ilə məşğul olmağa vokal sinfinə yazıldım...Aydaaa bu dərslərə gedib-gələndə avtobusdakı erotika lap bezdirmişdi...Yaşlı qadına yer verən qızın arxasında dayanan oğlanın...Nəysə...Bir gün bunlardan da bezdim...Atam mənə vokal təhsilimi bitirəndə maşın hədiyyə etdi.Bax bu yadda qalan olmuşdu.Rahat öz maşınıma əyləşib yolumu gedirdim çox şükür məni bezdirən bəzi şeylər də artıq yox idi...Sonra yenə dostlarım oldu...Sən də ara-sıra yadıma düşürdün amma...Yox unutmamışdım yadımda idin...Bir gün maşın qəzasına düşdüm yanımda olan dostların da mənə münasibəti qəzaya uğradı.Ehhh...Maşın getdi elə dostlarım da getdi...Özümə gəlib daha bir karyera qurmağı düşündüm artıq az qala yaşım iyirmi beşə çatırdı.Mənim həyatımda hələ də məni həyata bağlayacaq tutarlı səbəb yox idi...Bir gün söz yazmağa başladım.Bəstəkar tanışım vardı dedim o da musiqi bəstələyər və mən oxuyaram.Eşitmişdim ki,yazıçılar da yazdıqca unudur sevgilisini.Amma məncə bu da siqaret söhbəti kimi yalan idi.Böyük filosof demişdir ki”Bir insanı unutmağa çalışmaq onu hələ xatırladığınızdan xəbər verir”.Mən də nə qədər ki yazırdım demək onu xatırlayacaqdım amma bunu da sınadım...Mahnı da bəstələndi mən oxudum...Bir,iki,üç,beş,on...Konsertim də oldu...Fanatlar,jurnalistlər,kameralar,fotoqraflar...Şəkil çəkdirmək üçün arxamca gəzən pərəstişkarlarım,suallarını yağdırmaq istəyi ilə alışan jurnalistlər,maraqlı məqamları tutmağa çalışan fotoqraf və kameralar...Hədiyyələrimi demirəm hələ telefonuma saysız-hesabsız gələn xoş sözlərlə dolu mesajları,rəsmi səhifəmə yazılan sevgi hissləri.Yenə dostlarım oldu.Küçədə az qala yaxasına adımı yazıb “Filankəslə münasibətim var”deyə yazıb gəzən dostlarım...Bir gün bundan da bezdim...Mahnılar da getdi,səhnə də,fanatlar da daha yazmırdı...Dostlarım da yox oldu...Hə yenə...Hmm...Hər şeydən vacib illərim də getdi...İndi otuz yaşım var...Mənim yaşıdlarımın evi,uşaqları,əri...Mənsə yenə tək...İndi otağımda oturub bunları yazıram.Sonuncu yazımdı daha yazmayacam.Çünki nə qədər ki səndən yazıram yadımda olacaqsan...Daha qələmimi də atıram.Bu məktubdu heç hekayə də deyil bəlkə də...Çünki sənə bir sual yazıram və cavabını gözləyəcəm.Bu vaxta qədər gör nələr gəldi-getdi həyatıma...Unutmadım...Unuda bilmədim...Həyatımda yoxsan amma hamıdan çox sən varsan.Sən hər şeydə varsan.Ən böyüyü elə sən mənim özümdəsən.Özümdən də getdim indi depresiyadayam bəs nə vaxt gedirsən?...

Комментариев нет:

Отправить комментарий