Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 20 октября 2013 г.

Arzularımız

Səninlə bir neçə arzularımız var idi.Tanış olanda mənə təklif etmişdin “Gəl İstanbula gedək.Orda evlənərik,uşaqlarımız da olar,istədiyimiz kimi işimizi də qurarıq”...Xatırlayıram.Sən həmişə istəyirdin həyət evində yaşayaq mənsə sevməzdim.Deyirdin-Həyət evi gözəldi,uşaqları da həyətə buraxırsan sabahdan axşama kimi oynayırlar axşam da çimdirib yatızdırırsan.İllər keçir bir baxırsan ki böyüyüblər.Hasarın dibində güllər əkərik,hovuz tikərik,balaca itimiz də olar..."
Qızımızın olmasını çox istəyirdin.Deyirdin ikinci uşaq da qız olsa olar amma mən həmişə istəyirdim oğlum da olsun.Sənə bənzəyən təbəssümlə,güləndə yanağı batsın,sarışın olsun bizim kimi,gözləri mənə bənzəsin uşaqlarımızın-deyirdin,eynən sənin kimi baxsın mənə qızımız...Saçları sarı,beli incə,əlləri bəyaz,özü də sənin kimi nazlı olsun...
     Biz ayrıldıq.Mən bir neçə müddət Bakıda yaşadım amma sənin yoxluğun mənə ağır gəldi.Sən olmasan belə səninlə olan arzularımızı reallaşdırmaq qərarına gəldim.
     İstanbula getdim yay aylarında.Bir müddət orda işlədim elə həmin vaxtlarda da bir oğlanla tanış oldum.Eynən sənə bənzər : Hündür,sarışın,gülərkən yanağı batan...Qışda evlilik təklifi etdi arzumuz idi apreldə toyumuz olsun mən də toyu aprelə ertələtdim.Açıq havada,canlı piano və sripkanın müşaiyətiylə çox gözəl toy baş tutdu.”Rusalka” tərzi gəlinlik geyinmişdim.Səninlə gəlinlik salonlarını gəzərkən sən demişdin - mən istəyirəm sən elə bir gəlinlik geyinəsən.Geyindim...
     Həyət evi aldıq yoldaşımla.Hovuzlu,hasarın yanında çiçəklər də var idi onlara çox qulluq edirdim.Hər mövsümdə gözəl idi həyətimiz.Sonra yoldaşım mənə balaca it hədiyyə etdi.Həmin ildə mən hamilə idim.Qızım olacaqdı.Adını Yağmur qoydum yoldaşım da etiraz etmədi.Eynən mənim kimi sarışın,incə belli,bəyaz əlləri olan bir qız oldu böyüyüb.Oğlum da oldu sonradan 3 yaş fərqləri var bir-birindən.Onun da adını İsmihan qoydum.Sənin adına bənzəsin deyə...

      Evlilik həyatım sakit keçirdi.Yoldaşımla aramızda heç vaxt böyük problemlər yaşamadıq çünki mən səninlə yaşayırdım onunla yox...O bunu hiss etmirdi mənə çox aşiq idi gözü heç nəyi görmürdü.Hə,bunları yazmaqda məqsədim o idi ki,istədim biləsən bizim qismətimiz bir olmasa da bizim arzularımız həyata keçdi.Bu mənim poçt ünvanımdı.Sən də yaz.Bəs sən nə etdin bizim qalan xatirələrdən?Unutdunmu?Yoxsa həyata keçirdiyin oldumu?Adımı yazmayacam bilirəm bu arzular yalnız bir qadınla yaşana bilərdi ki,o da mənəm.Sənin .....n 
                                                                         Şahzadə

пятница, 4 октября 2013 г.

Mən "O" deyiləm

                                       Mən "O" deyiləm 

                           

                                                 

Güclü yağış yağırdı.Özümü tələsik addımlarla dayanacağa çatdırıb ilk gələn avtobusa atdım.Çəkmələrim alcaq daban olduğundan ayağım suya düşəndə islanmışdı.Hava soyuq deyildi və külək yox idi adətən belə havanı sevirdim.Amma evdə pəncərədən izləyərkən...Çox narahat hiss edirdim özümü evə çatan kimi tez hamama girəcəkdim.Avtobus gəldi və mən çətirimi bağlayıb tez avtobusa mindim.Dəhşət basa-bas idi.Çantamı qoluma kecirib bir təhər özümə yer eləmişdim ki,üzbə üzdə dayanan oğlanı arxadan möhkəm itələdilər və o mənə toxundu.Onsuzda yorğun halımla özümü güclə saxladığımdan əsəbi şəkildə başımı qaldırıb:-Bir az ehtiyyatlı olun daa- dedim.
Oğlan utancaq şəkildə:
-Üzr istəyirəm xanım,istəmədən oldu- dedi.
Gözlərimiz toqquşan anda ondan bir elektrik aldığımı anladım.O da gözlərini qaçırırdı sonra yenidən baxırdı sonra yenə...Zatən üz-üzə idik mən arada başımı qaldıranda görürdüm ki,üzümə baxır.Elə ki,mən də ona baxırdım gözlərini qaçırırdı.Avtobus sonuncu dayanacağa yaxınlaşırdı.Deyəsən o da qonşum idi.Çantamdan pul çıxarmaq istəyirdim ki,çətir əlimdən düşdü və o anda çantam da qeyri-ixtiyari olaraq çevrildi.Tələsik halda əyilib yerə tökülənləri yığmağa başlayırdım ki,o da mənə yardım etməyə başladı.Çantanı doldurdum və dodaq boyasını mənə uzatdı o andaca:
-Çantanızda buna ehtiyac yoxdur,gözəlsiniz...-dedi
Xəfif təbəssüm edib dodaq boyasını aldım və dayanacaqda avtobusdan düşdüm.O da mənimlə.Əslində bu komplimenti başqa biri etsəydi bəlkə də heç o təbəssüm də olmazdı amma o mənim ürəyimə yatmışdı.Kölgəsini ardımda görüncə həyəcanlanırdım.Kaş onu yenə görəydim.Görən harada yaşayır?Kaş bir bəhanə ilə yenə mənə yaxınlaşaydı-kimi fikirlərlə açarı çantamda axtarmağa başladım.Çətir mane olurdu və binaların arasında məni külək yaman tutdu.O anda arxadan yaxınlaşaraq cəld çantamı alaraq:
-Burda bir xanıma yardım etmək lazımdır deyəsən-dedi və gülümsədi.
Yenə gülümsədim.O:
-Binanız hansıdır?
-Elə bu tindəki...
-Problem olmaz ki,bloka kimi yardım etsəm?
-Yox,problem olmaz amma sizə əziyyət olacaq.
-Yox əşşi nə əziyyət?Xoşdur (gülümsədi)
Mənə də xoş idi.Evdə məni Aysel gözləyirdi.Yəni bacım.Nişanlı idi mənimsə hekayəm çox uzundur.Ayselle tək qalırdıq valideynlərimiz 5 il idi ki,Türkiyədə biznes qurub yaşayırdılar və yalnız yaydan yaya onlarla görüşürdük.Ya biz ora gedirdik,ya onlar bura gəlirdilər.Anam dəfələrlə demişdi çıxın gəlin bura.Lakin Aysel nişanlı olduğundan oğlanı burda qoyub gedə bilmirdi.Toyu olar olmaz mən getmək barədə düşünürdüm.Məni də bu şəhərə daha heçnə bağlamırdı.Amma böyük bacı olduğumdan onu tək də qoyub gedə bilmirdim.
Bloka yaxınlaşdım.Çantamı götürmək istəyirdim ki:
-Bir də sizi nə vaxt görə biləcəm?-dedi
-Siz də burada qalırsız?
-Hə.Əslində yox amma hə.
-Bu necə olur?Hə ya yox?(gülümsədim)
-Sabah eyni dayanacaqda gözləyəcəm.Evə qədər sizə hər şeyi danışaram.Gecəniz xeyrə qalsın-dedi və çantamı verib çönmüşdü ki,arxasınca onun səslədim:
-Heeey,adın necə oldu bəs?
  O mənə tərəf çönüb gülümsədi və cavab vermədi...
Pillekanları çıxa-çıxa içimdə qəribə hisslər tuğyan edirdi.Qapıya çatıb açarı saldım.Aysel adətən bu vaxtlar dərslərini oxuyurdu və qapı döyüləndə otağından çıxmağa ərinirdi.Ona görə mənim öz açarım vardı.İçəri daxil olub plaşımı və ayaqqabılarımı çıxarıb otağa keçmədən hamam otağına girdim.Duşdan açılan isti su canıma yayıldı sanki.Hamamdan çıxanda baxdım ki,Aysel kitabların yanındaca yatıb.İşığı söndürüb öz otağıma keçdim.Gözüm güzgünün kənarına bərkidilmiş şəklə sataşdı.Fərhad məni qucaqlamışdı arxadan...Biz ayrıldıqdan sonra onu xatırladan hər şeyi ortadan yığışdırsam da bir tək bu şəklə toxunmamışdım
Fərhad...Çox sevdiyim,ömrümü həsr etdiyim insan.Bilmirəm onu necə təsvir edim?...Sevgilim mi?Həyat yoldaşım mı?Əslində heç vaxt ailə qurmamışdım amma Fərhad mənim ilk sevişdiyim insan olub.Uzun və filmlərdəki kimi romantik sevgi yaşamışdıq onunla.Hər şeyi içdən istəyərək...İndi o başqa ölkədədi.”Məsafələr sevgiləri soyutmaz “ fikri ilə heç razılaşmadım.Ən çox qısqanclıqlar yarandı aramızda tez-tez facebook-da dava edirdik gah “münasibətdə” statusunu qoyurduq gah götürürdük.Məni qısqandırmaq üçün etdiyi şeylər əslində ondan soyumağıma səbəb oldu.Yani münasibət cəhətdən...Amma içdə onu hələ də dəli kimi sevirəm.Və O-ndan sonra həyatımda heç kim olmayıb.Avtobusdakı oğlan da ona çox bənzəyirdi və bəlkə də mənim anlaşılmayan hisslərimə səbəb bu oldu...
Bu səhəri başqa həvəslə oyanıb hazırlaşmaga başladım.Sacımı axşamdan fenlə düzləşdirə bilmədiyimdən yuxarıdan toppuz şəklində yığdım.Çoxdandır makiyajdan istifadə etmirdim.Bu səhər çox özəl görünmək istəyirdim.Əynimə ən gözəl donumu geyinib,rəfdən başqa ayaqqabı da seçərək evdən çıxdım.
 Bu gün işdə otura bilmirdim.İşin bitməsini səbirsizliklə gözləyirdim.Tez-tez güzgüyə baxırdım makiyajımın korlanan hissələrini düzəldirdim.Nəhayət iş saatım bitdi və mən dayanacağa doğru addımlamağa başladım.O da artıq məni gözləyirdi.Yaxınlaşan kimi əlini uzadaraq:
-Salam.Bu gün çox gözəl görünürsən-dedi.
Lap həyəcanlanmağa başladım.Yenə yol boyu söhbət etdik və o mənə heyranlığını gizlədə bilmirdi.Adını da söylədi.Adı Orxan idi.
Beləcə biz hər gün o dayanacaqda görüşüb evə gəlirdik.Sonrada öyrəndim ki,qonşuluqda qalmır sadəcə həmin axşam mənə görə o boyda yolu gəlibmiş.O mənə artıq sevgisini də etiraf etmişdi.İstirahət günlərini də birlikdə keçirirdik.O da mənə öz həyatından bəhs etmişdi.Keçmiş sevgilisinin adı İlahə olub və onu unutmaq üçün uzun müddət depresiya keçirmişdi Orxan.İlahəylə ayrılıqlarına səbəb Orxan əsgərlikdə olarkən ailəsinin İlahəni başqa birinə ərə verməsi  olmuşdu.Orxan bu zərbəni uzun müddət unuda bilməzdi amma mən də Fərhaddan aldığım zərbəni yeni sevgiliylə ovudacağıma inanırdım və ovudurdum da.Orxan da mənimlə xeyli xoşbəxt idi.Tez-tez kinoya gedirdik,Orxan rəsm sərgilərini sevdiyindən sərgilərə gedirdik,akustik konsertlərdə olurduq,əylənirdik.Hər şey ilk baxışda çox gözəl idi...
Bir gün onun dostunun ad gününə birlikdə getmişdik.Orxan xeyli içmişdi.Məni evə gətirdi və mən nədənsə onu evə buraxmaq istəmirdim həm sərxoş olduğu üçün həm də artıq gec idi bu vaxt o avtobusa çatmayacaqdı hələ 1 saat yol getməli idi.Aysel də bu gecə rəfiqəsi gildə gecələyəcəkdi.Orxandan qalmasını istədim.Öz otağımı ona verdim özüm isə gecələmək üçün Ayselin otağına keçdim.Güzgüyə yaxınlaşıb pampıqla makiyaj siləni götürdüm və kosmetikamı təmizləməyə başladım.Təzəcə patarımı çıxarmışdım ki,Orxan qəflətən otağıma girib mənə arxadan sarıldı.Mən də bir az sərxoş idim və içkinin təsirindən ona qarşı çıxa bilmədim.Əli ilə saçlarımı çiynimdən kənara atıb boynumdan öpməyə başladı lap gücsüzləşirdim.Fərhad da həmişə eynən bu formada öpərdi məni...
Qeyri-ixtiyari olaraq sevişməyə başladıq.Fərhad...O ağlımdan çıxmırdı.Onunla ayrıldıqdan sonra heç kimi özümə yaxın buraxa bilmirdim mənə elə gəlirdi ki,bu bir xəyanətdi.Lakin,Orxan...Onu da sevirdim...O Fərhada bənzəyirdi.Fərhad kimi öpüşürdü.Dayanmadan öpürdü məni.Və bir an oldu ki,Orxan qulağıma pıçıldadı:
-İlahə,səninçün çox darıxmışdım...
    Səhərə qədər Orxan bu hərəkətinə görə əzab çəkdi mənsə Ayselin otağına keçib yataqda ağladım.Hava işıqlaşanda qapının səsini eşitdim.O stolun üstünə bir kağız parçası qoyub evdən çıxmışdı.
“Bağışla,üzr istəyirəm”
  Kağızı əlimdə sıxıb otağıma keçdim və dərhal çantamı yığıdım güzgünün kənarından Fərhadın şəklini götürüb cüzdanıma qoydum.Hava limanına doğru yola düşdüm.Bacıma yolda mesaj yazdım.
“Türkiyəyə gedirəm mama gilin yanına.Uzun müddət burdan uzaqda qalmalıyam.Sənə yastığının altında 2-3 aylıq idarə etmən üçün pul qoymuşam.Bağışla belə plansız qərarım üçün.Sənin üçün darıxcam”...

    Əgər keçmiş sevgilini qəlb unutmayıbsa bədən deyil bütün cahanı versən xoşbəxtliyi tapmayacaqsan.Təsəlli tapmaq üçün yox xoşbəxt olmaq üçün sevgi axtarın...Və sevgilini özünüz unutmağa cəhd etmədiyiniz sürəcə onu kimsə sizə unutdura bilməz...
                                                                                         ŞAHZADƏ