Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

вторник, 12 августа 2014 г.

Şahzadə ilə Çobanın nağılı



Biri vardı biri yox idi.Bir Şahzadə var idi.Ailəsinin sevimlisi,dostlarının ən çox istədiyi insan idi.Gözəl idi,hər şeyi vardı.Bir qızın Tanrıdan arzu etdiyi nə varsa o sahib idi hamısına.Bir istəyi vardı həyatının sevgisini tapmaq.Bir gün gəzməyə çıxarkən bir Çobanla təsadüfən tanış olur.Çoban çox yaraşıqlı olur Şahzadə gözlərini çəkə bilmir ondan.Söhbət edirlər və çoban qarşısındakı xanımın Şahzadə olduğunu öyrənir lakin qızın sadəliyi onu cəlb edir.Şahzadə ona nömrəsini verir və harda yaşadığını deyir.Əslində Şahzadə bilirdi evdə onun hansı oğlanla tanış olduğunu bilsələr bu sevginin sonu olmayacaq.Lakin Şahzadə vurulur çobana.Çoban bütün gecəni Şahzadəyə mesaj yazır.Şahzadə bütün gecə çobanla bağlı xəyallar qurur.Bu sevgi böyüyür hər gün.Şahzadə hər boş vaxtı olduqca çobanla görüşür.Onu ən bahalı restoranlara aparır,dadlı yeməklərə qonaq edir,maşınında gəzdirir.Çoban bilir ki,bunları əslində o şahzadə üçün etməlidi lakin o həm də bilir ki,şahzadə onu olduğu kimi qəbul edib.Şahzadə dostlarına ondan bəhs edir lakin dostları onun çoban olduğunu və şahzadə üçün heç nə edə bilməyəcəyini başa salmağa çalışırlar.Şahzadə heç kimi dinləmir sevgilisinə hər gün daha çox bağlanır.Bir il keçir şahzadə evdə sevgilisindən  bəhs edir onun çoban olduğunu deyir və ailəsindən də onu olduğu kimi qəbul etməklərini valideynlərindən bəzən dava edərək bəzən xahiş edərək istəyir.Valideynləri çobanı qəbul edirlər.Yaraşıqlı,boylu-buxunlu çoban artıq şahzadənin dostlarını da fəth edir.Mədəni davranışı ilə hər kəsi “ələ alan” çoban şahzadənin qəlbində hər gün böyüməyə başlayır.Şahzadə onunla evlilik xəyallarə qurur,gəlinlik mağazalarının yanından keçəndə gülümsəyir,uşaq əşyaları görəndə sevgilisini xəyalına gətirərək ana olmaq arzularını dünyasında böyüdür hər keçən gün.Şahzadə çobanın ad günündə ona öz evlərinin yanında torpaq sahəsi hədiyyə edir.İşə düzəlməyinə dəstək olur və başlayərlar şahzadəylə gələcək evlərini tikməyə.Şahzadə ona bəzən ona ev əşyalarından nəyisə hədiyyə edir.Beləcə ev başa çatır.Çobanın ad günündə şahzadənin atası ona maşın hədiyyə edir.Artıq onlar 2 ildən çox bir-birini sevirlər.Şahzadə onu hər bayram öz ailəsinin qohumlarının yığışdığı bahalı restoranlara aparır,gözəl geyimlər alır çobanın heç kimdən pis görünməsinə ya da aşağıda olmasına imkan vermir.Çoban artıq şahzadənin tam ailəsinə daxil olur və hər kəs bilir ki onlar evlənəcəklər.VƏƏƏ STOP!!!Bir gün şahzadənin rəfiqəsi çobanın hansısa klubda fahişələrlə əyləndiyini telefona çəkərək şahzadəyə göstərir.Çobanın əynində şahzadənin hədiyyə etdiyi geyimlər,qol saatı,onlar klubdan çıxır çoban şahzadənin atasının hədiyyə etdiyi avtomobilə fahişəni mindirərək harasa yollanırlar.Şahzadə pərişan olur.İnanmaq istəmir lakin görüntü ona çox ağır gəlir.Beləcə bu fakt təstiqlənir və Şahzadə çobana hədiyyə etdiyi heç nəyi geri almadan çobanın həyatından yox olur...
Çobansa həmin vaxtdan fahişələrlə əylənir,bəzən işini itirir,maşını artıq köhnəlib,şahzadəylə tikdiyi evdə isə hər səhər bir fahişə oyanır şahzadənin çobana hədiyyə etdiyi fincandan çay icərək çobanın pullarını sovurur.


Saf sevgi və kiməsə dəstək olub onu ayağa qaldırmağın sonu bu nağıl kimi bitir.İndi bütün münasibətlər məqsəd üzərində qurulur.Bəzən buna qarşı olsam da bəzən çoban alfonsların şahzadələrinin hesabına kral olaraq arxa nahiyyəsinin açarını itirməsini və şahzadənin tacını fahişələrə tapdalatmasını gördükdə məqsədli münasibətlərə haqq verir və hec bir çobana kral kimi davranmamağa çağırıram qızları.Özünüzü sevin tacınızı qoruyun əziz xanımlar...Doğuluşundan çoban olanı Kral etmək mümkün deyil.Səfil həyatı sürən insana tacınız ağırlıq edəcək buraxın zir-zibilin içində yaşasın həyatını.Zira,Şahzadənin Kralı olmaq hər kişinin işi deyil