Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 26 октября 2014 г.

Pərvanə


Salam.Mənim adım Arzudu.Bilmirəm kimin arzusu olmuşam ama mənim arzularım çox olub.Məni məhv edən arzuların “Arzu”su olmuşam mən.Nə zaman kimisə sevsəm,nəyi istəyib ona çatmağa çalışsam məni məhv edib.Dostlarıma çox bağlı insan idim mən.Sonra anladım hamısı sadəcə xoş gündə insanın yanında olan varlıqlardı.Valideynlər də bəzən səninlə mənfəət olaraq davranır.”Səni dünyaya gətirmişik ki,böyüyəndə bizə baxasan”.Dünyaya gəldiyin gündən sənə məqsədli davranırlar biz dostların bizi istifadə etməsindən niyə inciyək ki?Sevgi desən...O daha böyük axmaqlıqdı bu şəhərdə.Bir cəmiyyətdə ki,qadına “seks maşını” olaraq yanaşırlar hansı incəlikdən,romantikadan söhbət edək?
Mən çox həssas insanam.Sevgiyə də,romantikaya da ac biriyəm.Bu məni məhv edir.Hər dəfə inanmağa çalışıram,sınayıram,hər cəhtlə hiss etmək istəyirəm ama mən daş heykəllərin içində “ipək qəlb” axtardığımın fərqinə varanda pərişan oluram.
Ağlamaq,günlərcə üzülmək,dərinə getdikcə batmaq sonra öz saçlarından özünə “kəndir” düzəldib içində olduğun quyunun içindən çıxmağa çalışmaq...Dərinə batmaq bir çür ağrıdır ruhu,quyudan çıxmaq başqa cür.
Əylənmək,süni gülüşlər,guya sən dünyanın  ən pozitiv insanısan kimi davranmaq,sakitlik axtarmaq,kimsənin səni görmədiyi yerə çəkilib ağlamaq,sonra solğun cizgilərini kirşanla canladırıb heçnə olmamış kimi günə qaldığın yerdən davam etmək...O belə səni sən bilmədən məhv edir...Hər şeyin yaxşı olmasına çalışdıqca MƏHV OLMAQ teoriyası...Nə qədər də qəribədi.Bu bir telefon almaq üçün 2 ay işləyib pul yığmaq kimi bir şeydi.Bir dənə yaxşı bir şey olacaq deyə,sən 2 ay vaxtını,əsəbini,sağlamlığını itirirsən.

Pərvanə...Gərək mənim adım Pərvanə olaydı.Həmişə sevdiyim şeylər məni məhv edib.Yazmağa başlamaq səbəbim də elə bundandır.Məhv olan şeylərimi yazmaqla təsəlli edirəm.Bəzən yaşamaq istədiklərimi,bəzən artıq yaşamış olduğum şeyləri qələmə alıram.İnsanlar oxuyur,həzz alır,-“Gözəl yazmısan,Necə qəşəng sətirlər var”-deyir,heç fərqinə belə varmadan ki,sizin oxuyarkən həzz aldığınız cümlələr məni məhv edən hadisələr əsasında yazılır...Mən sevdiyim insanların “Pərvanə”siyəm,ya da mən hansısa pərvanənin “Arzu”suyam,bədənimdə yuva qurub zaman-zaman ruhumu “yandırmaq üçün....

Ocaq deyək dünyanın dərdini daşıyanlara,
Nur deyək,Pərvanə ömrü yaşayanlara...

понедельник, 13 октября 2014 г.

Vicdanlı Əclaf


O gedən gündən heçnə vecimə deyil.Çox alçaq biri olmuşam boynuma alıram.Bir insana dəli kimi aşiq olub,sadiq qalıb onun üçün dünyadan ayrılıb göydən günəşi gətirib nura boyasan belə dəyərsiz qaldığımı anladığım gün başladı bu günlər.Bu arada mənim adım Fəriddi.24 yaşım var.Oğlanların əksəriyyəti kimi mənim də dərdim qızlardı.Ama eqom çox yüksəkdi.Mənimki gözəl qızlardı bir də zövqlü.Hər qıza “qoz qoymuram”.Bəzən aylarla yatağımda qız olmur bəzən hər həftə sonuna bir qadınla yatıram.Demirəm ki,onlarla sadəcə yatmaq üçün bunu edirəm mən gözəl qadınlardan zövq alıram.Bəzən aralarında qısqandığım da olur.Sonra özümə "update" verirəm NƏ SEVGİ?Onlara toxunmaq,öpmək,onların incə qollarında məst olmaq və sevdiyim qadının ətrini unutmağa çalışmaq...Və hər belə gecədən sonra ağlamaq hamamda,soyuq suyun altında yanan ürəyi soyutmağa başlamaq.Bəlkə də bütün bu qadınlarda kiminsə ətrini unutmağa çalışarkən o qadınlar da məndə kiminsə ətrini unutmağa çalışırmış deyə düşünürəm.
Gözəllik...Hər dəfə özümə,ehtirasıma sahib çıxa bilmirəm gözəl qadın görüncə.Əvvəllər bir qadına aid olmağı bacaran biriydim.Siqaret yandırıram onun tüstüsündə bütün “qadınlarımın” bədən cizgilərini xatırlayıram,yadıma düşür öpdüyüm hər qadının boynu,incəliyi,beli...Sonra hamısı iyrənc gəlir mənə.Onların “kolleksiyasının” bir “puzzle”-ı olmaq istəməzdim mən.Bir qadının,bir sevgilinin,bir qızın hər şeyi olmaq istəyirdim mən.Olmadı...İndi sanki bu qancıqlarla yatanda onun xəyanətinin qisasını alıram hamısından.Əslində hər birinə xəyanət edirəm-deyə düşünürəm zövq verir.Qadınlar bəzən saf sevgiyə ucuz yanaşır.Maşın,pul,yaraşıqlı olmaqmış vacib olan.Məndə də hamısı var.Ama onların heç birindən qadınlar yararlana bilmir.Mən imkan vermirəm daha dəqiq desək.Yaraşığımı istifadə edirəm ən çox.O da bu fahişələrdən nəsə almaq üçündü yenə də.Alıram...Mənə hər cəhtlə özünü “ağır” göstərməyə çalışan çəkisiz ifritələr gördüm nə qədər.Ailə qurmaq istəyən zövqlü qadınlar da az olmadı bu günədək hələ də var.Ama mən daha heç kimə aid olmaq istəmirəm.Deyirlər belə həyatın da sonu olmur vecimə də deyil.Harda qırılar,qırılar da...Mənim “Mən”-i çoxdan çıxıb gedib içimdən...Bilmirəm heç o daha yaxşı idi yoxsa bu...Bilmirəm...
“Dünən gecəki mən deyiləm,mən sevgiyə inanıram və sevgiylə sevişməyi tərcih edirdim axı”-demək hər dəfə...Mən bu deyiləm,mən bir qadına aid olmaq istəyirdim...Tərk olunmaq fahişələşdirir insanın ruhunu,xəyanət edib gedən fahişənin əsəriyəm mən...Vicdanım var...Vicdanlı Əclafam mən...