Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

пятница, 12 сентября 2014 г.

Bir sevgilim olsun istəyirəm...

Əvvəllər məndə bu hiss istək yox idi.Ya körpə olduğum üçün ya da bu hissin nə olduğunu bilmədiyim üçün.Amma son zamanlar şəhərə çıxıb əl-ələ gəzən cütlüklərə baxdıqda boş qalmış barmaqlarım qəlbimə üsyan edir.Çox maraqlıdı niyə sevgisiz insan stimulsuz və həyata boz pəncərədən baxır?Mən çox soruşdum bu sualı hər kəsdən çox da məntiqli cavab verən olmadı...Öz içimdə axtardım və müxtəlif versiyalar irəli sürdü beynim:Bir sevgilim olsun istəyirəm mənə darıxmağa imkan verməsin,təkcə onun üçün gözəl görünüm deyə güzgüyə baxmaq həvəsi yaratsın məndə.Bir sevgilim olsun istəyirəm hər dar günümdə başımı enli çiyinlərinə qoyub heç də tək olmadığımı dərk etdirsin mənə.Bir sevgilim olsun-güldürsün,şənləndirsin,hər bayram qabağı ona nə hədiyyə alım deyə bütün mağazaları vurum bir-birinə,hər onun ad günü tarixində ilk mesajı mən yazım o da mənimlə xoşbəxt olduğunu məhz məni sevdiyi üçün dünyanın ən böyük ziynətini əldə etdiyini desin mənə.Olmasın maşını.Uzaq məsafələri avtobus oturacaqlarında başımı qoyum çiyninə qısa yolları əl-ələ verib gəzə-gəzə gedək sadəcə.Eybi yox olmasın çox pulu xərcləmək üçün avara dostlara fahişələrə...Olsun bir az...Getməyək restoranlara gəlsin həyətimizə damın üstünə çıxaq hamıdan uzaaaq görüş yerimiz olsun bu məkan gizlicə...Bir sevgilim olsun istəyirəm...Sevsin...Sevsin məni dəlilər kimi yatanda da adımı sayıqlasın gecə mənsə öz otağımda saatın əqrəbləri ilə oynayım vaxtı çəkib qabağa özümü aldadım ki...Görüşə az qaldı...Bəzənməyə başlayım bir neçə saat öncə...Bir sevgilim olsun istəyirəm bəzənməsəm belə gözü olmasın süni gəlincik obrazlı ucuz manikenlərdə,yarıçılpaq iyrənc fahişələrdə...Sevsin...Sevsin məni...Hər toxunuşunda öpmək üçün yaxınlaşanda dodaqlarıma iyrənməyim ki,neçə qadın bədəni görməyib bu cizgilər bu hisslər bu gözlər bakirə...Bir sevgilim olsun istəyirəm məni olduğum kimi sevən.Dəyişməsin məndə heç nəyi o qədər çox sevsin ki məni mən seçim onu...Unudum hər şeyi...Olmasın toyumuz bahalı restoranlarda,olmasın gəlin maşını Svarovski qaşlarla...Sadə daş-qaşsız uzun bəyaz don,gözlərimdə sürmə,bir az ənlik,kirşan,üzümdə tül duvaq verək əl-ələ üzüyümüz olsun saxsıdan amma qəlbini versin mənə briliantdan.Sevsin...Sevsin məni...Mənə istədiyim hər şeyi olmasa belə çox şeyi özü təşkil etsin məndən xəbərsiz...Bir-birimizə xoş olan nə varsa onu da edək elə-belə səbəbsiz...Bayramı gözləməsin bir çiçək bağışlamaq üçün sadəcə alsın o çiçəyi üzümdə təbəssüm yaratmaq üçün...Mən xəstələndikdə mənimlə bir keçirsin,mən ağlayanda mənimlə kövrəlsin,mənim uğuruma məndən əvvəl sevinsin...Ən sadə geyimimdə də mənə “Dünyanın ən gözəl qadınısan”desin...Yox!Mən demirəm mənə yalan söyləsin!Bəzi şeylər var ki onları gizlətsin.Pis olan şeylərin də yaxşı tərəfini bilsin,ağlından beynində qara fikirləri silsin...Danışarkən sözlərin ən xoşunu seçsin lazım deyil mənə gündə yüz dəfə “sevirəm” desin sadəcə həftədə bir dəfə o sevgini göstərsin...Bu qədər bəsitdir ağır deyil mənim sevgim...Mən həyatdan məncə o qədər də çox şey istəmədim...Gecikir nədənsə taleyimə mənim sevgilim...Gəlsin artıq darıxıram gəlsin də diqqəti ilə qayğılarımın nəfəsini kəssin...Heçnə istəmirəm başqa.Sevsin...Məni dəli kimi sevsin

суббота, 6 сентября 2014 г.

Yalnızlığın Euphoriya'sı

Sətirlərə düzürəm yenə hərfləri səssizcə, Güzdüzləri boş ver dost,mən gecələri sevirəm. İçmək də çəkmək də qadına yaraşmaz deyirdim, İndi özüm həm içirəm,həm də çəkirəm... Bagırsam dünyaya kar da eşidər məni, Bir tək Tanrı bilir mən nələr çəkirəm. Tufan qopur otağımda dağıdıram hər şeyi, Asılan pərdə kimi bir gedirəm bir də gəlirəm... Tənhalığın eyforiyasını yaşayır bədənim, Beynimdə o qədər səs var sakitdi ürəyim. Bəzən qorxudur təklik görən neyləyim?! Ama onu həm sevirəm həm də nifrət edirəm Mələklərlə göndərsəm Allaha ahımı, Tezmi həyata keçər çox mu gözlərəm?! Buralar mənlik deyil apar bu Nazlını, Yenə təklikdən misraları yazıram,silirəm...

Olur hərdən...



Çox az hallarda darıxıram bu gün o gecələrdəndi, Bir az səsin bir az ətrin dağılsın sərin yatağıma… Gəl sevgili,bilirəm darıxmısan barmaqların toxunduqca barmaqlarıma, Titrəyirsən nədən?... Mən səni səndən gizlədirəm bu aralar fikir vermə olur hərdən, Zibil anti depressantların təsiridi,nədi,üşüyürəm ama tərlidi bədən… Baxışlarınçün darıxmışam gəl bu gecəni dənizdə keçirək, Sən süz çaxırdan səbəbsiz gülək,qucaqla hərdən,bir badədən içək. Külək də rəqs edir pərdəylə bax otağım necə səssizdi, Əsəbləşirəm yoxluğuna dərmanlarla keçmir ömür qəlb ölümə tələsdi Bir istəyim var apar məni buralardan əbədi yanımda qal, Anlamır məni heç kim sənə deyəcək o qədər söz var. Sarıl soyuq payız gecəsində nəfəsinlə ruhum bəlkə istiləşə, Hər səhər də oyat məni incə öpüşlə…