Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

понедельник, 23 февраля 2015 г.

Səni Sevirəm tanımadığım adam...

Dünən gecəni uzun müddət unutmayacam.Bəyaz uzun  don,gümüşü “baletkalar”,saçıma da ağ qızılgül taxmışdın.Yasəmən,nərgiz ətri hələ burnumdadı hələ öz ətrin...Rəqs edərkən boynunu qucaqlamışdım...Ayağımızın altında yumşaq torpaq,bir az qarşıda dəniz dalğasının səsi,bir də Sade “No ordinary love” oxuyurdu hardasa səsi ruhuma yayılırdı.Qulağıma tez-tez pıçıldayırdın “Nazlı,sən mənim arzularımın qadınısan”.Uçurdum...Ətrindən,pıçıltından,sevgindən,isti əllərin...Bütün gecə əlimdən tutaraq uzanmışdıq gül ləçəklərinin içində,buludlardan ürək forması düzəldirdik.Arada əlini qarnıma qoyurdun deyirdin bizim “qızımız” olacaq burda tezliklə J Evlilik xəyallarını danışırdın mənə “dəli olurdum” xəyallarına eynən mənim istədiyim şeyləri deyirdin.Sonra əlimdən tutaraq məni yerdən dartıb qaldırdın.Qaçmağa başladıq əl-ələ.Dondurma aldın mənə.Dodağımın kənarında qalan dondurmanı öpərək götürdün...Qucaqlaşırdıq istiliyin,ətrin bədənimə çökürdü.Saçıma taxdığın qızılgülü çıxarıb bəyaz çobanyastığından çələng düzəldərək saçıma taxdın.”Sən mənim şahzadəmsən.Tacın bu güllərdən olsun” dedin.Dedim ki-“Tacımı çıxarıb səni onun yerinə qoymuşam zatən”.Təkrar qucaqladın...Hava qaralırdı.Məni dəniz kənarına gətirdin.Yerə oturub günəşin batmasına baxmağa başladıq.Üşümürdüm qəribədi.Arxadan məni qucaqlamışdın uşaq kimi itmişdim qollarında.Tez-tez “kainatın günəşi batır ama mənim günəşim hələ də işıq saçır qollarımda” deyirdin.Öpürdüm səni üzündən.Uçurdun.Deyirdin “Sən necə möcüzəvi qadınsan Nazlım,səni sevirəm”.Gün batdı.Biz yerdə şamlar düzülən bir yerə gəldik.Stolun üstündə güllər vardı.Bir də şərab.Burda şam yeməyi yeyəcəkdik.Stolun üstündə gilas görüb yeməyə başlayıram ki,əlini cibini atırsan və deyirsən ki “Nazlı mən sənə bunu çoxdan demək istəyirdim qismət bu günəymiş”...Həyəcanlanıram...Ağlıma cürbə-cür xoş fikirlər gəlir.Sən əlini pencəyin iç cibindən çıxarırsan ovcunda qırmızı balaca qutu...

“Time is come,whats done is done,it’s time to wolk” bu əlimi yastığın altına atıb telefonda zəngli saatı söndürməyə çalışıram.Vaxt 07:00 göstərir.Gözümün birini açıram gün işığı otağa yayılıb artıq səhərdi.Pəncərədən külək xəfif-xəfif gilavar üfürür pərdə qalxır,düşür...Ürəyimdə döyüntü hiss edirəm,yanımda yoxsan,ətrin burnuma gəlir.Hər iki gözümü açıram.Qarşıda dağ boyda dəli rejimlə keçən gün var.İşə getməliyəm,işdən sonra studiada zapisim var dinləyicilər rap gözləyir.Yeri gəlmişkən o sətirləri də sənə yazmışam dinləyərsən bir gün.Zapisdən çıxıb sevdiyim şokoladı alıb evə dönəcəm bulvarın kənarıyla gəzə-gəzə 65li avtobusa minəcəm.Evə çatıb gələn mesajlara baxacam facebookda.Maraqlı heçnə yoxdu çünki əsas səndən mesaj gözləyirəm...Yatağıma girəcəm xəyalını quracam və yuxuya getməyə tələsəcəm səni görmək ümidilə...Zira əksər qadının heç tanımadığı ama çox sevdiyi biri vardır mütləq.Mən də səni sevirəm tanımadığım adam...Yuxuma gəl heç olmasa...

пятница, 20 февраля 2015 г.

Görüşəcəyik bir gün mütləq...

Bir gün görüşəcəyik səninlə.Bilmirəm bu İstanbulun hansısa küçəsi olacaq ya Amerikanın ama biz mütləq görüşəcəyik.Hamıdan hər şeydən təcrid olub yalnız qaldığımız və bir-birimizi tanımadan əvvəl mən sənin,sən mənim həsrətimi çəkdiyin günlərin acığına dəli kimi rəqs edəcəyik küçənin ortasında.Bilmirəm bu qatar stansiyası olacaq,ya maşın yolu,ya hansısa park ya da adi bir mağazanın qabağı...Ama biz mütləq o rəqsi edəcəyik.Həmişə çılğın münasibətləri sevmişəm və özüm kimi bir dəlinin axtarışında olmuşam.Dünyanı vecinə almayan sadəcə mənimlə həyatın dadını çıxarmağı bacaran bir sevgili.Biz bir gün görüşəcəyik.
P.S.Rəqs etməyi bacarmırsansa narahat olma mən kömək edəcəm.Yox ümumiyyətlə rəqs etməyi sevmirsənsə əmin ol mənimlə sevmədiyin bütün şeyləri dəli kimi sevəcəksən.
Gələcək həyat yoldaşın Nazlı 
P.S.Rəqs etməyi bacarmırsansa narahat olma mən kömək edəcəm.Yox ümumiyyətlə rəqs etməyi sevmirsənsə əmin ol mənimlə sevmədiyin bütün şeyləri dəli kimi sevəcəksən.
Gələcək həyat yoldaşın Nazlı 
P.S.Rəqs etməyi bacarmırsansa narahat olma mən kömək edəcəm.Yox ümumiyyətlə rəqs etməyi sevmirsənsə əmin ol mənimlə sevmədiyin bütün şeyləri dəli kimi sevəcəksən.Gələcək həyat yoldaşın Nazlı 


 

Heç kim üçün dəyişmə !

Geniş çevrəmin olduğu hər kəsə məlumdur.Mənim ətrafımda olmaq və mənimlə yola getməyin sadə bir “açarı” var.Empatiya qurmaq və humanist davranmaq.Əlbətdə bu keyfiyyətlər üçün də yalnız bir şey vacibdi.Dərin dünya görüşü.Hər cür insanla ünsiyyət qura bilərəm.Tək ünsiyyətdən qaçdığım və özümü qoruduğum tip TƏRBİYƏSİZ tiplərdir.Qalan hər kəslə yola gedə bilir hətda dost oluram.Hal-hazırda yanımda ateist,hicablı,masonlarla maraqlanan,model,yazıçı,rəssam,musiqiçi,milliyətçi,kapitalist,sosialist,anarxist,aqressiv,dilçi,kimsəsiz və s tipli insanlar var və mən onların hər biriylə çox mükəmməl münasibət qura bilirəm və tez-tez ünsiyyətdə olub bəzən dərin şeyləri paylaşırıq da.Bilirsiz niyə mənim bu qədər müxtəlif fikirli insanlarla dostluğum alınır?Çünki mən EQO deyiləm.Çünki mən həyata qarşımdaki insanın prizmasından baxmağı bacarıram(İstisna:Həyatda heç bir məqsədi olmayan və tərbiyəsiz insanlar).

Bəzən yaxınlarım deyir ki,necə bu qədər fərqli tipdə insanları bir araya gətirə bilirsən?Əlbətdə ki,onlar da heç kimə zorla öz idealogiyasını yeritməyə çalışmırlar ona görə məndə bu alınır.Hərdən çox söyüş söyürəm,hərdən əsəbi oluram,hərdən duyğusal oluram və mənim bütün hallarda ruh halıma uyğun danışa biləcəyim insanlar var yanımda.Bəzən kənardakı insanların həyatına baxıram və sadəcə təəssüf edirəm.Onlar kiməsə xoş görünmək üçün nə isə edir,kiminsə yanında “bomba” görünmək üçün hansısa markadan telefon işlədir,kimlərsə danışmaq istədiyini dilinə gətirə bilmir çünki kənardan yarqılanmaqdan qorxur və s.Məni də olduğum kimi sevməyən kütlə var əlbətdə lakin mən bu dünyaya kiməsə nəyisə sübut etmək üçün gəlməmişəm-şüarı ilə yaşayıram.Əgər mənim əynimdəki don kiminsə zövqündə deyilsə mən bunu heç kimə sübut edə bilmərəm ki,bu don həqiqətən çox zövqlüdü.İnsanları anlamağa,onları qınamazdan əvvəl onları bu duruma salacaq nələrin baş verdiyini araşdırın.Heç vaxt da kiminsə qınaq obyekti olacağınızı düşünüb hər hansı cəsarətli addımı atmaqdan çəkinməyin əsla.Sizi müzakirə edirlərsə demək ki,siz varsınız,uğurlu insansınız və sizə qibtə edirlər.Mənim bu gün nail olduğum nə varsa bədəlini ödəmişəm artıqlamasıyla.Əsəb də sərf etmişəm,yuxusuz gecə də,göz yaşı da,sevgi də,nifrət də.Mükəmməl gözəllik əldə etmək üçün çox çirkinlik görməlisən-bu qanundur.Son illər ruhuma zidd cəmiyyətdə yaşamaqdan qələmim küsüb biraz.Əvvəlki kimi “vulkanlar püskürmür” içimdə düzdü ya da “püskürəndə” yazmaq həvəsim olmur.Biz elə bir neqativ və qara şəhərdə yaşayırıq ki,burda rəngli geyinəni adi qəbul etmirlər.Bu yerdə Ali Khayyamın misrası yadıma düşür “Əyri yeriyənlər şəhərində düz gəzənlərə gülərlər”.O yüzdən heç vaxt dəyişməyin,heç kəsi də dəyişdirməyə çalışmayın.Zira insan dəyişmir.Və nəyisə itirdikdə və ya kimisə təəssüflənməyin.Güclü olun.Evrən nəyi alırsa sizdən daha yaxşısını verəcək demək ki.Əsəbləşmək istəyəndə əsəbləşin,ağlamaq istəyəndə ağlayın,qışqırmaq,küçədə rəqs etmək istəyəndə rəqs edin,yetər ki,olduğunuz və içinizdən gəldiyi kimi davranın.Uzun müddət tək qalmalı olsanız belə yenə də olduğunuz kimi qalın.Təbii tənhalıq süni birlikdəlikdən  daha yaxşıdır.Özünüz olmaqdan qorxmayın.Və nə olur-olsun əsla,əsla,əsla HEÇ KİM ÜÇÜN DƏYİŞMƏYİN.Əlbətdə sizi olduğunuz kimi sevən insanlar tapılacaq,onlar var,mənim yanımda olan insanlar kimi J