Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

понедельник, 23 февраля 2015 г.

Səni Sevirəm tanımadığım adam...

Dünən gecəni uzun müddət unutmayacam.Bəyaz uzun  don,gümüşü “baletkalar”,saçıma da ağ qızılgül taxmışdın.Yasəmən,nərgiz ətri hələ burnumdadı hələ öz ətrin...Rəqs edərkən boynunu qucaqlamışdım...Ayağımızın altında yumşaq torpaq,bir az qarşıda dəniz dalğasının səsi,bir də Sade “No ordinary love” oxuyurdu hardasa səsi ruhuma yayılırdı.Qulağıma tez-tez pıçıldayırdın “Nazlı,sən mənim arzularımın qadınısan”.Uçurdum...Ətrindən,pıçıltından,sevgindən,isti əllərin...Bütün gecə əlimdən tutaraq uzanmışdıq gül ləçəklərinin içində,buludlardan ürək forması düzəldirdik.Arada əlini qarnıma qoyurdun deyirdin bizim “qızımız” olacaq burda tezliklə J Evlilik xəyallarını danışırdın mənə “dəli olurdum” xəyallarına eynən mənim istədiyim şeyləri deyirdin.Sonra əlimdən tutaraq məni yerdən dartıb qaldırdın.Qaçmağa başladıq əl-ələ.Dondurma aldın mənə.Dodağımın kənarında qalan dondurmanı öpərək götürdün...Qucaqlaşırdıq istiliyin,ətrin bədənimə çökürdü.Saçıma taxdığın qızılgülü çıxarıb bəyaz çobanyastığından çələng düzəldərək saçıma taxdın.”Sən mənim şahzadəmsən.Tacın bu güllərdən olsun” dedin.Dedim ki-“Tacımı çıxarıb səni onun yerinə qoymuşam zatən”.Təkrar qucaqladın...Hava qaralırdı.Məni dəniz kənarına gətirdin.Yerə oturub günəşin batmasına baxmağa başladıq.Üşümürdüm qəribədi.Arxadan məni qucaqlamışdın uşaq kimi itmişdim qollarında.Tez-tez “kainatın günəşi batır ama mənim günəşim hələ də işıq saçır qollarımda” deyirdin.Öpürdüm səni üzündən.Uçurdun.Deyirdin “Sən necə möcüzəvi qadınsan Nazlım,səni sevirəm”.Gün batdı.Biz yerdə şamlar düzülən bir yerə gəldik.Stolun üstündə güllər vardı.Bir də şərab.Burda şam yeməyi yeyəcəkdik.Stolun üstündə gilas görüb yeməyə başlayıram ki,əlini cibini atırsan və deyirsən ki “Nazlı mən sənə bunu çoxdan demək istəyirdim qismət bu günəymiş”...Həyəcanlanıram...Ağlıma cürbə-cür xoş fikirlər gəlir.Sən əlini pencəyin iç cibindən çıxarırsan ovcunda qırmızı balaca qutu...

“Time is come,whats done is done,it’s time to wolk” bu əlimi yastığın altına atıb telefonda zəngli saatı söndürməyə çalışıram.Vaxt 07:00 göstərir.Gözümün birini açıram gün işığı otağa yayılıb artıq səhərdi.Pəncərədən külək xəfif-xəfif gilavar üfürür pərdə qalxır,düşür...Ürəyimdə döyüntü hiss edirəm,yanımda yoxsan,ətrin burnuma gəlir.Hər iki gözümü açıram.Qarşıda dağ boyda dəli rejimlə keçən gün var.İşə getməliyəm,işdən sonra studiada zapisim var dinləyicilər rap gözləyir.Yeri gəlmişkən o sətirləri də sənə yazmışam dinləyərsən bir gün.Zapisdən çıxıb sevdiyim şokoladı alıb evə dönəcəm bulvarın kənarıyla gəzə-gəzə 65li avtobusa minəcəm.Evə çatıb gələn mesajlara baxacam facebookda.Maraqlı heçnə yoxdu çünki əsas səndən mesaj gözləyirəm...Yatağıma girəcəm xəyalını quracam və yuxuya getməyə tələsəcəm səni görmək ümidilə...Zira əksər qadının heç tanımadığı ama çox sevdiyi biri vardır mütləq.Mən də səni sevirəm tanımadığım adam...Yuxuma gəl heç olmasa...

Комментариев нет:

Отправить комментарий