Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

пятница, 29 мая 2015 г.

Yarımçıq

Mənim adım Melondu.Yox...Mmmm.Nə dəxli var adım nədi belə başlamayacaqdım bu mövzuya.Ok.Bir də...
Mən..ıııı  biraz özüm-özümü dərk etməkdə çətinlik çəkirəm arada.Mən bu deyiləm,mən belə olmayacaqdım.Əslində çox geniş çevrəm var,dostlarım,böyük ailəm,yaxşı təhsilim,özümə çatmasa belə az-çox məvacibim var.Lakin mən sevgisiz insanam.Melo’nin yoxdu məndə.Ona görə də adımı Melon qoymuşam bu mənim ruhi adımdı.Mən sevgisiz insanam.Neçə qadın məndən incinib gedib,bəlkə də neçəsi gecələr ağlayıb bilmirəm.Bəlkə də mən Nihilizmin təsirindəyəm.Hər şeyi inkar edirəm.Tanrını,sevgini,doğmalığı...Mən öz ailəmi belə anlaya,onlardan biri ola bilmirəm.Bəlkə ən çox mən istəyərdim sevimli olmaq,bəlkə də istəməzdim onu belə bilmirəm.Məndə hər şey yarımçıqdı.Mən insan olaraq da yarımçığam.Arada rəsmlər çəkirəm.Bu təkliyimin təzahürüdü ya nədi bilmirəm sonra rəsmlərdən də bezirəm.Arada bir qadından xoşlanıram.Səsi,nəfəsi,baxışı,adı belə məni titrədir.Yaxınlaşıram,sahib oluram,hiss edirəm sonra getmək hissi gəlir.Özüm də bilirəm bu normal deyil insan belə rəftar etməz,etməməlidi.Bacarmıram...Hərdən deyirəm mən əclafam,hərdən də zatən içimdəki boşluq mənə hüzur verir.Mənim arzularım var ama onlar belə dəqiq deyil.Təəccüblüdü bilirəm...

Mən cəmi-cümü 23 yaşında bir oğlanam,kiməm ki?Bir dəqiqə mən insanam...Özümü başqa cür hiss edirəm görən mən kiməm?-dedi,siqareti yandırıb dodaqlarının arasından tüstünü fikirli-fikirli ifadəli baxışlarla üfürməyə başladı...

среда, 6 мая 2015 г.

Tanrının göz yaşı

Bu şəhər mənim sevgimi daşıyacaq qədər
Böyük çiyinə sahib deyil.
İçən,çəkən insanları qınayır hər kəs,
Özü-öz dəryasında batıb bunlara salmayınca meyil.
Əvvəllər Bakını sevə bilərdim,
Yanımda sən olsaydın...
Kaş yadımda ilk tanıdığım kimi qalsaydın.
“Biz tufanların övladıyıq,bizi küləklər qorxuda bilməz”-deyib şair,
Dəmir döyülə-döyülə bərkidiyi kimi,
Sonsuz qadın hər beşik görəndə kövrəlir...
Mən payız qadınıyam yağışlar mənim saçlarımdı,
Siz kədəri sevən insan görmüşdüz?!
Həyatın qəmli tərəfi daha dərin daha anlamlı...
Mən nişan üzüyünü şəhid sevgilisiylə basdıran o qadınam,
Mən xəyallarımda Yağmur adlı qızını böyüdən anayam...
Mən sevgisinin Pərvanəsi,
Mən doğmalarıma yad adamam...
Mən vətənsiz,mən sənsiz,mən yoxdan var olan,
Mən varlığın yoxluğunu qəbullanan,
Mən kitabların obrazında yaşayan,
Mən bir təsirli mahnıdan gecələrcə ağlayan,
Mən illərlə sevdiyim adamın xəyanətindən məhv olan...
Mən zəif insanlara mənəvi güc,
Mən güclü insanların ən zəif yerinə sətirlərimlə toxunan...
Mən tanımadığı adama aşiq olan,
Daha qadın olmadan onun qollarında,
Saçlarım ağ,əllərim qırış,bir yastıqda qocalan...
5ci Fəslimdə bir tərəfi körpə bir tərəfi nurani qadın olan.
Bu qədər dərinə enə bilər mi,insan öz içində?!
Yooox...Mən nə insanam nə də qadınam,
Mən Tanrının göz yaşıyam...