Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

четверг, 17 ноября 2016 г.

Çəhrayı Patik

İstəyirəm gələsən, qaçaq bir səssiz yerə hansı ki, orda insanlar yoxdu ya da var ama azdı. Balaca ev olsun dənizə açılan pəncərələriylə, ya da ağacın budaqları üstündə taxtadan bir ev olsun orda yaşayaq. Xudmani bir ev, cəmi 2 otaq, 1 mətbəx və hamam otağı. Qışda qarlar yağsın, mən başı açıq çölə çıxdığım üçün danlayasan balaca uşaq kimi sonra dodağımı büzdüyüm üçün qucaqlayıb "Sənin üçün narahatam da dəliii, küsmə" deyəsən. Yayda pəncərədən gələn mehə oyanasan. Yataqda olmadığımı görüb yastığıma toxunasan səthi sərindi demək çoxdan oyanmışam fikri gələ sənə. Əvvəl "Sevgilim" deyərək çağırasan səs gəlməyincə boş ev şalvarını geyinib köynəksiz tez bayıra çıxasan. Səhərdi qum tam isinməyib dalğaların səsində sahili süzəsən hardayam deyə axtarasan gözlərinlə. Uzaqdan husky-lə çəhrayı donda oynayan bir qız görəsən və mən olduğunu anlayıb qaça-qaça gəlib qucaqlayasan "Darıxdım səninçün" deyəsən. İtimizi gəzdirirdim deyə mənimçün darıxasan, oyanan kimi. Düşünə bilirsən evə gəlirik itə yemək verirəm, hər zamankı kakaolu peçenyelərimdən stola qoyuram, lavandalı çay dəmləyirsən birini də mənimçün süzürsən, "Nahardan sonra gedək dənizdə çimək?" deyirsən, gülümsəyirəm, "Gedərik" deyirəm. " Bu gün çox parlaq görünürsən təbəssümün başqadı deyirsən" yenə gülümsəyirəm susuram, yaxınlaşıram sənə başımı sinənə qoyub "Səninlə xoşbəxtəm" deyirəm narın səs tonuyla. Səni qucaqlayanda belimə sarılmağın mənə bütün bəşəriyyətin o an məni qucaqlaması kimi gəlir. Qapı döyülür. Poçtalyon sənə qırmızı bantlı qutu verir imzalamağını istəyir. Bağlama sənə gəlibmiş. Təəccüblənirsən axı bu gün ad günün deyil,bayram da deyil axı bu nədi kim göndərib? Üzərində göndərilən ünvan da yoxdu. Mənə baxırsan "Bəlkə səhvən gəlib, ama yox üstündə axı adım var" deyirsən. Üzünə baxıram heç bir şərh vermirəm. Divanda oturub lenti açırsan, sonra qapağı. İçində çoxlu tül var. Əlinlə axtarmağa başlayırsan içindən hərarət ölçən alətə oxşar bir şey çıxır. O tərəf bu tərəfə çevirirsən birdən gözün alətin ekranına sataşır orda "Pregnant" yazılıb. (Səhər mənim iti gəzdirmək bəhanəsiylə bu sürprizi etmək üçün yaxınlıqdakı poçta gedib kuryerə bunu öz ünvanımıza sifariş etdiyimi anlayırsan)Əlin havada donub qalırsan gözlərin dolur, həyəcan, bilmirsən necə reaksiya verəsən, məni qucağına götürürsən, əllərin əsir, bədənin əsir bu anı ömür boyu gözləmisən və indi ata olacağını öyrənirsən, telefonu axtarırsan evdəkilərə zəng etməyə bu an telefon özü zəng çalır...
Gözlərimi açıram.Səhər saat 9:30 şənbə günüdü. Yanımda yatmısan. Bir əlini belimə keçirmisən. Yatağımın yanında gecə lampası və uşaq patikləri var. Qolumu uzadıb telefonumu götürməyə çalışıram. Klinikadan həkimim zəng edir. Yataqdan qalxıb mətbəxdə danışmağa getmək istəyirəm ki məni bərk qucaqladığını görüb asta səslə danışmağa qərar verirəm:
-Alo.
-Sabahınız xeyir, Nigar xanım. Analizlərinizin və müayinənizin nəticəsi gəlib. Klinikaya yaxınlaşa bilərsiz?
-Nəsə olub? Niyə telefonda demirsiz? 
-Bilirsiz, nəticələr elə də yaxşı deyil. Siz ana ola bilməyəcəksiz... mm lakin narahat olmayın bu sadəcə analizlərin nəticəsidi, bilirsiz də hər şey Allahın əlindədi və siz müalicə oluna bilərsiz, ümid həmişə var, lakin buna hazır olmalısınız. Sizin ana olmaq ehtimalınız çox aşağıdır. Klinikada söhbət edə bi.... (dəstəyi asıram)
Uşaq patiklərinə gözüm sataşır. Çəhrayı balaca patiklər və sənin sözlərin qulağıma gəlir "Qızımın patiklərini indidən alaq. Deyirlər belə şeylərin özünəməxsus enerjisi olur. Patikləri alaq ki, qızımız da onun enerjisiylə tez gəlsin". Həkimin sözlərindən çox məni bu cümlələr məhv edir... Hönkürtü ilə ağlaya bilmirəm çünki məni qucaqlayıb yatmısan. Gözümdən səssiz yaş süzülür. Səsim çıxmasın deyə özümü saxlayıram. Gözümü yumuram, məhv oluram...



понедельник, 26 сентября 2016 г.

Qarğış

Məni incitdiyin qədər incinəsən,
Gözlərimdən axar yaş hər səhər,
Sən gecələr necə dincəlirsən?!
Məni qucaqladığın qollara sığmaz başqa qadın,
Xəyanət edərkən kim oldun sən?

Ruhu fahişə,nədi sənin adın?!
Qanadların vardı mənimçün,
"O mələkdi"-deyərdim hər kəsə,
"Kişidən mələk olmaz"-deyirdi dostlar həmişə,
Yerə-göyə qoymazdım səni sevərdim bir nəfəsə,
Dünyaları bəxş etdiyimiz insanlar,
Laiq görür bizi qəfəsə...
Fəryad etsəm bir gün günəş doğmaz bir də,
Qara geyinər dünya bəşəriyyət gülməz bir də.
Nazlı sevdiyi insan sevgi görməz bir də,
Mənə nə yaşatmısansa bir gün eynisini yaşayasan,
Deyil kişi olmaq özünə insan demə bir də...


среда, 3 августа 2016 г.

Onun ad günü

Bir gecə oyanmaq,
Tərli yastıqdan qalxmaq,
Pəncərəyə yaxınlaşmaq sərin meh əsir ,
Saçlarım rəqs edir...
Yatağıma tərəf dönürəm,
Divarda təqvim görürəm.
Bu gün görüşümüzdən altı il keçir.
Sabah ad günün dostların da gələcək,
Hər kəs bir təbrik,hədiyyə gətirəcək.
Açıram çəkməcəni şəklimizi tapıram,
Qucaqlayıram,sonra bir də baxıram.
Hardasan indi hansı ölkədəsən?
Hansı şəhərdə,hansı mənzildəsən?
Necə yaxınlıqda,necə də yanımdaydın,
Neçə cür şəkildə əllərin çiynimdə...
Telefonu tapıram siqaret yandırıram,
Xəyallara dalıram...
Bəlkə yazım bir təbrik,bəlkə də zəng edim?!
Bəlkə ikicə sətir,mesajla nəql edim?!
Nolsun ayrılmışıq,hisslərim qarışıq?!
Yumub gözümü yuxuya gedirəm,
Səhər açılacaq günüm yaxşı olacaq.
Açılır səhər güzgüyə baxıram,
İşə tələsirəm saçımı darayıram.
Birdən zəng gəlir nömrə də başqadı,
-"Salam darıxıram,
-Bu gün ad günüm,
Yəqin unutmusan...
Səsini eşitmək,
Hədiyyə etmək...
Nə olar bi şey de"
-Deyirsən mənə,
Fincan əlimdən düşür çay yerə dağılır,
Elə istəyirəm deyim ki sənə,
"Unutmamışam...
Zəng edəcəkdim,
Yanına gəlməyə,
Səni görməyə,
Nələr verəcəkdim"
Elə bu anda sanki zaman dayanır,
Gözüm qaralır xəttin o başında,
Həmin bu anda yuxulu səslə körpə ağlayır...


вторник, 2 августа 2016 г.

Bir dəlinin şeiri

Gecələr ulduz səpilir səmadan yatağıma,
Yuxuda görmüşdüm ki,çiçəklərlə gəlmisən.
Oyandım,çöndüm baxdım aynaya,
Yağış yağırdı yaman görəsən üşümürsən?!
Eyni dünyada yaşayıb ayrı həyatlardayıq,
Bəlkə də ağlına gəlməz bir gün qayıdaram.
Eyni yataqda hər gün 2 yastığım var,
Bəlkə gün gələr bir səhər səninlə ayılaram.
Şimşəklər çaxır burda tez-tez gecələr,
"Kafirin pəncərəsini" dinləyirəm könül dincələr.
Qafiyə pozulur yenə şeirim korlanır,
Bakının harasındasa,hansısa ünvanda,
Tənhalığına sarılan biri oxuyub ağlayır...
Gələrsən...
Bir gün yığışıb gələrsən.
Kövrələrsən sevincdən sonra da gülərsən.
Açarsan şeirlərimi oxuyub...oxuyub...
Hər sətrimin altında,hər baş hərfdə,
Axtararsan özünü,tapıb üzülürsən.
Gələrsən bir gün axşam bir film izləyərik,
Qucaqlayarsan o gecə yuxuya gedərik.
Ulduzlar səpilər səmadan yenə yatağıma,
Ətrin yayılar tənhalıq qoxan sərin otağıma.
Səhər məni pıçıltınla öpüb oyadarsan,
Arxaya çönüb baxaram sən yox olarsan.
Yastığına toxunaram səthi sərindi,
Çiynimə toxunar burnum ətir sənindi.
Bağlayaram gözlərimi yenə o səs gəlir:
-Xanım,həbləri içməyi unutmayın,sabahınız xeyir...

суббота, 16 июля 2016 г.

Kəpənək qadın və Monster

Boz bir qayalıqda onu qucaqlayıb oturmuşdum.Qollarımı hər açdıqca sinəmdən isti hənirti gəldikcə isinirdik qayaların arasında və hər dəfə qulaqlarına sevgi sözləri pıçıldadıqca nəfəsimdən çəhrayı parıltı çıxıb boz qayalıqlara səpilirdi.Əllərimi əllərində sıxdıqca barmaq uclarımdan ölmüş əlvan kəpənəklər tökülürdü yerə.Səs tonu yüksək olduqca saçlarımın arasından gül ləçəkləri qırılıb ayaqlarımızın altına səpilirdi.Mən hər üzüləndə gözümdən kül tökülürdü lakin o getməsin deyə ona sarılmağa davam edirdim.Bir gün qalxdı ayağa və dedi ki "Sən çox həssas qadınsan səninlə davrana bilmirəm çıx get,Nazlı".Ağrılar başladı belimdə yerə yıxıldım ayaqlarıma qan süzüldü kürəyimdən.Sonra qəribə varlıq hiss etdim belimdə çırpınmağa başladı.Baxdım ki qanadlarım var necə də parlaq,böyük,rəngli...Göylərə uçdum.Yuxarıdan qayalıq necə də sərt,soyuq görünürdü,günəşə yaxınlaşdıqca bədənim isinib parlamağa başlamışdı,nəfəsimdən çıxan çəhrayı parıltı səmaya yayılırdı,barmaqlarımın arasından əlvan kəpənəklər çıxıb havaya qarışırdı,güllər açırdı saçlarımın arasında.Aşağıda güllər görünməyə başlamışdı,mavi dəniz,yaşıl ağaclar...Uçmaqdan mutlu olmuşdum.Arxaya çöndüm baxdım bir anlıq.Boz və sərt qayalıqların arasında bir Monster oturmuşdu...



среда, 22 июня 2016 г.

İçimdəki Tanrı

Dedim:-Üsyan etmirem,yalnış anlama,
Lakin,üzürsen meni,men yorulmuşam.
Dedi:-Çeke bilmeyeceyin yükü vermerem sene,
Bir düşün men seni severek yaratmışam.
Dedim:-Bağışla men seni sevmedim kitablarda,
Guya ibadet etmesem men yanarmışam.
Dedi:-Kitabları boş ver axtarma divarlarda,
Men senin vicdanında mesken qurmuşam.
Dedim:-Sene inanmağımı göster dediler,
Mescide getmeliymişem dua oxumuşam.
Dedi:-Ellerini açıb meni göylerde axtarma,
Men senin qelbinde berqerar olmuşam.
Dedim:-Seni men hiss edirem her an her zaman,
Göre bilecemmi seni söyle xeyallar qurmuşam.
Dedi:-Güzgüde gözlerinin içine baxırsansa asan,
Meni heç yerde axtarma,men sen olmuşam...


суббота, 28 мая 2016 г.

Gedişi möhtəşəm qadın.

"Mən güclüyəm sevgiyə ehtiyacım yoxdu"-deyən qadın,
Hər gecə soyuq yatağına uzanarkən göz yaşlarıyla isinirdi.
Hər nə qədər dərin olsa da duyğuları,
Bilirdi...
Sevdiyi adam yazdığı şeirlərin bir sətrinə də dəymirdi.
Hər gecəni sərxoş yuxuya gedərkən iyrənirdi özündən,
Duyğuları keyitmək idi məqsəd,
Dərmanlarla yaşayan insana,
Gülünc idi bəhs etmək dözümdən...
Həssas qadın olmaq çətindi bu qəddar dünyada,
Öskürəklərdən boğulan qadının dodaqları qan,
Xəstə deyildi yox...
Sevgisini ciyərlərindən sökərək,
Ağrılar qusurdu qadın döşəmənin ortasında...
Damarında musiqi axan insanı sükutla qorxuda bilməzsən,
Hər kəsin gedişinə öyrəşən insanı yoxluğunla üzməzsən.
Necə ki,övladını itirən Anaya heç bir itki gəlməz ağrılı,
İnsan çox şey yazar əslində,
Lakin...
Sən oxuyaraq onun nə çəkdiyini hiss edə bilməzsən.
Siqarəti üfürdükcə gözlərindən külü çıxırdı yanan qəlbin,
Yaxınlaşdı biri soruşdu:-Adın nədir?Nədir sənin dərdin?
-"Bahar nəfəsli,payız saçlı,dünyası günəş olan qadın,
Mənəm tracklərdə bəhs olunan o gedişi möhtəşə
m qadın".

воскресенье, 24 апреля 2016 г.

Mən Gəldim

Toxunduqca saçlarıma nəfəsin külək kimidi isinirəm səssiz,
Qəhqəhələrimi boş ver hönkürtülərimi say sənsiz,
Eşitdim üzülürmüşsən darıxırsan oralarda mənsiz,
Bir də gördün süzülüb yanağından dedim "Mən gəldim"
Sən darıxma sevgili zaman tez keçir,
Qışın soyuğundan qorun bircə fəsil bahara keçir.
Nə az nə çox ayrılığımızdan düz 2 il keçir,
Tanış olduğumuz günə qayıt bəlkə,mən gəldim
Həssas qadınam bilirsən çox tez qırılıram,
Küsmək yoxdu təbiətimdə mən qeybə sarılıram.
Kinli deyiləm sadəcə tez də unuduram,
Qapını açıq saxla bəlkə bu gecə mən gəldim.
Cəhənnəm insan qəlbində sevgisizlikdir,
Şair deyir:Döyünməsin o ürək ki sevməyi bilmir,
Gözəllik sevgidirsə sevgi "Mən"likdir
Yığ çantanı indi gəl de ki:-"Mən gəldim".
Gələ bilməsən xəbər et bəlkə mən gəldim.


Şeir Qadın


Səndən gedən gün qürur dağılmışdı ürəyimə bir az,
Nə edim,həssas qadınam ağır gəldi etdiklərin.
Bağışla dedin,bağışlaya bilmədim,Sevmirsən?-dedin,
Sevgi nəyə gərəkdir ki,yarım,mən sevginin elə özüyəm...
Məsafələr ayırır bizi,bu uzaq məsafələr,
Sən də bilirsən duyğusal insanam həm də bu aralar.
Qəmin şah əsəri?-desən,”Tanrının göz yaşıyam” deyərəm,
Burax gəmginliyi gəl mən həm də xoşbəxtliyin elə özüyəm.
Yağışlar damlasa saçlarıma rəngi qızılı olar,
Demişdim axı 4 fəsil varsa mən Payız qadınıyam.
Danışsam həzin-həzin lirik musiqi yaranar,
Burax mahnıları gəl mən not açarının elə özüyəm.
Sənsizlik ağır olur bəzən gecələr,
Üstümə gəlir divarlar,qaranlıq göylər.
Gəlmək istəsən bir gün gözləmə səhəri,
Dur yığış gəl gecəynən mən günəşin özüyəm.
Səsini eşidən anda içim gedir mənim,
Kəpənəklər uçuşur çəhrayı dünyamda.
Mən həm səbr edirəm həm də dözmürəm,
Mən bəlkə də dözümün elə özüyəm.
Darıxırsansa mesaj yaz üzülmə sən mənsiz,
Unutma kinli deyiləm cavab yazacam.
Bax neçə misra yazılıb illərdi sənə,
Mən şeir yazan qadın deyiləm,şeirin özüyəm.


вторник, 22 марта 2016 г.

Müassir Kəzbanlar

O gün dostum deyir ki,mən qadınlardan tez sıxılıram.Çox tez keşf olunurlar maraqlı olmurlar 2 gün sonra.İşə gedirəm bütün günü mesaj yazır deyirəm ki "işdəyəm" başlayır trip atmağa,əsəblərim oynayır bu qızların çoxuyla.Birindən ayrılırsan digərini tanıyırsan bir müddət yaxşıdı sonra başı xarab olur.
Bu mövzuda onunla razılaşa bilmədim.Keçən statusda bəzi kişilərin "belini" qırmışdım bu dəfə qadınlar oxusun.
Bizim qadınların maraq dairesi yoxdu.Rəqsə getsin,rəsm çəkmək üçün dərnəklərə getsin,gitara və ya başqa musiqi alətini öyrənsin,nə bilime 100 dənə şey var (Pulu bəhanə etməyin elçi gələn olanda 10 min manatlıq mebel almağa ərinmirlər) YOXDU !!! Ancaq otursun evde işləmək də istəmir ancaq "dalını" yekəltsin,adam razmerindən çıxsın,oğlana da whatsappda yazsın ki:- Aşkım məni sevirsən?- oglan da o dəqiqə cavab yazsın ki həə bu gün pəncərədən baxmısan? baxmayaa başıvı kəsərəm.
Qız da screen eləyib atsın podruqalarına "Baaax baaam məni qısqanıree uxx".Vəssalam bunlarınkı budu !
Ama bir şey də var müassir,sosial,baxımlı,bacarıqlı qadına da bizim oğlanlar ciddi yanaşmır pozğun kimi baxırlar.Çünki adi tipsizlərə öyrəşiblər.Parodoksdu o cəmiyyət.Lakin biz hər halda ağıllı,beyni inkişaf etmiş kişilərin üzləşdiyi problemlərdən danışırıq geri zekalılar onsuz da özü kimi hinduşka tapır evlənməyə (Allah nəsillərini kəssin)
Rəylərdə bir-birinizin haqqını yeməyin,bir-birinizi təhqir etməyin.Mən kişi həmrəyliyinə heyranam-yazmışdı bloger Xanım Əliyeva.Doğru deyir “Kişilər qarşısındakı ən cındır biri də olsa toplumda bir-birini müdafiə edir,tərəfini saxlayır”.Onlardan öyrənin.Mən feminismin baş adminiyəm burda qadın hüquqlarını müdafiə edirəm.Amma şəkillərimin,youtubeda tracklərimin,videolarımın altına ən çox təhqir yazan “qadınlardı”.Anlayıram paxıllıq hissi var bəzi “qadınlar” özlərindən güclü,ağıllı,bacarıqlı,gözəl birinə təhamül edə bilmir lakin təhqir etməklə nə əldə edirsiniz ki,daha da o qadından aşağı olduğunuzu bir də sübut edirsiz.Oğlanlar,İphone,28 mall,park bulvardan başqa da mövzular,maraqlı şeylər var.Bu qədər primitiv olmayın.İnstagramda gic-gic türk mahnılarını dublyaj eləmək “cool” olduğunuzu göstərmir.Profilinə çiçək,böcək şəkli qoyanlar öz şəklini qoyanları qınayır.Narahat olmayın siz də şəklinizi qoyun hamınızı “alan” olacaq.Nə vaxtsa ərə gedəcəksiz deyə “yerinizdə saymayın” inkişaf edin.Mənəvi,fiziki,dünyavi inkişaf edin.O qədər primitivsiniz ki,profilinizə baxanda heç bir maraq oyatmır insanda sizinlə ünsiyyət.Gic-gic sevgi statuslarından başım ağrayır.Sevgilisi olur “münasibətdə” statusu qoyur başlayır “mənim aşkım belədi,helədi” gic oluruq bütün.Ayrılırlar gic-gic statuslar yazır guya bu unudub,vecinə deyil zad bilirsən ki ama oturub orda gözündən “krakadil” göz yaşları tökür.2 statusundan 1nə də “ünvanlı” yazır.Ünvanlıdısa direct özünə yaz da sözünü nə özünüzü gijdiyə qoymusuz?!
Hər bir halda qadın nə qədər maraqlı və qeyri adi biri olsa bir o qədər də səviyyəli və müassir kişiyə rast gələcək çətin də olsa.Qadın dediyin hər gün kəşf olunmalıdı.Kitab kimi,okean kimi dərin,dərinə getdikcə,vərəqlədikcə daha başqa mənzərələr açılmalıdı.Doymamalısan,bezməməlisən.Qopa bilməməlisən qadından.Gecə ən yuxulu vaxtında belə mesajlaşanda sağollaşmaq istəməməlisən.Yanında olanda evinə qoyduqdan sonra təəssürat o qədər güclü olmalıdı ki,sən öz evinə kimi "uçaraq" getməlisən.Hər gün təzə bir şey öyrənməlisən o qadında.Qadın özü də hər gün nəyisə dəyişməlidi.İstər saç düzümü,istər saç rəngi,istər makiyaji, istər dırnaq boyası nə bilim ən adi şeyi belə dəyişməlidi daha maraqlı olmalıdı.İnsan kimi ünsiyyətdə də,yataqda qadın kimi də,pis gündə dost kimi də.Kişilərin beyninin ətini yeməyin.Bir kişi sizdən gedəcəksə buraxın getsin ona 2 dəqiqədən bir "Məni sevirsən" yazmaqla onun diqqətində olmağa çalışmayın əksinə doyur sizdən,bezir,yorulur eyni mövzulardan.Elə davranın ki,o özü sizinlə daha çox vaxt keçirməyə,işdən çıxan kimi yanınıza,evə,sizin ətrafınızda olmağa çalışsın.Onsuz da həyatda çətinliklər çoxdu,xüsusilə Bakıda həyat çətindi.Elə edin ki,hamıdan,hər şeydən bezəndə sizə doğru gəlsin daha sizdən bezib başqa qadın ya da başqa şey axtarmasın.Sevilməyinizi istəyirsinizsə özünüzü sevməyə başlayın elə indidən,bu andan,bu dəqiqədən etibarən...

суббота, 19 марта 2016 г.

Əxlaqın ƏXLAQSIZ keşikçiləri

Dünən statusların birində Azərbaycan qadınlarının aliliyini,bütün dünya qadınları arasında ən sadiq və ən fədakar olmasını qeyd edən adminə 2-3 kişi user hücum çəkərək "Sən orda burda verənlərdən yaz","Tikdirib ərə gedənlərdən yaz","Yalan danışıb özünü yetimin birinə sırıyanlardan yaz" deyərək hərbi hissə yaratmışdılar commentdə.(Status Antalyada istirahət edən bir oğlanın şəxsi yazısı barədə idi) Yazıram oxuyun: Son dövrlər Azərbaycanda həqiqətən bu hallar çoxalıb.Qadınlar çox vaxt yalan danışmaq,tibbi yolla bakirəliyi bərpa edib nigaha girmək,aldadıldıqdan sonra və ya nigaha qədər qeyri-təbii yolla cinsi əlaqəyə məruz qalırlar.Çönüb deyirsiz ki onlar fahişədi.Fahişədirsə onunla yatan kişi kimdi bu sualı vermisiz? Əgər bir qadın bakirəliyini itirdikdən sonra yarı yolda buraxılırsa,buna səbəb Gülnarədi ya Fəridədi? Təbii ki günahkarlar Sədrəddinlər,Eminlər,Səlimlərdi də.Bəs bir yandan azad sex qışqırıb bir yandan EV QIZI axtaran kimdi mənəm?! Bütün günü sosial şəbəkələrdə "Bizə verən yoxdue qaqa 31 çəkməkdən ovcumda yara açılıb" yazan kimdi Aygünlərdi ya Səbinələr? Siz kişilərsiz də qadınları məcbur edən,başını bişirib,min yola girib," Var-yoxunu s..kim səninlə evlənmiyən oğraşdı" deyib qızın ayağının altına anasını atan kimdi sizin bəzi həmcinsləriniz deyil? Qadından bakir olmadığınız halda bakirəliyi nə haqla tələb edirsiz? Siz bəyəm süddən çıxmış ağ qaşıqsız ? Cinsi orqanına bant vurub gərdəyi gözləyən neçə kişi var sorğusu keçirilsə 1 ya 2 nəfər oğlan tapılar "Mən bakirəm" deyə bilən.Azərbaycan gəncliyi azad sexə hazır deyil hələ bir 100 il də hazır olmayacaq.Yalnız bizim cəmiyyətdədi qadına 1 qaşıq qana görə dəyər verənlər.Qadın vaginadan ibarət deyil Qadın insandı.Onu fahişəyə çevirən yenə də kişidir ! Siz deyilsiz kukla kimi həyat yoldaşını qoyub az qala itə də tamah salan? Nədən danışırsız,yoldaşlar? Yalnız bizim cəmiyyətdədi cinsi əlaqədən sonra sevdiyi qadına pozğun deyən (istisnalar var) Adam tanıyıram nişanlanmışdı qızla əlaqəyə girib qızı pozmuşdu sonra da nişanı qaytarmışdı ki "Sən yaxşı qız olsan mənə verməzdin toya qədər" ! O qadın Azərbaycan kimi cəmiyyətdə nə etməlidi ? Bakirəliyin tibbi yolla bərpasına mən də pis baxıram.Ən iyrəndiyim şeydi,o ən axırıncı yoldu,sözün bitdiyi yerdi.AMMA ! Aldadılmış,hissləriylə oynanılmış qadın sizə bakirə olmadığını desə,düzünü danışsa guya qaça-qaça evlənəcəksiz onunla? Siz deyilsiz bağçada qızın qarşokda oturmağını belə görməyən heç bir oğlanın görmədiyi qızın sorağında olan? Siz deyilsiz xaricdəki qadın-kişi münasibətlərinə həsəd aparıb,cinsi tələbatın yoxluğundan porno saytlarda oturan və bundan şikayət edən? Hər şeydə qadını günahlandırmaq olar bu ən asan yoldu ama qadınlar nəyəsə məcbur qalırsa sizin bəzilərinizin çürük beyninin ucbatından məruz qalır.A kişi,siz zorlanan qıza "Qəhbə" deyən adamlarsıze bir qız zorlananda xəbərin altında commentə az qalırsız yazasız ki "Yaxşı qızın vaginası olmaz.Varsa zorlanmalıdı" Bunları yazan siz deyilsiz hansı dürüstlüyü tələb edirsiz qadınlardan? Bəli,qadın həyatını quracağı adama hər şeyi danışmalıdı ama o insan da doğru adam olmalıdı,ADAM kimi ADAM olmalıdı day gedib orda burda "Qaqa bir dənə qız tutmuşam açığdı gecə gündüz qaqanız şəpliyəcəyee ona" deyib özü kimi kəmərdən aşağı dostlarına danışmamalıdı.Cəmiyyətdə bir qadının adı çıxırsa kişilər bir başa günahkardı.Hər fahişə qadının arxasında ya şərəfsiz qardaş,ya şərəfsiz ata ya da şərəfsiz ƏR dayanır.Bəli,qadının öz iradəsi olmur hər zaman,hər qadın güclü,dərrakəli,zəkalı ola bilmir hər zaman.Bəzi qadınlar hisslərinə yenik düşür,bəzi qadınlar nəyinsə badına gedir kaş bütün qadınlar ağıllı olardı ama olmur,ola bilmir,təhsilsizlik ucbatından mı, cahilliyindən mi olmur,ola bilmir ! Onda onu ortalarda buraxmaq,haqqında min söz danışmaq lazımdı? Sən yaxşı ol yatma o cür qadınla.Sən əxlaqlı kişi ol bax o zaman qarşına necə qadınlar çıxır.Bütün kişilər oğraşdı deyən qadınlarla bütün qadınlar qəhbədi deyən kişilər eynidi.Siz düzgün oldunuz da hər zaman yalnışa mı rast gəldiniz? Siz əxlaqlı oldunuz da həmişə qarşısınıza pozğunlar mı çıxdı? Sizə heç qəribə gəlməyib ki,bəlkə siz nəyisə səhv edirsiz?! Xahiş edirik,əvvəla qadınlara toxunmayın əgər bacarsınızsa cinsi tələbatınızı da toya qədər ödəmiyin.Yox dözə bilmirsinizsə "Mən kişiyəm axı mən qıçıma bağlayım gəzim?" deyirsinizsə bir-birinizi zorlayın,qadınlar bakirə qalsın.Mən hələ indiyə kimi bir-birinin bakirəliyini pozan qadın görməmişəm məsələn. Azərbaycan qadını ən ali,ən sadiq ən fədakar varlıqdı.Səni də Azərbaycan qadını doğub,məni də Azərbaycan qadını doğub və mənim bu fikrimə qıcığ olursansa sən şərəfsiz yoxe insanlıqdan əsər əlamət olmayan məxluqsan.Təhminə və Zaur filmində deyildiyi kimi "Kişi məlaykəni fahişəyə çevirən adam deyil.Kişi,fahişəni məlaykəyə çevirən adamdı".Əgər sən də Zaur kimi "Mən bunu bacarmadım" ya da "Bacarmaram" deyirsənsə Təhminənin təbirincə desək " Rədd ol,burdan get" və bir də özünə "Mən kişiyəm" demə ! Kişilik kişi cinsi orqanıyla ölçülmür.Heç kimə də pozğun deməyin.Hamımızın evində qadın var,qarşıda övladımız,gəlinimiz olacaq.Hələ heç kim bilmir öz ailəsindən necə qadın çıxacaq və həyat kimə nə hazırlayıb.Hər şeyi dinə,İslama bağlayırsınızsa onda Məhəmməd Peyğəmbərin fikrini qulağınızda sırğa edin: -Kimsəni qınamayın.Qınadığınız şey başınıza gəlməyincə ölməyəcəksiz. Sonda isə "Qadınlar kişilərdən çox yalan danışır" dəyənlərə səslənirəm: Kişilərin yalan danışmamaq lüksu ona görədi ki,siz nə etsəniz də "O KİŞİDİ ONA OLAR" deyib üstündən keçilir və siz çox da məcbur qalmırsız yalan danışmağa.Elə bu səhifənin də əsas məqsədi odur ki,hüquqların bərabər olduğunu beyninizə yeridək və sizə görə nə normaldırsa biz də eyni şeyi edə bilərik qarşılıqlı anlaşaq bu mövzu bağlansın birdəfəlik.Əxlaqın cinsiyyəti yoxdu əgər kişilərlə nigaha qədər yatan qadın fahişədirsə,qadınlarla evliliyə qədər yatan kişi də fahişədir. Bir də ki, yenə təkrar edirəm Namusu qadının qıçının arasında yox BEYNİNİZDƏ axtarın.Tapsanız sizi TƏBRİK EDİRİK siz ADAMsınız !
            

понедельник, 7 марта 2016 г.

"8"siz MART

Bir bayramda ki,kişilərdən çox qadınlar bir-birinə hədiyyə edir o bayram haqqında danışmağa dəyməz bizim cəmiyyətdə.Lakin,bu bayram mən ən çox o “İş liftçiyi” geyinib gic-gic videolar çəkən,”Bax doyunca bax sonra həsrət qalaceysan” sonra o videoda “Mənə direct atmıyun” deyən “Meymuş səhifəsinin”adminkalarını təbrik edirəm.Siz o cəmiyyətin kişilərinin 90%nə laiq olan “qadınlarsız” və bu bayram sizindi.O cəmiyyətdə güclü,ağıllı,zəhmətkeş,fədakar qadınlar ömür boyu laiq olduqları dəyəri görə bilmirlər çox hallarda.Təəssüf ki,mən sizi təbrik edə bilməyəcəm.Siz illərlə “Ərimin çətinliyi var qoy heçnə almasın eybi yox təki canı sağ olsun” deyib kənarda fahişələrə,avara dostlara nə pullar nə hədiyyələr verdiyindən bixəbər olub BƏDBƏXT olan qadınlarsız sizə hansı 8 mart yaraşır? 8 mart xoşbəxt və daha çox gülümsəyən,əks cinsdən diqqət görüb İNSAN rejimində işləyən qadınların bayramıdır. Səhərə qədər çörək sexində işləyən,fəhlə işlərində işləyən,alçaq ərinin xəyanətindən,şərəfsizliyindən tərk olunaraq uşaqlarını tək başına böyüdən qadınlar-8 mart sizlik deyil.Bir cəmiyyətdə ki,” Qadın kimdir” sualına ən çox gələn cavab “Qadın Anadır” olursa,bir cəmiyyətdə ki qadın zorlananda çox insan “Yaxşı qız olsaydı zorlanmazdı Allah bilir kişiyə nə göz-qaş edib” yazılırsa,bir insanlar ki,intihar etmiş qadının o həddə çatmağına səbəbi onun ürəyində yox alt paltarının içində axtarırlarsa o cəmiyyətdə qadından bəhs etməyə dəyməz nəinki onun bayramından.Qadın Allahın yaratmış olduğu ya da yaradıb bəşəriyyətə bəxş etdiyi ən ali və ən gözəl varlıqdır-cümləsinə erkəklərin ən çox etiraz etdiyi fikirdirsə bu bayram haqqında bir də düşünək.Bir cəmiyyətdə ki,qadının haqqı,hüququ tanınmır,sex obyekti kimi görünür,sosial şəbəkədən istifadə edən qadının əxlaqına qərar verilir siz hansı bayramdan danışırsız?Ən çox sevən,ən çox fədakarlıq edən,ən saf və dürüst davranan qadınlar məhz bu bayramda yalnız olur (Çoxluq).Çünki indi “iş lifçiyi” geyinən qadınların dövrüdür.Çünki indi qəlbiylə yox Penisiylə sevən kişilərin zəmanəsindəyik.”Mən səni sevirəm soyun” təfəkkürü ilə yaşayan kişilərin cəmiyyətində 8 mart olmur.Bayrama 1 həftə qalmış sevgililərindən ayrılanlar şəhəri,rayonda yaşayan babasını öldürənlər şəhəri,əsgər yoldaşının bacısı oğlunun “söhbətinə” gedənlər şəhəri.Azərbaycanda 8 mart olmur.Onların təqvimində 7 martdan dərhal sonra 9 mart gəlir.Azərbaycan “8”siz Martdı.Azərbaycan qadına ən az dəyər verib ən çox şey yükləyən,heç bir fədakarlıq etmədiyi halda Qadından dünya qədər fədakarlıq gözləyən sırtıq,həyasız,insanlıqdan kənar toplumdan ibarət bir cəmiyyətdir.Bu yerdə sevdiyim şair Əli Xəyyamın misralarıyla yazımı bitirirəm:-Mən qadınların gözlərinə baxmaqdan qorxub bədəninə baxan kişilərlə dolu şəhərdənəm,-Mən qızların qadın olmadan Ana olduğu diyardanam...“Bayramınız mübarək”,əziz qadınlar,”Bayramınız mübarək”...

вторник, 9 февраля 2016 г.

Göylərdən gələn məktub

Salam.Mənim adım Nigardır.Mən 2 gündü intihar etmişəm.Səbəb önəmli deyil bu mənim ruh halımla bağlıdır.Sizə sadəcə onu demək istərdim ki,mənim intihara səbəb olacaq qədər sarsıldığım,məhv olduğum,hər şeyi gözə alıb “Həyata “Əlvida” dediyim hadisədə qəlbimə baxmağa bir balaca mənim hiss etdiyimi anlamağa cəhd edin.Mən o insanam ki,heç kim anlamadı,anlamaq istəmədi ya dedilər “Cəhənnəmə düşəcək” ya dedilər “Allah bilir hansı oğlanla arasında nə olub”.Əgər mənim həyatımda nəsə olubsa belə məni yenə də siz öldürdünüz.Mən qınanılmaqdan,kimlərinsə ağzına “saqqız” olmaqdan qorxub intihat etdim.Sizlərin hamınızın əlləri qanlıdı! Mənim qanımdı! Heç kəs mənim valideynlərimin,bacımın cəmiyyətdəki aqibətini düşünmədi hamı bir ucdan ağzına gələni yazdım arxamca.Bəli intihar edərək mən də düşünməmiş oldum.Yaxşı mən düz etmədim bəs siz niyə mənim etdiyim səhvi təkrar edirsiz? Xəyanət etmiş bir insana görə həyatdan getmişəmsə niyə xəyanət edən OĞRAŞ yox mən günahkar sayılıb az qala “Fahişə” adlandırılıram? Niyə mənim qəlbimə yox alt geyimimin içinə maraq edirsiz? Gözəl qızam,maddi imkanım olmayıb,ailədə mehriban olmuşuq.Siz düşünün əgər mən bu həddə çatmışamsa nə hiss etmişəm bir təxmin edin nə olar?! Əgər intihar edən cəhənnəmə düşürsə bunu bilirsinizsə,əgər mən Allahın bağışlamadığı addımı atmışamsa və siz dindən bu qədər xəbərdarsınızsa bəs niyə həm də onu bilmirsiniz ki Peyğəmbərimiz buyurub ki:-”Qınadığınız şey başınıza gəlmiyincə ölməyəcəksiniz”.Bunu bilmirsiz? Necə əmin olursunuz ki,sizin də yaxınlarınız,övladınız mənim taleyimi yaşamayacaq? Saytların biri yazır ki 3cü kurs tələbəsiymişəm,digəri deyir ki 4cü kurs.Qalanları ümumiyyətlə absurt fikirlər yazır.Siz dəqiq bilmədiyiniz məlumatları oxuyub insanı tanımadan necə onun haqqında qəti fikirlər yaza bilirsiz? Sizi hamınızı Tanrı görür və bir gün mənim yaşadığımı yaşayacaqsınız.
Mən indi axirətdəyəm ümid edirəm sorğu-sual bitəndə cənnətə düşəcəm.Çünki mən 23 il zatən Azərbaycan kimi cəhənnəmdə yaşamışdım.Tanrı öldükdən sonra məni yenidən cəhənnəmlə cəzalandırmaz.Vicdanlı,şərəfli və insani mövqedə olun.Mənim problemim hər nə olur olsun bir döyünən qəlb,yaşayan can idim.İndi yoxam.İmkan verin məzarımda rahat yatım.

суббота, 6 февраля 2016 г.

Gəlməyən Adam







Bir insan var hardasa "Gəlməyən Adam",
Gözləyirəm inanıram o da məni sevir.
Sadeəcə vaxtı uzadır gəlməyən Adam.
Bəlkə də gözü yoldadı məni gözləyir.
Xəyalını qururam hər gün hər gecə,
Axtarıram di gəl ki axı tapım necə?
Bilsəm ünvanına gedib gizlicə,
Söyləyərəm burdadı-"Gəlməyən Adam"
Bilirəm xəyal edir o gözlərimi,
İncə əllərimi,incə belimi.
Xəyalına gətirir hər gecə məni,
Söyləyir "Hardasan,gəlməyən Adam?"
Bilirəm geci-tezi gələcək Adam.
Bəlkə də gəlsəydi gedişi olardı,
Bəlkə də bilir Tanrı nə yazdığını.
Bəlkə də xoşbəxtlikdi heç gəlməməyi,

Sevgiyə dəyər verir gəlməyən Adam

вторник, 12 января 2016 г.

Mən də insanam...

Salam.Mənim adım Dianadı.Mən artıq 10 ilə yaxındır Türkiyədə yaşayıram.Trans qadınam.Yalnış bədəndə doğulmuş ruham.İnsanlar məni qəbul etmir,çox yerdə təhqir olunur,şiddətə məruz qalır,səbəbsiz döyülürəm.Tək günahım homosseksual olmağımdı.Anlayırsız?Mən pis heçnə etməmişəm,cinayət işlətməmişəm,heç kimin duyğularıyla oynamamışam.Mən sadəcə kişi doğulub özümü qadın kimi hiss etmişəm.Elə bilirsiz bu mənə asan idi?Elə bilirsiz mən toplumdan "dışlanmaqdan" zövq alıram? Bilirsiz neçə dəfə psixoloqa müraciət edib yaxınlarım? Bilirsiz neçə dəfə intihar etmək istəmişəm? Siz bilirsiz dünyanın ən yaxşı insanı olduğun halda belə sadəcə trans olduğuna görə insanların səni qəbul etməməsi hətda ailənin səndən imtina etməsi nə deməkdi? Pozğunuq hamımız deyirlər.Niyə pozğunuq niyə seks xidmətçiliyinə sürüklənirik heç maraqlandınız?Hansı işə getdimsə şəxsiyyət vəsiqəmdə cinsim kişi göstərildiyi üçün ələ salındım,ironik baxışlara tuş gəldim.Məni anlayan insanlar adətən LGBT üzvləri olur bir də feminist qadınlar.Toplumda çox az insan mənim cinsimə yox mənəvi sahib olduğum şeylərə dəyər verir.Mən sizdən məni sevməyinizi istəmirəm.Məni insan olaraq qəbul edin.Mənim cinsimi,irqimi,dinimi,dilimi boş verin.Mənim duyğularım var,mən də incinə,mən də ağlaya mən də sevinə bilirəm.Dəfələrlə ən qatı dindarlar Qurandan stat gətirdilər "Allah verən canı yalnız Allah ala bilər" və "İntihar Allahın ən bağışlamadığı məhfumdu" Onda niyə bizə sosial şəbəkələrdə ölüm arzuladınız,döyərək öldürməyə cəhd etdiniz,öldürdükcə belə insanlar ölən yoldaşlarımın arxasınca sevinirmiş kimi rəylər yazaraq duyğularımızla oynadı? Niyə trans ölümü adi heyvan ölümündən də sadə gəlir cəmiyyətə? Niyə bizi intihara sürükləyirsiniz?
İnsanlara olan sevgim sonsuzdu.Mən həyatı sevirəm.Keçən il bütün trans qadınlarla yığışıb maliyyə topladıq öz aramızda.Sağ olsunlar feministlər də dəstək oldu.Türkiyədə Eylul Cansın adına zorakılığa məruz qalmış və ailəsi tərəfindən imtina olunmuş həm qadınlar həm də homosseksuallar üçün sığınacaq açdıq.Mənim ayrıca heyvan sığınacağı açmaq barədə də planlarım var.Uşaqları çox sevirəm çünki onlar üçün fərqi yoxdu sən kimsən,nəçisən,cinsin nədir.Onlar məni küçədə görəndə gülümsəyir,əl sallayır,danışdırsam aqressiyasız cavab verirlər böyüklərdən fərqli olaraq.Əslində mən bütün dünyanı bağrıma basmaq istəyirəm.Amma onlar məni qəbul etmir çünki mənim cinsim fəqrlidi,çünki mən özümü doğulduğum bədəndə hiss etmirəm.Mən alçaq kişilərdən fərqli olaraq kişi qiyafəsində gəzib kişilikdən kənar olmaq qalsın bir qırağa qeyri-insani davranmaqdansa TRANS qadın olub vicdanlı,insani davranmağı daha üstüm tutdum.İnanın ki,yaşadığım həyatdan zövq ala bilmək üçün çox çalışıram,Həyatda ən çox qorxduğum şey birini üzməkdi.Çünki üzülməyin necə bir şey olduğunu,tək qalmağın nə olduğunu,hər kəs tərəfindən imtina olunmağın nə olduğunu taa dərinlərindən bilirəm.Mən də istəməzdim Tanrı belə "səhv" etsin amma olur bəzən.O məni yaratdığı kimi sevməlidi.Bəzən mənə deyirlər ki "Cəhənnəmdə yanacaqsan çünki sən cinsini dəyişdirmisən,çünki kişi olaraq doğulub qadın kimi davranırsan" Sonra da deyirlər " Tanrı istəməsə göydən yarpaq düşə bilməz" Əgər o istəsəydi mən belə davrana bilməzdim.Öz yaratdığını özü bəyənməyən bir varlıq zatən mənim Allahım ola bilməz.Mənim içimdə tam başqa bir dünya,tam başqa bir inanc və tam başqa bir Tanrı var.O yaratdığı hər kəsi olduğu kimi sevir.Bir az əvvəl dediyim kimi mən 29 yaşında bir trans qadınam,duyğularım var,mən də ağrı hiss edirəm,mən də ətdən sümükdənəm.Məni sevin demirəm məni sadəcə qəbul edin.Mən də insanam...

пятница, 8 января 2016 г.

Qara Şeir

Yağış olub buludlara buxarlanmaq istərəm,
Bir qadının dodaqlarında qarğış olub tam can evinə axmaq istərəm.
Nə edim?Mən qarğış edə bilmirəm sənə olan sevgimdən,
Ağrı olmaq,sümüklərinə qədər sızıldamaq,
"Necədi ağrımaq?Bax mən nə çəkmişəm" demək istərəm.
Mən gecələrin adamıyam,ruhum susuz səhra,
Ağladığım yaş da gəlmir gözümdən içimdə var duzlu dərya.
İstərəm,istərəm mən daim nəsə istərəm,
Həyat yəqin belədir...
Xəyallar vermir rahatlıq gecələr ruhuma.
Nə sərxoşluq nə siqaret sakitlik vermir beynimə,
Axı əyyaşlar deyirdi:
-Unudur insan hər şeyi yuxu gəlir gözlərinə.
Qəribədi...Mən içkili olanda daha çox istəyirəm qaçım sənə...
Mən də belə bədbəxtəm,Bağışla...
Mövzu sənə gələndə qarışır qafiyə də,
Mən sevirəm sarı payızı,sevirəm dənizi,
Nə olsun ki saçlarım günəşdəndi gözlərim rəngli,
Mən sevirəm qaranlığı mən sevirəm qara rəngi,
Mənə görədi qəmli mahnılar,mən sevirəm kədərli filmləri,
Yəqin dəli oluram...
Yəqin elə ona görə sevirəm həm də səni...