Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

вторник, 9 февраля 2016 г.

Göylərdən gələn məktub

Salam.Mənim adım Nigardır.Mən 2 gündü intihar etmişəm.Səbəb önəmli deyil bu mənim ruh halımla bağlıdır.Sizə sadəcə onu demək istərdim ki,mənim intihara səbəb olacaq qədər sarsıldığım,məhv olduğum,hər şeyi gözə alıb “Həyata “Əlvida” dediyim hadisədə qəlbimə baxmağa bir balaca mənim hiss etdiyimi anlamağa cəhd edin.Mən o insanam ki,heç kim anlamadı,anlamaq istəmədi ya dedilər “Cəhənnəmə düşəcək” ya dedilər “Allah bilir hansı oğlanla arasında nə olub”.Əgər mənim həyatımda nəsə olubsa belə məni yenə də siz öldürdünüz.Mən qınanılmaqdan,kimlərinsə ağzına “saqqız” olmaqdan qorxub intihat etdim.Sizlərin hamınızın əlləri qanlıdı! Mənim qanımdı! Heç kəs mənim valideynlərimin,bacımın cəmiyyətdəki aqibətini düşünmədi hamı bir ucdan ağzına gələni yazdım arxamca.Bəli intihar edərək mən də düşünməmiş oldum.Yaxşı mən düz etmədim bəs siz niyə mənim etdiyim səhvi təkrar edirsiz? Xəyanət etmiş bir insana görə həyatdan getmişəmsə niyə xəyanət edən OĞRAŞ yox mən günahkar sayılıb az qala “Fahişə” adlandırılıram? Niyə mənim qəlbimə yox alt geyimimin içinə maraq edirsiz? Gözəl qızam,maddi imkanım olmayıb,ailədə mehriban olmuşuq.Siz düşünün əgər mən bu həddə çatmışamsa nə hiss etmişəm bir təxmin edin nə olar?! Əgər intihar edən cəhənnəmə düşürsə bunu bilirsinizsə,əgər mən Allahın bağışlamadığı addımı atmışamsa və siz dindən bu qədər xəbərdarsınızsa bəs niyə həm də onu bilmirsiniz ki Peyğəmbərimiz buyurub ki:-”Qınadığınız şey başınıza gəlmiyincə ölməyəcəksiniz”.Bunu bilmirsiz? Necə əmin olursunuz ki,sizin də yaxınlarınız,övladınız mənim taleyimi yaşamayacaq? Saytların biri yazır ki 3cü kurs tələbəsiymişəm,digəri deyir ki 4cü kurs.Qalanları ümumiyyətlə absurt fikirlər yazır.Siz dəqiq bilmədiyiniz məlumatları oxuyub insanı tanımadan necə onun haqqında qəti fikirlər yaza bilirsiz? Sizi hamınızı Tanrı görür və bir gün mənim yaşadığımı yaşayacaqsınız.
Mən indi axirətdəyəm ümid edirəm sorğu-sual bitəndə cənnətə düşəcəm.Çünki mən 23 il zatən Azərbaycan kimi cəhənnəmdə yaşamışdım.Tanrı öldükdən sonra məni yenidən cəhənnəmlə cəzalandırmaz.Vicdanlı,şərəfli və insani mövqedə olun.Mənim problemim hər nə olur olsun bir döyünən qəlb,yaşayan can idim.İndi yoxam.İmkan verin məzarımda rahat yatım.

суббота, 6 февраля 2016 г.

Gəlməyən Adam







Bir insan var hardasa "Gəlməyən Adam",
Gözləyirəm inanıram o da məni sevir.
Sadeəcə vaxtı uzadır gəlməyən Adam.
Bəlkə də gözü yoldadı məni gözləyir.
Xəyalını qururam hər gün hər gecə,
Axtarıram di gəl ki axı tapım necə?
Bilsəm ünvanına gedib gizlicə,
Söyləyərəm burdadı-"Gəlməyən Adam"
Bilirəm xəyal edir o gözlərimi,
İncə əllərimi,incə belimi.
Xəyalına gətirir hər gecə məni,
Söyləyir "Hardasan,gəlməyən Adam?"
Bilirəm geci-tezi gələcək Adam.
Bəlkə də gəlsəydi gedişi olardı,
Bəlkə də bilir Tanrı nə yazdığını.
Bəlkə də xoşbəxtlikdi heç gəlməməyi,

Sevgiyə dəyər verir gəlməyən Adam