Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 28 мая 2016 г.

Gedişi möhtəşəm qadın.

"Mən güclüyəm sevgiyə ehtiyacım yoxdu"-deyən qadın,
Hər gecə soyuq yatağına uzanarkən göz yaşlarıyla isinirdi.
Hər nə qədər dərin olsa da duyğuları,
Bilirdi...
Sevdiyi adam yazdığı şeirlərin bir sətrinə də dəymirdi.
Hər gecəni sərxoş yuxuya gedərkən iyrənirdi özündən,
Duyğuları keyitmək idi məqsəd,
Dərmanlarla yaşayan insana,
Gülünc idi bəhs etmək dözümdən...
Həssas qadın olmaq çətindi bu qəddar dünyada,
Öskürəklərdən boğulan qadının dodaqları qan,
Xəstə deyildi yox...
Sevgisini ciyərlərindən sökərək,
Ağrılar qusurdu qadın döşəmənin ortasında...
Damarında musiqi axan insanı sükutla qorxuda bilməzsən,
Hər kəsin gedişinə öyrəşən insanı yoxluğunla üzməzsən.
Necə ki,övladını itirən Anaya heç bir itki gəlməz ağrılı,
İnsan çox şey yazar əslində,
Lakin...
Sən oxuyaraq onun nə çəkdiyini hiss edə bilməzsən.
Siqarəti üfürdükcə gözlərindən külü çıxırdı yanan qəlbin,
Yaxınlaşdı biri soruşdu:-Adın nədir?Nədir sənin dərdin?
-"Bahar nəfəsli,payız saçlı,dünyası günəş olan qadın,
Mənəm tracklərdə bəhs olunan o gedişi möhtəşə
m qadın".