Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 16 февраля 2013 г.

Yalnızlığın Tablosu...


Kişisənsə:-Ayrılığın ilk günü
Səhər oyanarsan ilk iş siqaret yandırmaq.İştahın olmaz sadəcə çay içərsən heçnəsiz...Telefonu yandırmağa həvəsin olmaz çünki bilirsən zəng edən olmayacaq.Yox olacaq bu O olmayacaq.Telefon kimi bağlı olduğun əşya da sənə maraqsız olar.Dostuna zəng edərsən gəlsin səninlə dərdləşməyə.O gələr.Birlikdə siqaret çəkib ONDAN bəsh edərsən arada gözlərin dolar dostunsa "Əşşi unut getsin dünyada qızdan çox qız var" deyər sənə yeni qız nömrələri təklif edər.Ən yaxşı halda bu axşamı bazlığa getməyi təklif edər.İstəməzsən...Ürəyin heçnə istəməz...
Günortaya doğru bir şeylər yeməyə qalxarsan oturduğun yerdən.Dostun hələ də təsəlli etməkdədi səni.Silər kompundan ONUNLA olan şəkillərinizi.Telefonuvu da istəyər hər şeyi silmək üçün verməzsən...Axşama doğru əlivə keçəni geyinib çıxarsan şəhərə dostunla.Dostun bilə-bilə səni elə bir yerə aparar ki orda qadınlar çox olsun.Masanıza pivə alıb qoyar.1,2,3,4,5 sən dayanmadan içirsən.Ətrafında qadınlar qaynaşır.Yarı sərxoş halda biriylə tanış olarsan.
Gecəni evdə keçirməzsən.Yatarsan bir qadınla səhər oyanarsan.Ürəyin qalxar...Həm içkidən,həm yatdığın qadından həm özündən iyrənərsən...Paltarlarıvı geyinərsən əl üzüvü yumaq üçün hamam otağına keçməzsən öz üzüvü görün iyrənməmək üçün.Evə gəlib hamama girib ağlayarsan.Dünyanın sonudur?-deyə özünə sual verərsən.Bu günü də yola verib sabahdan özünə yeni həyata başlayacağına söz verərsən.
Sabah ən yaxşı paltarlarını geyinərsən,üzüvü qırxarsan,bər-bərə gedib saçlarını son dəbdə düzəltdirərsən.İlk fürsətdə bir qızla tanış olarsan.Hər gecə zəngləşmələr,restoranlarda yeməklər,güllər...Özüvü ona bağlamağa məcbur edərsən.və...düşünərsən ki artıq alınır və sən xoşbəxtsən...
Bir gün sevgilin sənə bir xoş sözlə müraciət edər ya da ONUN ətrini vurub görüşə gələr...Yaxınlaşıb üzündən öpəndə o ətri hiss edərsən.O an anlayarsan əslində keçmişlə bağlı heçnə bitməyib günün zəhərə dönər.Sevgilinin dediyi xoş söz zəhrimara dönər.Çünki O da sənə bu xoş sözlə müraciət edərdi...Dilin tutular boğazına bir şey dirənər o an məhv olarsan...Günü bir təhər yola verərsən gələrsən evə.Sevgilin zəng edər açmazsan.Smslər yazar cavablamazsan.Çünki keçmişlə bağlı heçnə bitmıyib adi bir ətir səni ONA apara bilibsə.Sevgilin get gedə səndən diqqətsizliyinə görə küsər,davalar edər,acılayar...
Bir müddət sonra anlayarsan ki əslində sən axtardığını bu qadında tapmamısan siz fərqli insanlarsız...Gecə oturarsan kompyuter başına axtararsan ONUNLA olan köhnə şəkilləri.Baxıb-baxıb ağlayarsan dəli olarsan.Smslərini oxuyarsan.Nömrəsinə zəng edərsən əvvəl səsini dinləmək üçün sonra bir yerdən bir söz atıb ünsiyyətə keçə bilmək üçün.Girərsən facebooka axtararsan onun yeni profilini və STOP!!! ONUN münasibətdə qoyduğu biri var !!!Və sənin ONDAN başqa heç bir dayanma nöqtən yox idi bütün qadınlar yalandı təkcə O sən ONU istəyirsən...GECDİ!Hər zəng gələndə ürəyi çırpınar ekrana ONUN adının yazılmasını istəyərsən.Telefonun da 1 nömrə olar adı SEVGİLİM amma heç vaxt zəng etmədiyin ya da edə bilməyəcəyin 1 nömrə...
QADİNsansa:-Ayrılığın ilk günü...
Səhər yuxudan oyanmaq istəməzsən.Gözlərini açan kimi ilk o fikir sənə hücum çəkər O yoxdu.Ağırlıq çökər üstünə.Yatağından qalxmaq istəməzsən.Baş ağrısı,davamlı olaraq dolub boşalan gözlər.Telefonu açarsan o ümidlə ki,bəlkə gecə zəng edib?...Amma yox...Heç olmasa gizli zəng gəlməsi barədə bir bildiriş mesajı gələydi-deyə düşünərsən.Qalxarsan yatağından bir təhər.İştahasızlıq,ürək bulanma,baş ağrısı...Dünyanı üstünə çökmüş hiss edərsən.Rəfiqən zəng edər.Telefonu götürməyi istəyin olmaz eyi anda da kiminləsə bu ağrıları bölüşmək istəyin olar.Telefonu götürüb qiriq-tökük sözlərlə hər şeyin yaxşı olduğunu demək istərsən.Amma o rəfiqəndi sən sussan nəfəsindən biləcək içincə ağrı var.Dərdləşər səninlə hətda ürəyi soyumaz durar gələr sənin evinə.Əhvalını düzəltməyə çalışar.Ümid verər ki,hər şey yaxşı olacaq...Sən bilirsən amma O həmişəlik gedib...
Bir neçə gün evdən çıxmaq istəməzsən...İşə gedib evə gəlmək.Ürəyin sıxılar.
Bir gün bezərsən eyni şeylərdən.Rəfiqəni də götürüb shoppingə gedərsən.Ani olaraq sızlayar içində bir şeylər amma sən güclü olmalısan özünə söz vermisən.Gözəllik salonuna gedərsən.Onun sevdiyi saç düzümü və saç rəngini dəyişib tamam başqa obraz olarsan.Ətrafında sənə əks cinsdən olanların diqqəti və komplimentlər sənə ruh yüksəkliyi verər.Amma sən yalnızlığı tərcih edərsən.Çünki xəyal qırıqlığına uğramısan və ONU unutmamısan zamana ehtiyacın var...
Gələn hər gün için bir az daha rahatlayar.Çünki məhz zaman bütün yaraların məlhəmidir.Arada  gecələr nələrsə yadına düşər ağlayarsan.Mesajlarını oxuyarsan ağlayarsan."Mən həmişə sənin yanında olacam"-kəliməsi qədər heçnə incitməz səni o qədər sözlərin içində...Bir az daha zaman keçər.Yeni il olar,sevgililər günü,8 mart...Sənə çoxları təbrik mesajı yazar sən ONDAN gözləyərsən.
Və..Doğum günün...ONUN yoxluğunu məhz həmin gün dərk edərsən və yeni qərar verərsən "Yeni ilişki" qərarı...
Qarşına elə bir insan çıxarki ağlın başında gedər.Daha öncə mən sevgi yaşadım?-deyə təəccüblənərsən.Telefondan,kompyuterdən və silinə biləcək hər yerdən ONA aid hər şeyi silərsən...Hədiyyələrini belə atmağa güc gələr sənə.Nömrəsini artıq unutmaqdasan və sən də artıq yeni nömrədəsən...Hər gün gözəlləşərsən və bu səni daha da xoşbəxt edər.Daha dostların ONU səndən soruşmaz və əksinə yeni münasibət qurduğun insanı tanımaq istədiklərini deyərlər sənə.Bakı balaca şəhərdir.Sənin xoşbəxt olmağın gedib ONA çatar.Səni itirdiyinin fərqinə indi varar və...
Axşam internet səhifənin mesaj hissəsinə 1 pm gələr:
-Səni unuda bilmirəm...050 ....... 17 zəng et mənə sənin sevginə çox ehtiyacım var...
                                                                    ŞAHZADƏ...

суббота, 19 января 2013 г.

Mənim həyatım gözəldir...


Çox vaxt qarşıma çıxan insanlar həyatdan gileylənirdilər.Mənsə hər zaman hər kəsə eyni cavabı verirdim:-Mənim həyatım gözəldir...
Həyat sənin tablon sənsə onun rəssamısan.Əgər həyatının uğurlu alınmırsa demək sən uğursuz rəssamsan boyalarını dəyiş.İnsanlar çox vaxt başına gələn uğursuzluqları kimdəsə görürlər.Bu bədbəxt və aciz insanların işidir.Fırçanı düz tut ən sevdiyin rəngi seç və ürəyin istəyən tablonu yarat!Əsas özünə inan.Səhvlərini və başına gələn uğursuzluqları boş ver.Onlar səni kamilləşdirdi.Rəssam boyaları və neçə fırçayla vərəqləri israf etməlidir mükəmməl əsəri yaradana qədər.Bunu unutma !
Çox insanlar mənim kənardan parıltılı və işıq saçdığımı deyir və bunun  səbəbi çoxuna maraqlıdır.Mən özümü sevirəm və hər zaman inanıram.Mən bu həyata yalnız uğur qazanmaq üçün gəlmişəm.Hər səhər oyananda birinci pəncərədən çölə yox güzgüyə baxıram.Mənim günəşim ordadır.Hər işi sevə-sevə edirəm.Ən neqativ şeylərə belə müsbət açıdan baxmağa üstünlük verirəm.Ən gözəl kosmetika-Təbəssümdür.Gülümsəyirəm...Hər kəsə gülümsəyirəm.Bütün insanları özümə cəlb edə bilirəm.Sevgim həyata qarşı həddən artıq çoxdur.Hər zaman sevgi və evlilik təklifləri alıram...Lakin evlilik mənim üçün incə mövzudu bu hər insanla müzakirə olunmaz...Həm...Mənim sevgim ilahidir.Mən Tanrını çox sevirəm.Əsas sevgim odur.Mən bir şeyi gözəl dərk etdim ki,rəsm tablomda insanlardan çox dünyamdaki gözəllikləri əsk etdirim,öz uğurlarımı,hədəflərimi...Mən xoşbəxtəm...
Mənim həyatımı  bir işarəylə əks etdirməyimi istəsəydilər mən not açarı çəkərdim...Mənim işimi təsvir etməyimi istəsəydilər mən əqrəbləri kağız puldan olan saat təsvir edərdim...Məndən dostlarimi təsvir etməyimi istəsəydilər mən 4 fəsli əks etdirən rəsm çəkərdim.Məndən sevgimi,hər şeyimi təsvir etməyimi istəsəydilər Allahı təsvir edərdim.Bu da yəqin ki,boş tabloda parlaq işıq görüntüsü olardı.Korların belə görə biləcəyi rəsm əsəri...
Özünüzü işıqlıqdan və gözəllikdən məhrum etməyin.Həyat gözəldir...
                                                                                                     Şahzadə

воскресенье, 6 января 2013 г.

Mən Fahişəyəm


Mənim adım Ayadır.Yox,Yox bu şərti ad deyil öz adımdı.21 yaşım var.16 yaşımdan fahişəlik edirəm.Daha doğrusu erkək fahişələrin pulunu sovururam.Mənimlə pulsuz kişi istəsə də yata bilmir.Çünki həm ucuz sifarişlərə getmirəm həm də mənim fahişəlik prinsiplərim başqadı.Kişilərə nifrət edirəm.Bəli,bəli,nə qədər qəribə səsləsə də bu belədir.Mən kişilərə nifrət edirəm.Xüsusilə pullu kişilərə.İlk dəfə fahişəliyə də elə pullu oğlanla başlamişdim.Onun adı Ruslan idi.Evimizin  yanındakı hündür mərtəbli binaya köçmüşdülər.Mən evin tək qızı idim anamla qalırdıq.Atam bizi çoxdan atıb gedib heç simasını xatırlamıram.O vaxtda kişi mövzularından zatən yaralı idim.
Ruslanla isə həyətdə tanış olmuşduq.Hər zaman qızların diqqətində idi.Qara Lexus sürürdü gümüşü parıldayan diskləri,hər zaman da şüşələri açıq maşının içindən mahnı səsi küçəyə yayılırdı.Bütün qonşu qadınların arzusu idi Ruslan onlardan birinin qızına tərəf cəmi bir dəfə baxsın.Ruslanınsa diqqətində mən idim.Bir müddət məktəbə maşınla dalımca gəlirdi.Bu mənim müəyyən qədər xoşuma gəlsə də həm də qorxudurdu.Çünki anam məni min bir əziyyətlə tək böyütmüşdü.Çörək sexində işləyirdi bəzən elə olurdu gecə növbələrinə qalırdı.Mənə həm ata idi həm ana...
Ruslan da bilirdi mən kasıb şəraitdə böyümüşəm.Məni bahalı restoranlara aparırdı,əyin-baş alırdı,hədiyyələr edirdi.Bəzilərini evdə gizlədirdim.Bəzilərini isə Fəridənin (rəfiqəm) hədiyyə etdiyini deyirdim.Anam inanırdı.Mən uşaqlıqdan onun-bunun əşyaları ilə böyümüşdüm.Ruslan mənə söz vermişdi ki,mənimlə evlənəcək.O zaman uşaq idim cəmi 15 yaşım var idi Ruslanınsa 20.Ruslan mənim ilk sevgim idi...Münasibətlər dərinləşdikcə cismən də yaxınlaşırdıq.Ruslan bir gün ev tutub məni qonaq çağırdı.Dedi ki-"Evdə bir şey uydur anana gecə evə getmə".Evdə Fəridə gildə qalacağımı dedim anama sabah dərs yox idi.Fəridəyə də tapşırdım ki- "Anam zəng etsə,de ki sizdəyəm".
Ruslanla yemək yeyib televizorda film izləməyə başladıq.Bu an o əlini belimə qoyaraq:
-Ayan,mən 1 ilə əsgər gedirəm.Səni burda necə tək qoyum bilmirəm.Qorxuram mən qayıdana səni anan ərə verə...
Ruslan həqiqətən qısqanc idi.İnternet şəbəkələrinin heç birində oturmaga icazə vermirdi.Telefonumu tez-tez yoxlayırdı.Mağazaya gedəndə belə ondan icazə almalı idim.Ruslan dodaqlarıma yaxınlaşaraq:
-Ayan,məni gözləyəcəyindən əmin etmək üçün mənə bakirəliyivi verərsən?-dedi.
Düzü bunu gözləmirdim.Amma yox deməkdən də qorxurdum.Birdən Ruslan onu tam sevmədiyimi düşünər.Birdən düşünər ki,mənim başqasıyla evlənmək kimi bir planım da var.Qorxdum..."Səninlə olaram"-dedim.Və biz olduq...
Həmin gecədən sonra Ruslan lap çox qısqanc olmuşdu.Məni heç yerə buraxmırdı.Universitetə hazırlaşmağa belə imkan vermirdi.Bütün günü evdə otururdum.Mənə deyirdi ki:-"Mənim həyat yoldaşım işləməyəcək.Mən onu necə lazımdı işləyib saxlayacam.Mən imkan vermərəm hansısa oğraş arvadima işdə göz qoysun.Olmaz!Sən evdə oturmalısan".Amma mən anamı saxlamalıyam.Bunu da hər dəfə Ruslana bildirdikdə o deyirdi ki:-"Ananı da özümüzlə götürəcəyik narahat olma".
Bakirəliyimi itirdiyim üçün müəyyən qədər narahat olsam da,bir tərəfdən də xoşbəxt idim ki,Ruslanım var.Hər gün hər gecə evlilik xəyalları qururdum,özümü gəlinlikdə təsəvvür edib uçurdum....Ruslan da mənimlə mütamadi əlaqədə olurdu.
Və bir gün...Bir gün ürəyim bulandı...Əslində o gündən indiyə qədər ürəyim bulanmaqdadır bu həyatdan və kişilərdən.Daimi halsızlıq və ürək getmələrə görə anam evə həkim çağırmalı oldu.Hamiləliyim məlum olduqda anam məni öncə qusana qədər döydü sonra hər şeyin necə olduğunu soruşdu.Mən danışmalı oldum...
Ruslanın ailəsinə anam şikayətə getdi.Atası anamı dinlədikdən sonra özündən razı şəkildə:-"Qızın qəhbədisə bu sənin günahındı.Cəhənnəm ol evimdən"-deyərək anamı qovmuşdu.Adım çıxmasın deyə anam onları polisə verə bilmədi.Şikayət etsəydi belə "Sadəcə həddi buluğa çatmamış şəxslə cinsi əlaqə"-yə görə iş acacaqdılar onu da ki,elə Ruslanın maşınını satmaqla ört-basdır edəcəkdilər.Anam da avam savadsız qadın olduğundan arxaya çəkildi.Ruslan yoxa çıxmışdı.Nə nömrəsinə zəng çatırdı,nə özü ortalarda görünmürdü.Ailəsi onu hansısa ölkəyə istirahətə göndərmişdi.Qarnım böyüməmiş bir çarə tapmalı idim.Uşağı həm istəyirdim həm yox...Bir axşam Ruslanın atası qulluqçuları ilə evimizə konvertdə abortun pulunu göndərib üstünə də qeyd yazmışdı-"O uşaqdan ən qısa vaxtda qurtulmasanız Ayanın başını əkəcəm"...Konvertin sağ tərəfində də həkimin nömrəsini qeyd etmişdi.Onlar bilirdilər heç bir həkim bu işə yaxın durmayacaq.Artıq planlamışdılar hər şeyi...
Anam pulu götürüb xeyli ağladı.Mənisə hey qarğışlayırdı.Mənim artıq içimdəki göz yaşı dərəsi elə qurumuşdu ki,gözlərimin altı göyərirdi hər gün.
Abortdan sonra evimizdən köçdük.Son dəfə Ruslanın otağının pəncərəsinə baxdım  qaranlıq idi.Gözümdən sadəcə bir damla süzülərək içimə axdı.Bu SON damla idi...
Həmin gündən həyatıma laqeyid yanaşırdım.Tez-tez rəfiqələrimlə içirdik,səhərə qədər barda rəqs edirdik...Və indi mən FAHİŞƏYƏM...Yalnız pullu kişilərlə yatıram.İstədiyim məbləği ödəyirlər.Üstəlik də istədiyim yerimi öpdürürəm.Bədənimə elə baxıram ki,istənilən kişi qabağımda əriyir və fahişə olduğumu unudur.Ən çox bilirsiz nə ləzzət eləyir?Özünü bayaqdan ən bahalı restoranda KRAL kimi aparıb ofisianta barmağıyla işarə verərək bir qaşını qaldırmaqla dünyanın mərkəzi hesab edən "güclü" birinin "Gücünün" ayaqlarımın arasına girənə qədər olmasını görməkdir.Kənardan ən güclü görünən kişi belə qadının 2 ayağı arasında bütün zəifliyini ortaya qoyur!!!
İndi maşınım da var,evim də var.Anamı keçən yay itirdim...Övlad da istəmirəm,ailə də,ər də...
Mən mənəvi fahişələrin mənəviyyatını və pulunu bədənimlə alıb çirkləndirən fiziki fahişəyəm.Mən erkək kişilərin yox,erkək fahişələrin qadınıyam.Erkək kişilər mənə müraciət etmir onlarin 1 qadını olur.
Ayan gözlərini divara zilləyərək çəhrayı parıldayan dodaqlarının arasından siqareti xəfifcə üfürür və:
-"Ruslandan isə hələ də xəbər yoxdu"...

суббота, 8 сентября 2012 г.

Ayrılıqdan sonra ilk məktub...



Mədinə:-Salam.Bu mənəm Mədinə.Bilirəm bu ad sənin ürək döyüntülərini bir az da çoxaltdı elə mən də həyəcanlıyam...Səndən çoxdandır ki,xəbər yoxdu.Bilmirəm bu məktubu oxuyacaqsan ya yox?...Hər halda ümid edirəm ;) Ayrılarkən çox acı sözlər demişdim sənə bağışla...Uşaqlıq etmişik ikimiz də.Mən də sənin sözlərini unutdum.O vaxtdan təkəm heç kim olmadı həyatımda.Sən?Subaysan?Evlisən?...Mən indi özümü daha yaxşı hiss edirəm ;)Sən də yaxşı ol.Hələlik ;)
Anar:- ...
                                           3 HƏFTƏ SONRA
Mədinə:-Salam.Deyəsən narahat etmiş oldum səni...Bağışla...Sadəcə səndən xəbər almaq istədim ;/O gün otağımı yığışdırarken köhnə bir kitabın arasından şəkillərimizi tapdım.Anam gil görməsin deyə gizlədirdim o vaxtlar...Necə həyəcan keçirirdim onlar kiminsə əlinə keçər deyə...;)Hələ də saxlayıram.Nəysə özünə yaxşı bax bunu oxusan kiçik bir cavab yaz bilim ki,yaxşısan ;)
Anar:- ...
                                       2 HEFTE SONRA
Mədinə:-Salam ;)Bu yenə də mənəm Mədinə necəsən?Niyə cavab yazmırsan hələ də küskünsən mənə?Artıq çox keçib bəlkə 1-2 cümlə yazasan?Şəkillərini tapdığım gündən hər gün baxıram...Çox qəribədi biz necə ayrıldıq axı o qədər çox xoşbəxt idik ki?...Bir də ən çox görünüşünü mərak edirəm çox dəyişmisən?Necə olsa səni görməyəli artıq 1 il oldu...Özünə yaxşı bax səni çox istəyirəm...
Anar:- ...
                                       1 HƏFTƏ SONRA
Mədinə:-Hmm sən ciddi-ciddi küsmüsən mənə nə çox kinlisən uşaq olma üzr istədim axı ;(...Bu mənəm MƏDİNƏ sənin 1 il əvvəl sevdiyin qız.Bəlkə adımı da unutmusan.Neçə qız oldu həyatında,yatağında Allah bilir neçə qızla sevişdin məni unudaraq ;(Daha neçəsinə "Sevirəm"dedin hə?;(Heç olmasa bir nöqtə qoy bunları oxuyursansa bilim ki,hisslərimin və keçən o 1 ilin nəsə xatirəsi qalıb səndə....
Anar:- ...
                                      1 GÜN ƏVVƏL
Mədinə:-Hələ də heçnə yazmırsan...Anar,sənin şəklin artıq çərçivədə yatağımın düz yanındadı aylardır...Hər səhər və hər gecə səni görürəm ilk və son...Mən sənin şəklinə baxmasam belə görürəm.Qəlbimin gözləriylə...Əslində sənin şəklini o gün kitabların arasından tapmamışam sən gedən gündən mən onlara baxıram.Gizlətməyə də kitabın deyil yastığın altına qoyuram.Səndən sonra həyatımda kimsə olmadı.Niyə bilirsən?Çünki səni çox sevirəm...:(( Çox çox sevirəm səni...Bağışla narahat edirəm bu qədər uzun vaxtdı.Sadəcə bilməni istəyirdim ki,mən hələ də darıxıram.Cavab yazmasan da olar.Daha vacib deyil...Səni çox sevirəm bunu bil və unutma.Mədinə :( Sənin Mədinən...
Anar:-Mən də səni sevirəm Mədinəm...

понедельник, 3 сентября 2012 г.

Bir əclafın göz yaşları...

O qarşımda ağlayırdı...İt kimi peşman,içində qaynayan vicdan əzabı gözlərindən daşırdı.Çünki bilirdi elədiyi səhvlərlə mənim ona olan sevgimin qarşısında çox əskik qalır.Ona yazığım gəlirdi.Mən də ağlayırdım.O elə düşünürdü ki,mən bu ayrılığa üzülürəm amma bunu o elə bilirdi əslində mən öz hisslərimin qəbrini ziyarət edirdim içimdə özümə yazığım gəlirdi...Mən qururumu xilas etməli idim.Onun qarşısında hər cür qururumdan keçmişdim indi də onun təpikləyib yerə döyəclədiyi qəlbimin qalıqlarını xilas etməli idim.Qarşımda özünü nə ilə olur olsun savunurdu eyni zamanda da aşağılayırdı.Qəribə gəlirdi bu mənzərə mənə.Daim qarşımda az qala MƏLƏK olduğunu və mənim kor olub da onun qanadlarını görmədiyimi az qala mənə sübüt etməyə çalışan bu varlıq indi özünə hər cür şərəfsiz damğası vururdu.Çünki aciz idi...Çox aciz...Nə səhv etsə onu bağışlayacam deyə bilmirdi özünə hansı damğanı vursunki ondan iyrənim.Mənsə ondan çoxdan iyrənirdim...İlk dəfə başqa biriylə yatdığını öyrəndiyimdə çiynindəki qanadları ayağımın altına düşmüşdü onun xəbəri yox...Bədbəəəəəxt :)Sadəcə onun özünü qarşımda bu şəkildə alçaldacağını,özünə ən şərəfsiz sözləri deyərək qarşımda əzabdan qan qusacağı günü gözləyirdim.Mənim gözlərimin ağladığını onun qəlbi bir gün mütləq ağlamalı idi...HƏR ZAMAN BAĞIŞLAYIN!O ÖZÜNÜ HƏR CÜR TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞSIN SİZ DƏ İNANIRMIŞ KİMİ DAVRANIN.GEC-TEZ VİCDAN ƏZABI İÇDƏN DAŞIB GÖZLƏRDƏN PÜSKÜRƏNDƏ SADƏCƏ SƏSSİZ ONU TƏRK EDİN.O SİZİ ÖMRÜ BOYU UNUTMAYACAQ!!!Şahzade