Sətirlərə düzürəm yenə hərfləri səssizcə,
Güzdüzləri boş ver dost,mən gecələri sevirəm.
İçmək də çəkmək də qadına yaraşmaz deyirdim,
İndi özüm həm içirəm,həm də çəkirəm...
Bagırsam dünyaya kar da eşidər məni,
Bir tək Tanrı bilir mən nələr çəkirəm.
Tufan qopur otağımda dağıdıram hər şeyi,
Asılan pərdə kimi bir gedirəm bir də gəlirəm...
Tənhalığın eyforiyasını yaşayır bədənim,
Beynimdə o qədər səs var sakitdi ürəyim.
Bəzən qorxudur təklik görən neyləyim?!
Ama onu həm sevirəm həm də nifrət edirəm
Mələklərlə göndərsəm Allaha ahımı,
Tezmi həyata keçər çox mu gözlərəm?!
Buralar mənlik deyil apar bu Nazlını,
Yenə təklikdən misraları yazıram,silirəm...
Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...
суббота, 6 сентября 2014 г.
Olur hərdən...
Çox az hallarda darıxıram bu gün o gecələrdəndi,
Bir az səsin bir az ətrin dağılsın sərin yatağıma…
Gəl sevgili,bilirəm darıxmısan barmaqların toxunduqca barmaqlarıma,
Titrəyirsən nədən?...
Mən səni səndən gizlədirəm bu aralar fikir vermə olur hərdən,
Zibil anti depressantların təsiridi,nədi,üşüyürəm ama tərlidi bədən…
Baxışlarınçün darıxmışam gəl bu gecəni dənizdə keçirək,
Sən süz çaxırdan səbəbsiz gülək,qucaqla hərdən,bir badədən içək.
Külək də rəqs edir pərdəylə bax otağım necə səssizdi,
Əsəbləşirəm yoxluğuna dərmanlarla keçmir ömür qəlb ölümə tələsdi
Bir istəyim var apar məni buralardan əbədi yanımda qal,
Anlamır məni heç kim sənə deyəcək o qədər söz var.
Sarıl soyuq payız gecəsində nəfəsinlə ruhum bəlkə istiləşə,
Hər səhər də oyat məni incə öpüşlə…
вторник, 12 августа 2014 г.
Şahzadə ilə Çobanın nağılı
Biri
vardı biri yox idi.Bir Şahzadə var idi.Ailəsinin sevimlisi,dostlarının ən çox
istədiyi insan idi.Gözəl idi,hər şeyi vardı.Bir qızın Tanrıdan arzu etdiyi nə
varsa o sahib idi hamısına.Bir istəyi vardı həyatının sevgisini tapmaq.Bir gün
gəzməyə çıxarkən bir Çobanla təsadüfən tanış olur.Çoban çox yaraşıqlı olur
Şahzadə gözlərini çəkə bilmir ondan.Söhbət edirlər və çoban qarşısındakı
xanımın Şahzadə olduğunu öyrənir lakin qızın sadəliyi onu cəlb edir.Şahzadə ona
nömrəsini verir və harda yaşadığını deyir.Əslində Şahzadə bilirdi evdə onun
hansı oğlanla tanış olduğunu bilsələr bu sevginin sonu olmayacaq.Lakin Şahzadə
vurulur çobana.Çoban bütün gecəni Şahzadəyə mesaj yazır.Şahzadə bütün gecə
çobanla bağlı xəyallar qurur.Bu sevgi böyüyür hər gün.Şahzadə hər boş vaxtı
olduqca çobanla görüşür.Onu ən bahalı restoranlara aparır,dadlı yeməklərə qonaq
edir,maşınında gəzdirir.Çoban bilir ki,bunları əslində o şahzadə üçün etməlidi
lakin o həm də bilir ki,şahzadə onu olduğu kimi qəbul edib.Şahzadə dostlarına
ondan bəhs edir lakin dostları onun çoban olduğunu və şahzadə üçün heç nə edə
bilməyəcəyini başa salmağa çalışırlar.Şahzadə heç kimi dinləmir sevgilisinə hər
gün daha çox bağlanır.Bir il keçir şahzadə evdə sevgilisindən bəhs edir onun çoban olduğunu deyir və ailəsindən
də onu olduğu kimi qəbul etməklərini valideynlərindən bəzən dava edərək bəzən
xahiş edərək istəyir.Valideynləri çobanı qəbul edirlər.Yaraşıqlı,boylu-buxunlu
çoban artıq şahzadənin dostlarını da fəth edir.Mədəni davranışı ilə hər kəsi “ələ
alan” çoban şahzadənin qəlbində hər gün böyüməyə başlayır.Şahzadə onunla
evlilik xəyallarə qurur,gəlinlik mağazalarının yanından keçəndə gülümsəyir,uşaq
əşyaları görəndə sevgilisini xəyalına gətirərək ana olmaq arzularını dünyasında
böyüdür hər keçən gün.Şahzadə çobanın ad günündə ona öz evlərinin yanında
torpaq sahəsi hədiyyə edir.İşə düzəlməyinə dəstək olur və başlayərlar şahzadəylə
gələcək evlərini tikməyə.Şahzadə ona bəzən ona ev əşyalarından nəyisə hədiyyə
edir.Beləcə ev başa çatır.Çobanın ad günündə şahzadənin atası ona maşın hədiyyə
edir.Artıq onlar 2 ildən çox bir-birini sevirlər.Şahzadə onu hər bayram öz ailəsinin
qohumlarının yığışdığı bahalı restoranlara aparır,gözəl geyimlər alır çobanın heç
kimdən pis görünməsinə ya da aşağıda olmasına imkan vermir.Çoban artıq şahzadənin
tam ailəsinə daxil olur və hər kəs bilir ki onlar evlənəcəklər.VƏƏƏ STOP!!!Bir
gün şahzadənin rəfiqəsi çobanın hansısa klubda fahişələrlə əyləndiyini telefona
çəkərək şahzadəyə göstərir.Çobanın əynində şahzadənin hədiyyə etdiyi geyimlər,qol
saatı,onlar klubdan çıxır çoban şahzadənin atasının hədiyyə etdiyi avtomobilə
fahişəni mindirərək harasa yollanırlar.Şahzadə pərişan olur.İnanmaq istəmir
lakin görüntü ona çox ağır gəlir.Beləcə bu fakt təstiqlənir və Şahzadə çobana hədiyyə
etdiyi heç nəyi geri almadan çobanın həyatından yox olur...
Çobansa
həmin vaxtdan fahişələrlə əylənir,bəzən işini itirir,maşını artıq köhnəlib,şahzadəylə
tikdiyi evdə isə hər səhər bir fahişə oyanır şahzadənin çobana hədiyyə etdiyi
fincandan çay icərək çobanın pullarını sovurur.
Saf
sevgi və kiməsə dəstək olub onu ayağa qaldırmağın sonu bu nağıl kimi bitir.İndi
bütün münasibətlər məqsəd üzərində qurulur.Bəzən buna qarşı olsam da bəzən çoban
alfonsların şahzadələrinin hesabına kral olaraq arxa nahiyyəsinin açarını itirməsini
və şahzadənin tacını fahişələrə tapdalatmasını gördükdə məqsədli münasibətlərə
haqq verir və hec bir çobana kral kimi davranmamağa çağırıram qızları.Özünüzü sevin tacınızı qoruyun əziz xanımlar... Doğuluşundan çoban olanı Kral etmək mümkün deyil.Səfil həyatı sürən insana tacınız ağırlıq edəcək buraxın zir-zibilin içində yaşasın həyatını.Zira,Şahzadənin Kralı olmaq hər kişinin işi deyil
воскресенье, 20 октября 2013 г.
Arzularımız
Səninlə bir neçə arzularımız var idi.Tanış
olanda mənə təklif etmişdin “Gəl İstanbula gedək.Orda evlənərik,uşaqlarımız da
olar,istədiyimiz kimi işimizi də qurarıq”...Xatırlayıram.Sən həmişə istəyirdin
həyət evində yaşayaq mənsə sevməzdim.Deyirdin-Həyət evi gözəldi,uşaqları da həyətə
buraxırsan sabahdan axşama kimi oynayırlar axşam da çimdirib yatızdırırsan.İllər
keçir bir baxırsan ki böyüyüblər.Hasarın dibində güllər əkərik,hovuz tikərik,balaca
itimiz də olar..."
Qızımızın olmasını çox istəyirdin.Deyirdin
ikinci uşaq da qız olsa olar amma mən həmişə istəyirdim oğlum da olsun.Sənə bənzəyən
təbəssümlə,güləndə yanağı batsın,sarışın olsun bizim kimi,gözləri mənə bənzəsin
uşaqlarımızın-deyirdin,eynən sənin kimi baxsın mənə qızımız...Saçları sarı,beli
incə,əlləri bəyaz,özü də sənin kimi nazlı olsun...
Biz
ayrıldıq.Mən bir neçə müddət Bakıda yaşadım amma sənin yoxluğun mənə ağır gəldi.Sən
olmasan belə səninlə olan arzularımızı reallaşdırmaq qərarına gəldim.
İstanbula
getdim yay aylarında.Bir müddət orda işlədim elə həmin vaxtlarda da bir oğlanla
tanış oldum.Eynən sənə bənzər : Hündür,sarışın,gülərkən yanağı batan...Qışda
evlilik təklifi etdi arzumuz idi apreldə toyumuz olsun mən də toyu aprelə ertələtdim.Açıq
havada,canlı piano və sripkanın müşaiyətiylə çox gözəl toy baş tutdu.”Rusalka”
tərzi gəlinlik geyinmişdim.Səninlə gəlinlik salonlarını gəzərkən sən demişdin -
mən istəyirəm sən elə bir gəlinlik geyinəsən.Geyindim...
Həyət evi aldıq yoldaşımla.Hovuzlu,hasarın
yanında çiçəklər də var idi onlara çox qulluq edirdim.Hər mövsümdə gözəl idi həyətimiz.Sonra
yoldaşım mənə balaca it hədiyyə etdi.Həmin ildə mən hamilə idim.Qızım
olacaqdı.Adını Yağmur qoydum yoldaşım da etiraz etmədi.Eynən mənim kimi
sarışın,incə belli,bəyaz əlləri olan bir qız oldu böyüyüb.Oğlum da oldu
sonradan 3 yaş fərqləri var bir-birindən.Onun da adını İsmihan qoydum.Sənin
adına bənzəsin deyə...
Evlilik həyatım sakit keçirdi.Yoldaşımla
aramızda heç vaxt böyük problemlər yaşamadıq çünki mən səninlə yaşayırdım
onunla yox...O bunu hiss etmirdi mənə çox aşiq idi gözü heç nəyi görmürdü.Hə,bunları
yazmaqda məqsədim o idi ki,istədim biləsən bizim qismətimiz bir olmasa da bizim
arzularımız həyata keçdi.Bu mənim poçt ünvanımdı.Sən də yaz.Bəs sən nə etdin
bizim qalan xatirələrdən?Unutdunmu?Yoxsa həyata keçirdiyin oldumu?Adımı yazmayacam bilirəm bu arzular yalnız bir qadınla yaşana bilərdi ki,o da mənəm.Sənin .....n
Şahzadə
пятница, 4 октября 2013 г.
Mən "O" deyiləm
Mən "O" deyiləm
Güclü yağış yağırdı.Özümü tələsik addımlarla dayanacağa çatdırıb ilk gələn avtobusa atdım.Çəkmələrim alcaq daban olduğundan ayağım suya düşəndə islanmışdı.Hava soyuq deyildi və külək yox idi adətən belə havanı sevirdim.Amma evdə pəncərədən izləyərkən...Çox narahat hiss edirdim özümü evə çatan kimi tez hamama girəcəkdim.Avtobus gəldi və mən çətirimi bağlayıb tez avtobusa mindim.Dəhşət basa-bas idi.Çantamı qoluma kecirib bir təhər özümə yer eləmişdim ki,üzbə üzdə dayanan oğlanı arxadan möhkəm itələdilər və o mənə toxundu.Onsuzda yorğun halımla özümü güclə saxladığımdan əsəbi şəkildə başımı qaldırıb:-Bir az ehtiyyatlı olun daa- dedim.
Oğlan utancaq şəkildə:
-Üzr istəyirəm xanım,istəmədən oldu- dedi.
Gözlərimiz toqquşan anda ondan bir elektrik aldığımı anladım.O da gözlərini qaçırırdı sonra yenidən baxırdı sonra yenə...Zatən üz-üzə idik mən arada başımı qaldıranda görürdüm ki,üzümə baxır.Elə ki,mən də ona baxırdım gözlərini qaçırırdı.Avtobus sonuncu dayanacağa yaxınlaşırdı.Deyəsən o da qonşum idi.Çantamdan pul çıxarmaq istəyirdim ki,çətir əlimdən düşdü və o anda çantam da qeyri-ixtiyari olaraq çevrildi.Tələsik halda əyilib yerə tökülənləri yığmağa başlayırdım ki,o da mənə yardım etməyə başladı.Çantanı doldurdum və dodaq boyasını mənə uzatdı o andaca:
-Çantanızda buna ehtiyac yoxdur,gözəlsiniz...-dedi
Xəfif təbəssüm edib dodaq boyasını aldım və dayanacaqda avtobusdan düşdüm.O da mənimlə.Əslində bu komplimenti başqa biri etsəydi bəlkə də heç o təbəssüm də olmazdı amma o mənim ürəyimə yatmışdı.Kölgəsini ardımda görüncə həyəcanlanırdım.Kaş onu yenə görəydim.Görən harada yaşayır?Kaş bir bəhanə ilə yenə mənə yaxınlaşaydı-kimi fikirlərlə açarı çantamda axtarmağa başladım.Çətir mane olurdu və binaların arasında məni külək yaman tutdu.O anda arxadan yaxınlaşaraq cəld çantamı alaraq:
-Burda bir xanıma yardım etmək lazımdır deyəsən-dedi və gülümsədi.
Yenə gülümsədim.O:
-Binanız hansıdır?
-Elə bu tindəki...
-Problem olmaz ki,bloka kimi yardım etsəm?
-Yox,problem olmaz amma sizə əziyyət olacaq.
-Yox əşşi nə əziyyət?Xoşdur (gülümsədi)
Mənə də xoş idi.Evdə məni Aysel gözləyirdi.Yəni bacım.Nişanlı idi mənimsə hekayəm çox uzundur.Ayselle tək qalırdıq valideynlərimiz 5 il idi ki,Türkiyədə biznes qurub yaşayırdılar və yalnız yaydan yaya onlarla görüşürdük.Ya biz ora gedirdik,ya onlar bura gəlirdilər.Anam dəfələrlə demişdi çıxın gəlin bura.Lakin Aysel nişanlı olduğundan oğlanı burda qoyub gedə bilmirdi.Toyu olar olmaz mən getmək barədə düşünürdüm.Məni də bu şəhərə daha heçnə bağlamırdı.Amma böyük bacı olduğumdan onu tək də qoyub gedə bilmirdim.
Bloka yaxınlaşdım.Çantamı götürmək istəyirdim ki:
-Bir də sizi nə vaxt görə biləcəm?-dedi
-Siz də burada qalırsız?
-Hə.Əslində yox amma hə.
-Bu necə olur?Hə ya yox?(gülümsədim)
-Sabah eyni dayanacaqda gözləyəcəm.Evə qədər sizə hər şeyi danışaram.Gecəniz xeyrə qalsın-dedi və çantamı verib çönmüşdü ki,arxasınca onun səslədim:
-Heeey,adın necə oldu bəs?
O mənə tərəf çönüb gülümsədi və cavab vermədi...
Pillekanları çıxa-çıxa içimdə qəribə hisslər tuğyan edirdi.Qapıya çatıb açarı saldım.Aysel adətən bu vaxtlar dərslərini oxuyurdu və qapı döyüləndə otağından çıxmağa ərinirdi.Ona görə mənim öz açarım vardı.İçəri daxil olub plaşımı və ayaqqabılarımı çıxarıb otağa keçmədən hamam otağına girdim.Duşdan açılan isti su canıma yayıldı sanki.Hamamdan çıxanda baxdım ki,Aysel kitabların yanındaca yatıb.İşığı söndürüb öz otağıma keçdim.Gözüm güzgünün kənarına bərkidilmiş şəklə sataşdı.Fərhad məni qucaqlamışdı arxadan...Biz ayrıldıqdan sonra onu xatırladan hər şeyi ortadan yığışdırsam da bir tək bu şəklə toxunmamışdım
Fərhad...Çox sevdiyim,ömrümü həsr etdiyim insan.Bilmirəm onu necə təsvir edim?...Sevgilim mi?Həyat yoldaşım mı?Əslində heç vaxt ailə qurmamışdım amma Fərhad mənim ilk sevişdiyim insan olub.Uzun və filmlərdəki kimi romantik sevgi yaşamışdıq onunla.Hər şeyi içdən istəyərək...İndi o başqa ölkədədi.”Məsafələr sevgiləri soyutmaz “ fikri ilə heç razılaşmadım.Ən çox qısqanclıqlar yarandı aramızda tez-tez facebook-da dava edirdik gah “münasibətdə” statusunu qoyurduq gah götürürdük.Məni qısqandırmaq üçün etdiyi şeylər əslində ondan soyumağıma səbəb oldu.Yani münasibət cəhətdən...Amma içdə onu hələ də dəli kimi sevirəm.Və O-ndan sonra həyatımda heç kim olmayıb.Avtobusdakı oğlan da ona çox bənzəyirdi və bəlkə də mənim anlaşılmayan hisslərimə səbəb bu oldu...
Bu səhəri başqa həvəslə oyanıb hazırlaşmaga başladım.Sacımı axşamdan fenlə düzləşdirə bilmədiyimdən yuxarıdan toppuz şəklində yığdım.Çoxdandır makiyajdan istifadə etmirdim.Bu səhər çox özəl görünmək istəyirdim.Əynimə ən gözəl donumu geyinib,rəfdən başqa ayaqqabı da seçərək evdən çıxdım.
Bu gün işdə otura bilmirdim.İşin bitməsini səbirsizliklə gözləyirdim.Tez-tez güzgüyə baxırdım makiyajımın korlanan hissələrini düzəldirdim.Nəhayət iş saatım bitdi və mən dayanacağa doğru addımlamağa başladım.O da artıq məni gözləyirdi.Yaxınlaşan kimi əlini uzadaraq:
-Salam.Bu gün çox gözəl görünürsən-dedi.
Lap həyəcanlanmağa başladım.Yenə yol boyu söhbət etdik və o mənə heyranlığını gizlədə bilmirdi.Adını da söylədi.Adı Orxan idi.
Beləcə biz hər gün o dayanacaqda görüşüb evə gəlirdik.Sonrada öyrəndim ki,qonşuluqda qalmır sadəcə həmin axşam mənə görə o boyda yolu gəlibmiş.O mənə artıq sevgisini də etiraf etmişdi.İstirahət günlərini də birlikdə keçirirdik.O da mənə öz həyatından bəhs etmişdi.Keçmiş sevgilisinin adı İlahə olub və onu unutmaq üçün uzun müddət depresiya keçirmişdi Orxan.İlahəylə ayrılıqlarına səbəb Orxan əsgərlikdə olarkən ailəsinin İlahəni başqa birinə ərə verməsi olmuşdu.Orxan bu zərbəni uzun müddət unuda bilməzdi amma mən də Fərhaddan aldığım zərbəni yeni sevgiliylə ovudacağıma inanırdım və ovudurdum da.Orxan da mənimlə xeyli xoşbəxt idi.Tez-tez kinoya gedirdik,Orxan rəsm sərgilərini sevdiyindən sərgilərə gedirdik,akustik konsertlərdə olurduq,əylənirdik.Hər şey ilk baxışda çox gözəl idi...
Bir gün onun dostunun ad gününə birlikdə getmişdik.Orxan xeyli içmişdi.Məni evə gətirdi və mən nədənsə onu evə buraxmaq istəmirdim həm sərxoş olduğu üçün həm də artıq gec idi bu vaxt o avtobusa çatmayacaqdı hələ 1 saat yol getməli idi.Aysel də bu gecə rəfiqəsi gildə gecələyəcəkdi.Orxandan qalmasını istədim.Öz otağımı ona verdim özüm isə gecələmək üçün Ayselin otağına keçdim.Güzgüyə yaxınlaşıb pampıqla makiyaj siləni götürdüm və kosmetikamı təmizləməyə başladım.Təzəcə patarımı çıxarmışdım ki,Orxan qəflətən otağıma girib mənə arxadan sarıldı.Mən də bir az sərxoş idim və içkinin təsirindən ona qarşı çıxa bilmədim.Əli ilə saçlarımı çiynimdən kənara atıb boynumdan öpməyə başladı lap gücsüzləşirdim.Fərhad da həmişə eynən bu formada öpərdi məni...
Qeyri-ixtiyari olaraq sevişməyə başladıq.Fərhad...O ağlımdan çıxmırdı.Onunla ayrıldıqdan sonra heç kimi özümə yaxın buraxa bilmirdim mənə elə gəlirdi ki,bu bir xəyanətdi.Lakin,Orxan...Onu da sevirdim...O Fərhada bənzəyirdi.Fərhad kimi öpüşürdü.Dayanmadan öpürdü məni.Və bir an oldu ki,Orxan qulağıma pıçıldadı:
-İlahə,səninçün çox darıxmışdım...
Səhərə qədər Orxan bu hərəkətinə görə əzab çəkdi mənsə Ayselin otağına keçib yataqda ağladım.Hava işıqlaşanda qapının səsini eşitdim.O stolun üstünə bir kağız parçası qoyub evdən çıxmışdı.
“Bağışla,üzr istəyirəm”
Kağızı əlimdə sıxıb otağıma keçdim və dərhal çantamı yığıdım güzgünün kənarından Fərhadın şəklini götürüb cüzdanıma qoydum.Hava limanına doğru yola düşdüm.Bacıma yolda mesaj yazdım.
“Türkiyəyə gedirəm mama gilin yanına.Uzun müddət burdan uzaqda qalmalıyam.Sənə yastığının altında 2-3 aylıq idarə etmən üçün pul qoymuşam.Bağışla belə plansız qərarım üçün.Sənin üçün darıxcam”...
Əgər keçmiş sevgilini qəlb unutmayıbsa bədən deyil bütün cahanı versən xoşbəxtliyi tapmayacaqsan.Təsəlli tapmaq üçün yox xoşbəxt olmaq üçün sevgi axtarın...Və sevgilini özünüz unutmağa cəhd etmədiyiniz sürəcə onu kimsə sizə unutdura bilməz...
ŞAHZADƏ
Подписаться на:
Сообщения (Atom)



