Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 8 сентября 2012 г.

Ayrılıqdan sonra ilk məktub...



Mədinə:-Salam.Bu mənəm Mədinə.Bilirəm bu ad sənin ürək döyüntülərini bir az da çoxaltdı elə mən də həyəcanlıyam...Səndən çoxdandır ki,xəbər yoxdu.Bilmirəm bu məktubu oxuyacaqsan ya yox?...Hər halda ümid edirəm ;) Ayrılarkən çox acı sözlər demişdim sənə bağışla...Uşaqlıq etmişik ikimiz də.Mən də sənin sözlərini unutdum.O vaxtdan təkəm heç kim olmadı həyatımda.Sən?Subaysan?Evlisən?...Mən indi özümü daha yaxşı hiss edirəm ;)Sən də yaxşı ol.Hələlik ;)
Anar:- ...
                                           3 HƏFTƏ SONRA
Mədinə:-Salam.Deyəsən narahat etmiş oldum səni...Bağışla...Sadəcə səndən xəbər almaq istədim ;/O gün otağımı yığışdırarken köhnə bir kitabın arasından şəkillərimizi tapdım.Anam gil görməsin deyə gizlədirdim o vaxtlar...Necə həyəcan keçirirdim onlar kiminsə əlinə keçər deyə...;)Hələ də saxlayıram.Nəysə özünə yaxşı bax bunu oxusan kiçik bir cavab yaz bilim ki,yaxşısan ;)
Anar:- ...
                                       2 HEFTE SONRA
Mədinə:-Salam ;)Bu yenə də mənəm Mədinə necəsən?Niyə cavab yazmırsan hələ də küskünsən mənə?Artıq çox keçib bəlkə 1-2 cümlə yazasan?Şəkillərini tapdığım gündən hər gün baxıram...Çox qəribədi biz necə ayrıldıq axı o qədər çox xoşbəxt idik ki?...Bir də ən çox görünüşünü mərak edirəm çox dəyişmisən?Necə olsa səni görməyəli artıq 1 il oldu...Özünə yaxşı bax səni çox istəyirəm...
Anar:- ...
                                       1 HƏFTƏ SONRA
Mədinə:-Hmm sən ciddi-ciddi küsmüsən mənə nə çox kinlisən uşaq olma üzr istədim axı ;(...Bu mənəm MƏDİNƏ sənin 1 il əvvəl sevdiyin qız.Bəlkə adımı da unutmusan.Neçə qız oldu həyatında,yatağında Allah bilir neçə qızla sevişdin məni unudaraq ;(Daha neçəsinə "Sevirəm"dedin hə?;(Heç olmasa bir nöqtə qoy bunları oxuyursansa bilim ki,hisslərimin və keçən o 1 ilin nəsə xatirəsi qalıb səndə....
Anar:- ...
                                      1 GÜN ƏVVƏL
Mədinə:-Hələ də heçnə yazmırsan...Anar,sənin şəklin artıq çərçivədə yatağımın düz yanındadı aylardır...Hər səhər və hər gecə səni görürəm ilk və son...Mən sənin şəklinə baxmasam belə görürəm.Qəlbimin gözləriylə...Əslində sənin şəklini o gün kitabların arasından tapmamışam sən gedən gündən mən onlara baxıram.Gizlətməyə də kitabın deyil yastığın altına qoyuram.Səndən sonra həyatımda kimsə olmadı.Niyə bilirsən?Çünki səni çox sevirəm...:(( Çox çox sevirəm səni...Bağışla narahat edirəm bu qədər uzun vaxtdı.Sadəcə bilməni istəyirdim ki,mən hələ də darıxıram.Cavab yazmasan da olar.Daha vacib deyil...Səni çox sevirəm bunu bil və unutma.Mədinə :( Sənin Mədinən...
Anar:-Mən də səni sevirəm Mədinəm...

понедельник, 3 сентября 2012 г.

Bir əclafın göz yaşları...

O qarşımda ağlayırdı...İt kimi peşman,içində qaynayan vicdan əzabı gözlərindən daşırdı.Çünki bilirdi elədiyi səhvlərlə mənim ona olan sevgimin qarşısında çox əskik qalır.Ona yazığım gəlirdi.Mən də ağlayırdım.O elə düşünürdü ki,mən bu ayrılığa üzülürəm amma bunu o elə bilirdi əslində mən öz hisslərimin qəbrini ziyarət edirdim içimdə özümə yazığım gəlirdi...Mən qururumu xilas etməli idim.Onun qarşısında hər cür qururumdan keçmişdim indi də onun təpikləyib yerə döyəclədiyi qəlbimin qalıqlarını xilas etməli idim.Qarşımda özünü nə ilə olur olsun savunurdu eyni zamanda da aşağılayırdı.Qəribə gəlirdi bu mənzərə mənə.Daim qarşımda az qala MƏLƏK olduğunu və mənim kor olub da onun qanadlarını görmədiyimi az qala mənə sübüt etməyə çalışan bu varlıq indi özünə hər cür şərəfsiz damğası vururdu.Çünki aciz idi...Çox aciz...Nə səhv etsə onu bağışlayacam deyə bilmirdi özünə hansı damğanı vursunki ondan iyrənim.Mənsə ondan çoxdan iyrənirdim...İlk dəfə başqa biriylə yatdığını öyrəndiyimdə çiynindəki qanadları ayağımın altına düşmüşdü onun xəbəri yox...Bədbəəəəəxt :)Sadəcə onun özünü qarşımda bu şəkildə alçaldacağını,özünə ən şərəfsiz sözləri deyərək qarşımda əzabdan qan qusacağı günü gözləyirdim.Mənim gözlərimin ağladığını onun qəlbi bir gün mütləq ağlamalı idi...HƏR ZAMAN BAĞIŞLAYIN!O ÖZÜNÜ HƏR CÜR TƏMİZƏ ÇIXARMAĞA ÇALIŞSIN SİZ DƏ İNANIRMIŞ KİMİ DAVRANIN.GEC-TEZ VİCDAN ƏZABI İÇDƏN DAŞIB GÖZLƏRDƏN PÜSKÜRƏNDƏ SADƏCƏ SƏSSİZ ONU TƏRK EDİN.O SİZİ ÖMRÜ BOYU UNUTMAYACAQ!!!Şahzade

понедельник, 9 июля 2012 г.


                                                  İncə sənətim mənim....


Bir dünya yaratmaq istəyirəm hər pəncərəmi açdıqda səmada ulduzlar əvəzinə notlar parlasın,
Dayanmasın musiqi orda heç zaman damarımda qanım dayansın notlar fırlansın.


Evimə gedən küçələrin yollarında bitsin güllər,
Küçələr rənga-rəng,rənga-rəng olsun pəncərələr.

Xəyallarım çıxsın içimdən görən bu həyat bu qədər mi düzələr,
Yoxsa tək 5ci fəsildə keçəcək ömür Nazlı buralara çətin gələr...


Rengli pilləkanlarla qaçım evimə sarı,
Günəş çıxacaq yenə buralarda heç yağış yağmır.

Sevgi küçəsinin sakiniyəm sizə uzaq bu yerlər,

Burda külək musiqiylədi,göylər həm yerlər.


Zamanı dartaraq hər gün gedirik ölümə sarı,
Mənim üçün vacib sevgi,neynirəm dövləti,varı?


Mən tərk edirəm mənim dünyamdan bixəbər yarı,
Onsuzda dünya mənim varlığım üstə sona ərəcək...

Şahzadəyəm,yalnızam taxt-tacım yox mənim,
Mən incəsənət xəstəsiyəm ruhum azad mənim...
Həyat doluyam qəlbim dolu heyif cox heyif,
Anlamadı bu dünya məni nə ana nə sevgi yox...


Ölərkən qəbrimə not açarı qoysun dostlar,
Baş daşımda çəkilsin piano,skribka bir gitar,
Kİmsə soruşsa hardandı səndə bu arzular,
Cavab verin "musiqi ürəyində qalıb zavallının bu qəbirdə yatar"...







четверг, 14 июня 2012 г.

LAVİNİA...


O rəssam idi.O öz hisslərini fırçaya bulayıb tablo üzərində əks etdirirdi mənəviyyatını.O yaşayırdı öz boyaları,öz fırçası və əsərləri ilə.Bir gün o kor olur...İllərlə o barmaqlar fırçaya toxunmaqdan məhrum olur.Bu onun həyat faciəsidi kiməsə adi gələ bilər...O tənha hiss edir özünü.İçində bir qadın obrazı yaradaraq onu sevməyə başlayır.Bu obraz onun qaranlıqlara məhkum olmuş dunyasında yeganə əlvan rəng olur hansı ki,o əlvan rəngi rəssam öz qəlbinin gözləri ilə görür.O çox çalışır bu obrazı tabloda əks etdirməyə amma risk etmir.Qorxur ki,şüur altı dünyanın yaratdığı bu gözəlliyi barmaqlar korlaya bilər...Bəlkə də o bu obrazı öz fırçasına qısqanır...Amma bir gecə o hisslərini fırçasına tam sığındıraraq bu obrazı tablo üzərində çizməyə başlayır.O bu əsəri əllərinin köməyi,qəlbinin gözləri ilə çəkir...Əsər bitdikdə isə o əsəri uzun illər gizlədir.O öz sevdiyi qadın obrazının portretini belə qısqanır.İllər sonra o əsər sərgiyə çıxmalı olur və portret üçün böyük məbləğ tələb olunur.O məbləğ ki,həmin rəssamı dünya işığına qaytara həmçinin də milyonçu edə bilər...O yenə portret çəkə bilər amma...O özü də bilir ki,bu portertin cizgilərini eyni dəqiqliklə çəkə bilməyəcək.Həm də qısqanclıq...Onun qadın obrazı artıq başqasına məxsus olacaq.Onun qadınının bədən cizgilərinə neçə-neçə həyasız baxışlar bacaxaq...Yox...O əbədi qaranlıqlara məhkum edərək özünü son gününədək öz əsərinə sarılır...Əsərin adı isə LAVİNİA olur...

50 AĞ QIZILGÜL


Güzgü qarşısında dayanır ağ saçlar,

Solğun qırışmış dəri solğun dodaqlar.

Köhne kasmetikalarin içindən götürür pomada,

Ənlik,kirşan o bəzənir amma cizgilər pərişan.

Yadına düşür nəsə açır dolabı,

Asılqandan çıxarır o bəyaz paltarı.

Dolan gözləri gülümsəyir dodaqları deyir:

-Həəə bunu geyinəcəm axı belə o məni daha çox bəyənir.

Görəsən nurani  kimin görüşünə tələsir?

Astaca geyinir qadın həyəcan keçirir.

Yarı seyrəlmiş saçlara əvvəllər  taxardı gül,

Çox düşünür bu dəfə ag saçları qara tül örtür.

Evdən çıxır pilləkənlərlə ehmalca aşağı düşür,

Gecikirmiş kimi yol boyu həyəcanla addımlayır,

Avtobus dayanacağı...

O bilirdi bu yol onu aparır ona,

50 il əvvəl olduğu kimi onun görünüşü qaydasında,

Çatır ünvana...Mağazadan 50 ağ qızılgül alır,

O bunları kimə aparır?Məzarlıq...

O qəbirə yaxınlaşır...Baş daşının tozunu yaylığıyla alır,

Nəsə danışır:

-Həyatımda ilk səni sevdim,

Hər zaman yanımda olacağına söz verdin,

Zalım fələk fırlatdı çarxını aldı əlimdən səni,

Sənin üçün darıxdım...

Bu gün bizim toyumuzun tarixindən keçir  50 il...Xatırladım...

Hər zaman sən gələrdin görüşümə qırmızı çiçəklə,

Bu günsə mən 50 ag qızılgül hər biri 1 ilinə hədiyyə,

Bəxş etdin mənə...

Səhv etdim!Sənə “mənsiz ölərsənmi “-sualını verərkən,

“Sən həyatdan gedərkən məni də özünlə aparacaqmısan?”-Sualını verməliydim sənə.

Sənsə-“Hə” deyərək mənə söz verəydin gərək...