Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 16 июля 2016 г.

Kəpənək qadın və Monster

Boz bir qayalıqda onu qucaqlayıb oturmuşdum.Qollarımı hər açdıqca sinəmdən isti hənirti gəldikcə isinirdik qayaların arasında və hər dəfə qulaqlarına sevgi sözləri pıçıldadıqca nəfəsimdən çəhrayı parıltı çıxıb boz qayalıqlara səpilirdi.Əllərimi əllərində sıxdıqca barmaq uclarımdan ölmüş əlvan kəpənəklər tökülürdü yerə.Səs tonu yüksək olduqca saçlarımın arasından gül ləçəkləri qırılıb ayaqlarımızın altına səpilirdi.Mən hər üzüləndə gözümdən kül tökülürdü lakin o getməsin deyə ona sarılmağa davam edirdim.Bir gün qalxdı ayağa və dedi ki "Sən çox həssas qadınsan səninlə davrana bilmirəm çıx get,Nazlı".Ağrılar başladı belimdə yerə yıxıldım ayaqlarıma qan süzüldü kürəyimdən.Sonra qəribə varlıq hiss etdim belimdə çırpınmağa başladı.Baxdım ki qanadlarım var necə də parlaq,böyük,rəngli...Göylərə uçdum.Yuxarıdan qayalıq necə də sərt,soyuq görünürdü,günəşə yaxınlaşdıqca bədənim isinib parlamağa başlamışdı,nəfəsimdən çıxan çəhrayı parıltı səmaya yayılırdı,barmaqlarımın arasından əlvan kəpənəklər çıxıb havaya qarışırdı,güllər açırdı saçlarımın arasında.Aşağıda güllər görünməyə başlamışdı,mavi dəniz,yaşıl ağaclar...Uçmaqdan mutlu olmuşdum.Arxaya çöndüm baxdım bir anlıq.Boz və sərt qayalıqların arasında bir Monster oturmuşdu...



среда, 22 июня 2016 г.

İçimdəki Tanrı

Dedim:-Üsyan etmirem,yalnış anlama,
Lakin,üzürsen meni,men yorulmuşam.
Dedi:-Çeke bilmeyeceyin yükü vermerem sene,
Bir düşün men seni severek yaratmışam.
Dedim:-Bağışla men seni sevmedim kitablarda,
Guya ibadet etmesem men yanarmışam.
Dedi:-Kitabları boş ver axtarma divarlarda,
Men senin vicdanında mesken qurmuşam.
Dedim:-Sene inanmağımı göster dediler,
Mescide getmeliymişem dua oxumuşam.
Dedi:-Ellerini açıb meni göylerde axtarma,
Men senin qelbinde berqerar olmuşam.
Dedim:-Seni men hiss edirem her an her zaman,
Göre bilecemmi seni söyle xeyallar qurmuşam.
Dedi:-Güzgüde gözlerinin içine baxırsansa asan,
Meni heç yerde axtarma,men sen olmuşam...


суббота, 28 мая 2016 г.

Gedişi möhtəşəm qadın.

"Mən güclüyəm sevgiyə ehtiyacım yoxdu"-deyən qadın,
Hər gecə soyuq yatağına uzanarkən göz yaşlarıyla isinirdi.
Hər nə qədər dərin olsa da duyğuları,
Bilirdi...
Sevdiyi adam yazdığı şeirlərin bir sətrinə də dəymirdi.
Hər gecəni sərxoş yuxuya gedərkən iyrənirdi özündən,
Duyğuları keyitmək idi məqsəd,
Dərmanlarla yaşayan insana,
Gülünc idi bəhs etmək dözümdən...
Həssas qadın olmaq çətindi bu qəddar dünyada,
Öskürəklərdən boğulan qadının dodaqları qan,
Xəstə deyildi yox...
Sevgisini ciyərlərindən sökərək,
Ağrılar qusurdu qadın döşəmənin ortasında...
Damarında musiqi axan insanı sükutla qorxuda bilməzsən,
Hər kəsin gedişinə öyrəşən insanı yoxluğunla üzməzsən.
Necə ki,övladını itirən Anaya heç bir itki gəlməz ağrılı,
İnsan çox şey yazar əslində,
Lakin...
Sən oxuyaraq onun nə çəkdiyini hiss edə bilməzsən.
Siqarəti üfürdükcə gözlərindən külü çıxırdı yanan qəlbin,
Yaxınlaşdı biri soruşdu:-Adın nədir?Nədir sənin dərdin?
-"Bahar nəfəsli,payız saçlı,dünyası günəş olan qadın,
Mənəm tracklərdə bəhs olunan o gedişi möhtəşə
m qadın".

воскресенье, 24 апреля 2016 г.

Mən Gəldim

Toxunduqca saçlarıma nəfəsin külək kimidi isinirəm səssiz,
Qəhqəhələrimi boş ver hönkürtülərimi say sənsiz,
Eşitdim üzülürmüşsən darıxırsan oralarda mənsiz,
Bir də gördün süzülüb yanağından dedim "Mən gəldim"
Sən darıxma sevgili zaman tez keçir,
Qışın soyuğundan qorun bircə fəsil bahara keçir.
Nə az nə çox ayrılığımızdan düz 2 il keçir,
Tanış olduğumuz günə qayıt bəlkə,mən gəldim
Həssas qadınam bilirsən çox tez qırılıram,
Küsmək yoxdu təbiətimdə mən qeybə sarılıram.
Kinli deyiləm sadəcə tez də unuduram,
Qapını açıq saxla bəlkə bu gecə mən gəldim.
Cəhənnəm insan qəlbində sevgisizlikdir,
Şair deyir:Döyünməsin o ürək ki sevməyi bilmir,
Gözəllik sevgidirsə sevgi "Mən"likdir
Yığ çantanı indi gəl de ki:-"Mən gəldim".
Gələ bilməsən xəbər et bəlkə mən gəldim.


Şeir Qadın


Səndən gedən gün qürur dağılmışdı ürəyimə bir az,
Nə edim,həssas qadınam ağır gəldi etdiklərin.
Bağışla dedin,bağışlaya bilmədim,Sevmirsən?-dedin,
Sevgi nəyə gərəkdir ki,yarım,mən sevginin elə özüyəm...
Məsafələr ayırır bizi,bu uzaq məsafələr,
Sən də bilirsən duyğusal insanam həm də bu aralar.
Qəmin şah əsəri?-desən,”Tanrının göz yaşıyam” deyərəm,
Burax gəmginliyi gəl mən həm də xoşbəxtliyin elə özüyəm.
Yağışlar damlasa saçlarıma rəngi qızılı olar,
Demişdim axı 4 fəsil varsa mən Payız qadınıyam.
Danışsam həzin-həzin lirik musiqi yaranar,
Burax mahnıları gəl mən not açarının elə özüyəm.
Sənsizlik ağır olur bəzən gecələr,
Üstümə gəlir divarlar,qaranlıq göylər.
Gəlmək istəsən bir gün gözləmə səhəri,
Dur yığış gəl gecəynən mən günəşin özüyəm.
Səsini eşidən anda içim gedir mənim,
Kəpənəklər uçuşur çəhrayı dünyamda.
Mən həm səbr edirəm həm də dözmürəm,
Mən bəlkə də dözümün elə özüyəm.
Darıxırsansa mesaj yaz üzülmə sən mənsiz,
Unutma kinli deyiləm cavab yazacam.
Bax neçə misra yazılıb illərdi sənə,
Mən şeir yazan qadın deyiləm,şeirin özüyəm.