Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

пятница, 8 января 2016 г.

Qara Şeir

Yağış olub buludlara buxarlanmaq istərəm,
Bir qadının dodaqlarında qarğış olub tam can evinə axmaq istərəm.
Nə edim?Mən qarğış edə bilmirəm sənə olan sevgimdən,
Ağrı olmaq,sümüklərinə qədər sızıldamaq,
"Necədi ağrımaq?Bax mən nə çəkmişəm" demək istərəm.
Mən gecələrin adamıyam,ruhum susuz səhra,
Ağladığım yaş da gəlmir gözümdən içimdə var duzlu dərya.
İstərəm,istərəm mən daim nəsə istərəm,
Həyat yəqin belədir...
Xəyallar vermir rahatlıq gecələr ruhuma.
Nə sərxoşluq nə siqaret sakitlik vermir beynimə,
Axı əyyaşlar deyirdi:
-Unudur insan hər şeyi yuxu gəlir gözlərinə.
Qəribədi...Mən içkili olanda daha çox istəyirəm qaçım sənə...
Mən də belə bədbəxtəm,Bağışla...
Mövzu sənə gələndə qarışır qafiyə də,
Mən sevirəm sarı payızı,sevirəm dənizi,
Nə olsun ki saçlarım günəşdəndi gözlərim rəngli,
Mən sevirəm qaranlığı mən sevirəm qara rəngi,
Mənə görədi qəmli mahnılar,mən sevirəm kədərli filmləri,
Yəqin dəli oluram...
Yəqin elə ona görə sevirəm həm də səni...

среда, 30 декабря 2015 г.

Santaya məktub :)

   


                           
Əziz Santa,hər il sənə məktub yazıb arzularımı bildirirəm.2009cu ildə səndən rap’ə başlamaq və bu yolda zamanla öz sözümü demək gücündə olmağı arzulamışdım sən yerinə yetirdin.
2010ci ildə səndən böyük sevgi yaşamaq və uzun müddət təsirindən çıxmamaq istədiyimi yazmışdım, oldu :)
2011ci ildən 2012yə keçəndə çətin ya asan fərq etmir daimi iş axtardığımı və tapmaqda mənə “yardım” etməyini istəyirdim ki,öz ehtiyaclarımı tamlıqla özüm ödəyim,onu da yerinə yetirdin :)
2012ci ildə estetik əməliyyat etmək və uğurlu nəticə əldə etmək istədiyimi sənə məktubla yazdım o da oldu :)
2013cü ilin yeni il axşamı səndən İstanbulu görmək,dostlar və onlarla ömürlük yadda qalacaq günlər keçirməyi dilədim.Yerinə yetdi çox sağ ol :)

2014cü ildən bu ilə keçəndə isə ən böyük hədəfim və arzum Bakıdan həmişəlik köçmək Amerikada yaşamaq istədiyimi məktubla göndərdim.Hal-hazırda bu məktubu sənə Washington’dan yazıram.


Bu il isə 2016cı il üçün çox da böyük istəklərim yoxdu səndən demək olar ki hədəflərimin 70%nə çatdım. Qaldı incəsənət universiteti bir də ailə qurmaq.Mənə bu il bunları hədiyyə et,səni sevirəm :) Baxmayaraq ki,mənim 25 yaşım var mən sənin mövcudluğuna hələ də inanıram.Mən həmişə möcüzələrə inanmışam.Çünki insan inandığı şeyləri yaşayır.
Əziz Santa,İnsanlara hər zaman yaxşı şeylərə inanmaqda kömək et :)
From : Redmond, WA, United States
Date : 22.12.2015 22:00
Sevgilərlə nəvən, Shahzadə :)


четверг, 15 октября 2015 г.

Hər kəs kimsə üçün darıxır...



Hər kəs kimsə üçün darıxır,
Mən ən çox səninçün darıxıram. Bəzən səninçün də darıxmıram yox düşünme sevgim ölüb ya qelbsiz olmuşam. Yadımdan bir dəqiqə çıxırsan ki səninçün darıxım? Bir də yadıma düşür ki mən deyə birşey yoxdu, Mən çoxdan sən olmuşam. Sevgidən çox şeir yazılır əsrlərlə, Bir gün qayıdıb desən ki, Sevgilim:-Məni sətirlərinlə vəsf elə, O qədər dərinsən ki qıraram qələmimi Tapa bilmırəm sənə laiq olan cümlələr, Yandıraram ağzımda dilimi, Deyərəm bağışla sevgili,bu möhtəşəmlik vəsf olunmayacaq kimidi, Çökərəm qarşında...
Susaram...Anlayarsan,səni görəndən mən lal olmuşam
Sən bütün ağrılarıma ən güclü ağrıkəsici,
Sən böyük ümidlərime dayaq,
Sən mənim gələcəyimə dair həvəs verici.
Mən sənsiz böyük bir boşluq,
Mən sənsiz qaranlıq içində ən dərin yoxluq,
Sən mənim mən sənin deyə bir şey yox
 Biz varıq! Sənsiz mən,mənsiz sən deyə bir şey yoxdur....
Deyil nə zaman nə məkan sevgimə əngəl,
Bilsəm ki,oddan alovdan keçəcəm qorxmaram inan,
Təki sən məni sevməyə davam et təki sən mənə doğru gəl...
Həyat vursa məni hardasa büdrəsə ayağım,
Sən məni elə sev ki,sevgindən güc alıb ayaqda dayanım.
Olma başqaları kimi,ürkək,qorxacaq,
Yanındayam ölənə kimi,bu zalım sevginə əsr bəndə dizlərin üstə gözlerini bağlayacaq.

пятница, 29 мая 2015 г.

Yarımçıq

Mənim adım Melondu.Yox...Mmmm.Nə dəxli var adım nədi belə başlamayacaqdım bu mövzuya.Ok.Bir də...
Mən..ıııı  biraz özüm-özümü dərk etməkdə çətinlik çəkirəm arada.Mən bu deyiləm,mən belə olmayacaqdım.Əslində çox geniş çevrəm var,dostlarım,böyük ailəm,yaxşı təhsilim,özümə çatmasa belə az-çox məvacibim var.Lakin mən sevgisiz insanam.Melo’nin yoxdu məndə.Ona görə də adımı Melon qoymuşam bu mənim ruhi adımdı.Mən sevgisiz insanam.Neçə qadın məndən incinib gedib,bəlkə də neçəsi gecələr ağlayıb bilmirəm.Bəlkə də mən Nihilizmin təsirindəyəm.Hər şeyi inkar edirəm.Tanrını,sevgini,doğmalığı...Mən öz ailəmi belə anlaya,onlardan biri ola bilmirəm.Bəlkə ən çox mən istəyərdim sevimli olmaq,bəlkə də istəməzdim onu belə bilmirəm.Məndə hər şey yarımçıqdı.Mən insan olaraq da yarımçığam.Arada rəsmlər çəkirəm.Bu təkliyimin təzahürüdü ya nədi bilmirəm sonra rəsmlərdən də bezirəm.Arada bir qadından xoşlanıram.Səsi,nəfəsi,baxışı,adı belə məni titrədir.Yaxınlaşıram,sahib oluram,hiss edirəm sonra getmək hissi gəlir.Özüm də bilirəm bu normal deyil insan belə rəftar etməz,etməməlidi.Bacarmıram...Hərdən deyirəm mən əclafam,hərdən də zatən içimdəki boşluq mənə hüzur verir.Mənim arzularım var ama onlar belə dəqiq deyil.Təəccüblüdü bilirəm...

Mən cəmi-cümü 23 yaşında bir oğlanam,kiməm ki?Bir dəqiqə mən insanam...Özümü başqa cür hiss edirəm görən mən kiməm?-dedi,siqareti yandırıb dodaqlarının arasından tüstünü fikirli-fikirli ifadəli baxışlarla üfürməyə başladı...

среда, 6 мая 2015 г.

Tanrının göz yaşı

Bu şəhər mənim sevgimi daşıyacaq qədər
Böyük çiyinə sahib deyil.
İçən,çəkən insanları qınayır hər kəs,
Özü-öz dəryasında batıb bunlara salmayınca meyil.
Əvvəllər Bakını sevə bilərdim,
Yanımda sən olsaydın...
Kaş yadımda ilk tanıdığım kimi qalsaydın.
“Biz tufanların övladıyıq,bizi küləklər qorxuda bilməz”-deyib şair,
Dəmir döyülə-döyülə bərkidiyi kimi,
Sonsuz qadın hər beşik görəndə kövrəlir...
Mən payız qadınıyam yağışlar mənim saçlarımdı,
Siz kədəri sevən insan görmüşdüz?!
Həyatın qəmli tərəfi daha dərin daha anlamlı...
Mən nişan üzüyünü şəhid sevgilisiylə basdıran o qadınam,
Mən xəyallarımda Yağmur adlı qızını böyüdən anayam...
Mən sevgisinin Pərvanəsi,
Mən doğmalarıma yad adamam...
Mən vətənsiz,mən sənsiz,mən yoxdan var olan,
Mən varlığın yoxluğunu qəbullanan,
Mən kitabların obrazında yaşayan,
Mən bir təsirli mahnıdan gecələrcə ağlayan,
Mən illərlə sevdiyim adamın xəyanətindən məhv olan...
Mən zəif insanlara mənəvi güc,
Mən güclü insanların ən zəif yerinə sətirlərimlə toxunan...
Mən tanımadığı adama aşiq olan,
Daha qadın olmadan onun qollarında,
Saçlarım ağ,əllərim qırış,bir yastıqda qocalan...
5ci Fəslimdə bir tərəfi körpə bir tərəfi nurani qadın olan.
Bu qədər dərinə enə bilər mi,insan öz içində?!
Yooox...Mən nə insanam nə də qadınam,
Mən Tanrının göz yaşıyam...