Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 20 октября 2013 г.

Arzularımız

Səninlə bir neçə arzularımız var idi.Tanış olanda mənə təklif etmişdin “Gəl İstanbula gedək.Orda evlənərik,uşaqlarımız da olar,istədiyimiz kimi işimizi də qurarıq”...Xatırlayıram.Sən həmişə istəyirdin həyət evində yaşayaq mənsə sevməzdim.Deyirdin-Həyət evi gözəldi,uşaqları da həyətə buraxırsan sabahdan axşama kimi oynayırlar axşam da çimdirib yatızdırırsan.İllər keçir bir baxırsan ki böyüyüblər.Hasarın dibində güllər əkərik,hovuz tikərik,balaca itimiz də olar..."
Qızımızın olmasını çox istəyirdin.Deyirdin ikinci uşaq da qız olsa olar amma mən həmişə istəyirdim oğlum da olsun.Sənə bənzəyən təbəssümlə,güləndə yanağı batsın,sarışın olsun bizim kimi,gözləri mənə bənzəsin uşaqlarımızın-deyirdin,eynən sənin kimi baxsın mənə qızımız...Saçları sarı,beli incə,əlləri bəyaz,özü də sənin kimi nazlı olsun...
     Biz ayrıldıq.Mən bir neçə müddət Bakıda yaşadım amma sənin yoxluğun mənə ağır gəldi.Sən olmasan belə səninlə olan arzularımızı reallaşdırmaq qərarına gəldim.
     İstanbula getdim yay aylarında.Bir müddət orda işlədim elə həmin vaxtlarda da bir oğlanla tanış oldum.Eynən sənə bənzər : Hündür,sarışın,gülərkən yanağı batan...Qışda evlilik təklifi etdi arzumuz idi apreldə toyumuz olsun mən də toyu aprelə ertələtdim.Açıq havada,canlı piano və sripkanın müşaiyətiylə çox gözəl toy baş tutdu.”Rusalka” tərzi gəlinlik geyinmişdim.Səninlə gəlinlik salonlarını gəzərkən sən demişdin - mən istəyirəm sən elə bir gəlinlik geyinəsən.Geyindim...
     Həyət evi aldıq yoldaşımla.Hovuzlu,hasarın yanında çiçəklər də var idi onlara çox qulluq edirdim.Hər mövsümdə gözəl idi həyətimiz.Sonra yoldaşım mənə balaca it hədiyyə etdi.Həmin ildə mən hamilə idim.Qızım olacaqdı.Adını Yağmur qoydum yoldaşım da etiraz etmədi.Eynən mənim kimi sarışın,incə belli,bəyaz əlləri olan bir qız oldu böyüyüb.Oğlum da oldu sonradan 3 yaş fərqləri var bir-birindən.Onun da adını İsmihan qoydum.Sənin adına bənzəsin deyə...

      Evlilik həyatım sakit keçirdi.Yoldaşımla aramızda heç vaxt böyük problemlər yaşamadıq çünki mən səninlə yaşayırdım onunla yox...O bunu hiss etmirdi mənə çox aşiq idi gözü heç nəyi görmürdü.Hə,bunları yazmaqda məqsədim o idi ki,istədim biləsən bizim qismətimiz bir olmasa da bizim arzularımız həyata keçdi.Bu mənim poçt ünvanımdı.Sən də yaz.Bəs sən nə etdin bizim qalan xatirələrdən?Unutdunmu?Yoxsa həyata keçirdiyin oldumu?Adımı yazmayacam bilirəm bu arzular yalnız bir qadınla yaşana bilərdi ki,o da mənəm.Sənin .....n 
                                                                         Şahzadə

Комментариев нет:

Отправить комментарий