Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 19 января 2013 г.

Mənim həyatım gözəldir...


Çox vaxt qarşıma çıxan insanlar həyatdan gileylənirdilər.Mənsə hər zaman hər kəsə eyni cavabı verirdim:-Mənim həyatım gözəldir...
Həyat sənin tablon sənsə onun rəssamısan.Əgər həyatının uğurlu alınmırsa demək sən uğursuz rəssamsan boyalarını dəyiş.İnsanlar çox vaxt başına gələn uğursuzluqları kimdəsə görürlər.Bu bədbəxt və aciz insanların işidir.Fırçanı düz tut ən sevdiyin rəngi seç və ürəyin istəyən tablonu yarat!Əsas özünə inan.Səhvlərini və başına gələn uğursuzluqları boş ver.Onlar səni kamilləşdirdi.Rəssam boyaları və neçə fırçayla vərəqləri israf etməlidir mükəmməl əsəri yaradana qədər.Bunu unutma !
Çox insanlar mənim kənardan parıltılı və işıq saçdığımı deyir və bunun  səbəbi çoxuna maraqlıdır.Mən özümü sevirəm və hər zaman inanıram.Mən bu həyata yalnız uğur qazanmaq üçün gəlmişəm.Hər səhər oyananda birinci pəncərədən çölə yox güzgüyə baxıram.Mənim günəşim ordadır.Hər işi sevə-sevə edirəm.Ən neqativ şeylərə belə müsbət açıdan baxmağa üstünlük verirəm.Ən gözəl kosmetika-Təbəssümdür.Gülümsəyirəm...Hər kəsə gülümsəyirəm.Bütün insanları özümə cəlb edə bilirəm.Sevgim həyata qarşı həddən artıq çoxdur.Hər zaman sevgi və evlilik təklifləri alıram...Lakin evlilik mənim üçün incə mövzudu bu hər insanla müzakirə olunmaz...Həm...Mənim sevgim ilahidir.Mən Tanrını çox sevirəm.Əsas sevgim odur.Mən bir şeyi gözəl dərk etdim ki,rəsm tablomda insanlardan çox dünyamdaki gözəllikləri əsk etdirim,öz uğurlarımı,hədəflərimi...Mən xoşbəxtəm...
Mənim həyatımı  bir işarəylə əks etdirməyimi istəsəydilər mən not açarı çəkərdim...Mənim işimi təsvir etməyimi istəsəydilər mən əqrəbləri kağız puldan olan saat təsvir edərdim...Məndən dostlarimi təsvir etməyimi istəsəydilər mən 4 fəsli əks etdirən rəsm çəkərdim.Məndən sevgimi,hər şeyimi təsvir etməyimi istəsəydilər Allahı təsvir edərdim.Bu da yəqin ki,boş tabloda parlaq işıq görüntüsü olardı.Korların belə görə biləcəyi rəsm əsəri...
Özünüzü işıqlıqdan və gözəllikdən məhrum etməyin.Həyat gözəldir...
                                                                                                     Şahzadə

воскресенье, 6 января 2013 г.

Mən Fahişəyəm


Mənim adım Ayadır.Yox,Yox bu şərti ad deyil öz adımdı.21 yaşım var.16 yaşımdan fahişəlik edirəm.Daha doğrusu erkək fahişələrin pulunu sovururam.Mənimlə pulsuz kişi istəsə də yata bilmir.Çünki həm ucuz sifarişlərə getmirəm həm də mənim fahişəlik prinsiplərim başqadı.Kişilərə nifrət edirəm.Bəli,bəli,nə qədər qəribə səsləsə də bu belədir.Mən kişilərə nifrət edirəm.Xüsusilə pullu kişilərə.İlk dəfə fahişəliyə də elə pullu oğlanla başlamişdim.Onun adı Ruslan idi.Evimizin  yanındakı hündür mərtəbli binaya köçmüşdülər.Mən evin tək qızı idim anamla qalırdıq.Atam bizi çoxdan atıb gedib heç simasını xatırlamıram.O vaxtda kişi mövzularından zatən yaralı idim.
Ruslanla isə həyətdə tanış olmuşduq.Hər zaman qızların diqqətində idi.Qara Lexus sürürdü gümüşü parıldayan diskləri,hər zaman da şüşələri açıq maşının içindən mahnı səsi küçəyə yayılırdı.Bütün qonşu qadınların arzusu idi Ruslan onlardan birinin qızına tərəf cəmi bir dəfə baxsın.Ruslanınsa diqqətində mən idim.Bir müddət məktəbə maşınla dalımca gəlirdi.Bu mənim müəyyən qədər xoşuma gəlsə də həm də qorxudurdu.Çünki anam məni min bir əziyyətlə tək böyütmüşdü.Çörək sexində işləyirdi bəzən elə olurdu gecə növbələrinə qalırdı.Mənə həm ata idi həm ana...
Ruslan da bilirdi mən kasıb şəraitdə böyümüşəm.Məni bahalı restoranlara aparırdı,əyin-baş alırdı,hədiyyələr edirdi.Bəzilərini evdə gizlədirdim.Bəzilərini isə Fəridənin (rəfiqəm) hədiyyə etdiyini deyirdim.Anam inanırdı.Mən uşaqlıqdan onun-bunun əşyaları ilə böyümüşdüm.Ruslan mənə söz vermişdi ki,mənimlə evlənəcək.O zaman uşaq idim cəmi 15 yaşım var idi Ruslanınsa 20.Ruslan mənim ilk sevgim idi...Münasibətlər dərinləşdikcə cismən də yaxınlaşırdıq.Ruslan bir gün ev tutub məni qonaq çağırdı.Dedi ki-"Evdə bir şey uydur anana gecə evə getmə".Evdə Fəridə gildə qalacağımı dedim anama sabah dərs yox idi.Fəridəyə də tapşırdım ki- "Anam zəng etsə,de ki sizdəyəm".
Ruslanla yemək yeyib televizorda film izləməyə başladıq.Bu an o əlini belimə qoyaraq:
-Ayan,mən 1 ilə əsgər gedirəm.Səni burda necə tək qoyum bilmirəm.Qorxuram mən qayıdana səni anan ərə verə...
Ruslan həqiqətən qısqanc idi.İnternet şəbəkələrinin heç birində oturmaga icazə vermirdi.Telefonumu tez-tez yoxlayırdı.Mağazaya gedəndə belə ondan icazə almalı idim.Ruslan dodaqlarıma yaxınlaşaraq:
-Ayan,məni gözləyəcəyindən əmin etmək üçün mənə bakirəliyivi verərsən?-dedi.
Düzü bunu gözləmirdim.Amma yox deməkdən də qorxurdum.Birdən Ruslan onu tam sevmədiyimi düşünər.Birdən düşünər ki,mənim başqasıyla evlənmək kimi bir planım da var.Qorxdum..."Səninlə olaram"-dedim.Və biz olduq...
Həmin gecədən sonra Ruslan lap çox qısqanc olmuşdu.Məni heç yerə buraxmırdı.Universitetə hazırlaşmağa belə imkan vermirdi.Bütün günü evdə otururdum.Mənə deyirdi ki:-"Mənim həyat yoldaşım işləməyəcək.Mən onu necə lazımdı işləyib saxlayacam.Mən imkan vermərəm hansısa oğraş arvadima işdə göz qoysun.Olmaz!Sən evdə oturmalısan".Amma mən anamı saxlamalıyam.Bunu da hər dəfə Ruslana bildirdikdə o deyirdi ki:-"Ananı da özümüzlə götürəcəyik narahat olma".
Bakirəliyimi itirdiyim üçün müəyyən qədər narahat olsam da,bir tərəfdən də xoşbəxt idim ki,Ruslanım var.Hər gün hər gecə evlilik xəyalları qururdum,özümü gəlinlikdə təsəvvür edib uçurdum....Ruslan da mənimlə mütamadi əlaqədə olurdu.
Və bir gün...Bir gün ürəyim bulandı...Əslində o gündən indiyə qədər ürəyim bulanmaqdadır bu həyatdan və kişilərdən.Daimi halsızlıq və ürək getmələrə görə anam evə həkim çağırmalı oldu.Hamiləliyim məlum olduqda anam məni öncə qusana qədər döydü sonra hər şeyin necə olduğunu soruşdu.Mən danışmalı oldum...
Ruslanın ailəsinə anam şikayətə getdi.Atası anamı dinlədikdən sonra özündən razı şəkildə:-"Qızın qəhbədisə bu sənin günahındı.Cəhənnəm ol evimdən"-deyərək anamı qovmuşdu.Adım çıxmasın deyə anam onları polisə verə bilmədi.Şikayət etsəydi belə "Sadəcə həddi buluğa çatmamış şəxslə cinsi əlaqə"-yə görə iş acacaqdılar onu da ki,elə Ruslanın maşınını satmaqla ört-basdır edəcəkdilər.Anam da avam savadsız qadın olduğundan arxaya çəkildi.Ruslan yoxa çıxmışdı.Nə nömrəsinə zəng çatırdı,nə özü ortalarda görünmürdü.Ailəsi onu hansısa ölkəyə istirahətə göndərmişdi.Qarnım böyüməmiş bir çarə tapmalı idim.Uşağı həm istəyirdim həm yox...Bir axşam Ruslanın atası qulluqçuları ilə evimizə konvertdə abortun pulunu göndərib üstünə də qeyd yazmışdı-"O uşaqdan ən qısa vaxtda qurtulmasanız Ayanın başını əkəcəm"...Konvertin sağ tərəfində də həkimin nömrəsini qeyd etmişdi.Onlar bilirdilər heç bir həkim bu işə yaxın durmayacaq.Artıq planlamışdılar hər şeyi...
Anam pulu götürüb xeyli ağladı.Mənisə hey qarğışlayırdı.Mənim artıq içimdəki göz yaşı dərəsi elə qurumuşdu ki,gözlərimin altı göyərirdi hər gün.
Abortdan sonra evimizdən köçdük.Son dəfə Ruslanın otağının pəncərəsinə baxdım  qaranlıq idi.Gözümdən sadəcə bir damla süzülərək içimə axdı.Bu SON damla idi...
Həmin gündən həyatıma laqeyid yanaşırdım.Tez-tez rəfiqələrimlə içirdik,səhərə qədər barda rəqs edirdik...Və indi mən FAHİŞƏYƏM...Yalnız pullu kişilərlə yatıram.İstədiyim məbləği ödəyirlər.Üstəlik də istədiyim yerimi öpdürürəm.Bədənimə elə baxıram ki,istənilən kişi qabağımda əriyir və fahişə olduğumu unudur.Ən çox bilirsiz nə ləzzət eləyir?Özünü bayaqdan ən bahalı restoranda KRAL kimi aparıb ofisianta barmağıyla işarə verərək bir qaşını qaldırmaqla dünyanın mərkəzi hesab edən "güclü" birinin "Gücünün" ayaqlarımın arasına girənə qədər olmasını görməkdir.Kənardan ən güclü görünən kişi belə qadının 2 ayağı arasında bütün zəifliyini ortaya qoyur!!!
İndi maşınım da var,evim də var.Anamı keçən yay itirdim...Övlad da istəmirəm,ailə də,ər də...
Mən mənəvi fahişələrin mənəviyyatını və pulunu bədənimlə alıb çirkləndirən fiziki fahişəyəm.Mən erkək kişilərin yox,erkək fahişələrin qadınıyam.Erkək kişilər mənə müraciət etmir onlarin 1 qadını olur.
Ayan gözlərini divara zilləyərək çəhrayı parıldayan dodaqlarının arasından siqareti xəfifcə üfürür və:
-"Ruslandan isə hələ də xəbər yoxdu"...