Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

среда, 6 мая 2015 г.

Tanrının göz yaşı

Bu şəhər mənim sevgimi daşıyacaq qədər
Böyük çiyinə sahib deyil.
İçən,çəkən insanları qınayır hər kəs,
Özü-öz dəryasında batıb bunlara salmayınca meyil.
Əvvəllər Bakını sevə bilərdim,
Yanımda sən olsaydın...
Kaş yadımda ilk tanıdığım kimi qalsaydın.
“Biz tufanların övladıyıq,bizi küləklər qorxuda bilməz”-deyib şair,
Dəmir döyülə-döyülə bərkidiyi kimi,
Sonsuz qadın hər beşik görəndə kövrəlir...
Mən payız qadınıyam yağışlar mənim saçlarımdı,
Siz kədəri sevən insan görmüşdüz?!
Həyatın qəmli tərəfi daha dərin daha anlamlı...
Mən nişan üzüyünü şəhid sevgilisiylə basdıran o qadınam,
Mən xəyallarımda Yağmur adlı qızını böyüdən anayam...
Mən sevgisinin Pərvanəsi,
Mən doğmalarıma yad adamam...
Mən vətənsiz,mən sənsiz,mən yoxdan var olan,
Mən varlığın yoxluğunu qəbullanan,
Mən kitabların obrazında yaşayan,
Mən bir təsirli mahnıdan gecələrcə ağlayan,
Mən illərlə sevdiyim adamın xəyanətindən məhv olan...
Mən zəif insanlara mənəvi güc,
Mən güclü insanların ən zəif yerinə sətirlərimlə toxunan...
Mən tanımadığı adama aşiq olan,
Daha qadın olmadan onun qollarında,
Saçlarım ağ,əllərim qırış,bir yastıqda qocalan...
5ci Fəslimdə bir tərəfi körpə bir tərəfi nurani qadın olan.
Bu qədər dərinə enə bilər mi,insan öz içində?!
Yooox...Mən nə insanam nə də qadınam,
Mən Tanrının göz yaşıyam...

Комментариев нет:

Отправить комментарий