Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

суббота, 19 марта 2016 г.

Əxlaqın ƏXLAQSIZ keşikçiləri

Dünən statusların birində Azərbaycan qadınlarının aliliyini,bütün dünya qadınları arasında ən sadiq və ən fədakar olmasını qeyd edən adminə 2-3 kişi user hücum çəkərək "Sən orda burda verənlərdən yaz","Tikdirib ərə gedənlərdən yaz","Yalan danışıb özünü yetimin birinə sırıyanlardan yaz" deyərək hərbi hissə yaratmışdılar commentdə.(Status Antalyada istirahət edən bir oğlanın şəxsi yazısı barədə idi) Yazıram oxuyun: Son dövrlər Azərbaycanda həqiqətən bu hallar çoxalıb.Qadınlar çox vaxt yalan danışmaq,tibbi yolla bakirəliyi bərpa edib nigaha girmək,aldadıldıqdan sonra və ya nigaha qədər qeyri-təbii yolla cinsi əlaqəyə məruz qalırlar.Çönüb deyirsiz ki onlar fahişədi.Fahişədirsə onunla yatan kişi kimdi bu sualı vermisiz? Əgər bir qadın bakirəliyini itirdikdən sonra yarı yolda buraxılırsa,buna səbəb Gülnarədi ya Fəridədi? Təbii ki günahkarlar Sədrəddinlər,Eminlər,Səlimlərdi də.Bəs bir yandan azad sex qışqırıb bir yandan EV QIZI axtaran kimdi mənəm?! Bütün günü sosial şəbəkələrdə "Bizə verən yoxdue qaqa 31 çəkməkdən ovcumda yara açılıb" yazan kimdi Aygünlərdi ya Səbinələr? Siz kişilərsiz də qadınları məcbur edən,başını bişirib,min yola girib," Var-yoxunu s..kim səninlə evlənmiyən oğraşdı" deyib qızın ayağının altına anasını atan kimdi sizin bəzi həmcinsləriniz deyil? Qadından bakir olmadığınız halda bakirəliyi nə haqla tələb edirsiz? Siz bəyəm süddən çıxmış ağ qaşıqsız ? Cinsi orqanına bant vurub gərdəyi gözləyən neçə kişi var sorğusu keçirilsə 1 ya 2 nəfər oğlan tapılar "Mən bakirəm" deyə bilən.Azərbaycan gəncliyi azad sexə hazır deyil hələ bir 100 il də hazır olmayacaq.Yalnız bizim cəmiyyətdədi qadına 1 qaşıq qana görə dəyər verənlər.Qadın vaginadan ibarət deyil Qadın insandı.Onu fahişəyə çevirən yenə də kişidir ! Siz deyilsiz kukla kimi həyat yoldaşını qoyub az qala itə də tamah salan? Nədən danışırsız,yoldaşlar? Yalnız bizim cəmiyyətdədi cinsi əlaqədən sonra sevdiyi qadına pozğun deyən (istisnalar var) Adam tanıyıram nişanlanmışdı qızla əlaqəyə girib qızı pozmuşdu sonra da nişanı qaytarmışdı ki "Sən yaxşı qız olsan mənə verməzdin toya qədər" ! O qadın Azərbaycan kimi cəmiyyətdə nə etməlidi ? Bakirəliyin tibbi yolla bərpasına mən də pis baxıram.Ən iyrəndiyim şeydi,o ən axırıncı yoldu,sözün bitdiyi yerdi.AMMA ! Aldadılmış,hissləriylə oynanılmış qadın sizə bakirə olmadığını desə,düzünü danışsa guya qaça-qaça evlənəcəksiz onunla? Siz deyilsiz bağçada qızın qarşokda oturmağını belə görməyən heç bir oğlanın görmədiyi qızın sorağında olan? Siz deyilsiz xaricdəki qadın-kişi münasibətlərinə həsəd aparıb,cinsi tələbatın yoxluğundan porno saytlarda oturan və bundan şikayət edən? Hər şeydə qadını günahlandırmaq olar bu ən asan yoldu ama qadınlar nəyəsə məcbur qalırsa sizin bəzilərinizin çürük beyninin ucbatından məruz qalır.A kişi,siz zorlanan qıza "Qəhbə" deyən adamlarsıze bir qız zorlananda xəbərin altında commentə az qalırsız yazasız ki "Yaxşı qızın vaginası olmaz.Varsa zorlanmalıdı" Bunları yazan siz deyilsiz hansı dürüstlüyü tələb edirsiz qadınlardan? Bəli,qadın həyatını quracağı adama hər şeyi danışmalıdı ama o insan da doğru adam olmalıdı,ADAM kimi ADAM olmalıdı day gedib orda burda "Qaqa bir dənə qız tutmuşam açığdı gecə gündüz qaqanız şəpliyəcəyee ona" deyib özü kimi kəmərdən aşağı dostlarına danışmamalıdı.Cəmiyyətdə bir qadının adı çıxırsa kişilər bir başa günahkardı.Hər fahişə qadının arxasında ya şərəfsiz qardaş,ya şərəfsiz ata ya da şərəfsiz ƏR dayanır.Bəli,qadının öz iradəsi olmur hər zaman,hər qadın güclü,dərrakəli,zəkalı ola bilmir hər zaman.Bəzi qadınlar hisslərinə yenik düşür,bəzi qadınlar nəyinsə badına gedir kaş bütün qadınlar ağıllı olardı ama olmur,ola bilmir,təhsilsizlik ucbatından mı, cahilliyindən mi olmur,ola bilmir ! Onda onu ortalarda buraxmaq,haqqında min söz danışmaq lazımdı? Sən yaxşı ol yatma o cür qadınla.Sən əxlaqlı kişi ol bax o zaman qarşına necə qadınlar çıxır.Bütün kişilər oğraşdı deyən qadınlarla bütün qadınlar qəhbədi deyən kişilər eynidi.Siz düzgün oldunuz da hər zaman yalnışa mı rast gəldiniz? Siz əxlaqlı oldunuz da həmişə qarşısınıza pozğunlar mı çıxdı? Sizə heç qəribə gəlməyib ki,bəlkə siz nəyisə səhv edirsiz?! Xahiş edirik,əvvəla qadınlara toxunmayın əgər bacarsınızsa cinsi tələbatınızı da toya qədər ödəmiyin.Yox dözə bilmirsinizsə "Mən kişiyəm axı mən qıçıma bağlayım gəzim?" deyirsinizsə bir-birinizi zorlayın,qadınlar bakirə qalsın.Mən hələ indiyə kimi bir-birinin bakirəliyini pozan qadın görməmişəm məsələn. Azərbaycan qadını ən ali,ən sadiq ən fədakar varlıqdı.Səni də Azərbaycan qadını doğub,məni də Azərbaycan qadını doğub və mənim bu fikrimə qıcığ olursansa sən şərəfsiz yoxe insanlıqdan əsər əlamət olmayan məxluqsan.Təhminə və Zaur filmində deyildiyi kimi "Kişi məlaykəni fahişəyə çevirən adam deyil.Kişi,fahişəni məlaykəyə çevirən adamdı".Əgər sən də Zaur kimi "Mən bunu bacarmadım" ya da "Bacarmaram" deyirsənsə Təhminənin təbirincə desək " Rədd ol,burdan get" və bir də özünə "Mən kişiyəm" demə ! Kişilik kişi cinsi orqanıyla ölçülmür.Heç kimə də pozğun deməyin.Hamımızın evində qadın var,qarşıda övladımız,gəlinimiz olacaq.Hələ heç kim bilmir öz ailəsindən necə qadın çıxacaq və həyat kimə nə hazırlayıb.Hər şeyi dinə,İslama bağlayırsınızsa onda Məhəmməd Peyğəmbərin fikrini qulağınızda sırğa edin: -Kimsəni qınamayın.Qınadığınız şey başınıza gəlməyincə ölməyəcəksiz. Sonda isə "Qadınlar kişilərdən çox yalan danışır" dəyənlərə səslənirəm: Kişilərin yalan danışmamaq lüksu ona görədi ki,siz nə etsəniz də "O KİŞİDİ ONA OLAR" deyib üstündən keçilir və siz çox da məcbur qalmırsız yalan danışmağa.Elə bu səhifənin də əsas məqsədi odur ki,hüquqların bərabər olduğunu beyninizə yeridək və sizə görə nə normaldırsa biz də eyni şeyi edə bilərik qarşılıqlı anlaşaq bu mövzu bağlansın birdəfəlik.Əxlaqın cinsiyyəti yoxdu əgər kişilərlə nigaha qədər yatan qadın fahişədirsə,qadınlarla evliliyə qədər yatan kişi də fahişədir. Bir də ki, yenə təkrar edirəm Namusu qadının qıçının arasında yox BEYNİNİZDƏ axtarın.Tapsanız sizi TƏBRİK EDİRİK siz ADAMsınız !
            

Комментариев нет:

Отправить комментарий