Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 24 апреля 2016 г.

Şeir Qadın


Səndən gedən gün qürur dağılmışdı ürəyimə bir az,
Nə edim,həssas qadınam ağır gəldi etdiklərin.
Bağışla dedin,bağışlaya bilmədim,Sevmirsən?-dedin,
Sevgi nəyə gərəkdir ki,yarım,mən sevginin elə özüyəm...
Məsafələr ayırır bizi,bu uzaq məsafələr,
Sən də bilirsən duyğusal insanam həm də bu aralar.
Qəmin şah əsəri?-desən,”Tanrının göz yaşıyam” deyərəm,
Burax gəmginliyi gəl mən həm də xoşbəxtliyin elə özüyəm.
Yağışlar damlasa saçlarıma rəngi qızılı olar,
Demişdim axı 4 fəsil varsa mən Payız qadınıyam.
Danışsam həzin-həzin lirik musiqi yaranar,
Burax mahnıları gəl mən not açarının elə özüyəm.
Sənsizlik ağır olur bəzən gecələr,
Üstümə gəlir divarlar,qaranlıq göylər.
Gəlmək istəsən bir gün gözləmə səhəri,
Dur yığış gəl gecəynən mən günəşin özüyəm.
Səsini eşidən anda içim gedir mənim,
Kəpənəklər uçuşur çəhrayı dünyamda.
Mən həm səbr edirəm həm də dözmürəm,
Mən bəlkə də dözümün elə özüyəm.
Darıxırsansa mesaj yaz üzülmə sən mənsiz,
Unutma kinli deyiləm cavab yazacam.
Bax neçə misra yazılıb illərdi sənə,
Mən şeir yazan qadın deyiləm,şeirin özüyəm.


Комментариев нет:

Отправить комментарий