Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

воскресенье, 26 октября 2014 г.

Pərvanə


Salam.Mənim adım Arzudu.Bilmirəm kimin arzusu olmuşam ama mənim arzularım çox olub.Məni məhv edən arzuların “Arzu”su olmuşam mən.Nə zaman kimisə sevsəm,nəyi istəyib ona çatmağa çalışsam məni məhv edib.Dostlarıma çox bağlı insan idim mən.Sonra anladım hamısı sadəcə xoş gündə insanın yanında olan varlıqlardı.Valideynlər də bəzən səninlə mənfəət olaraq davranır.”Səni dünyaya gətirmişik ki,böyüyəndə bizə baxasan”.Dünyaya gəldiyin gündən sənə məqsədli davranırlar biz dostların bizi istifadə etməsindən niyə inciyək ki?Sevgi desən...O daha böyük axmaqlıqdı bu şəhərdə.Bir cəmiyyətdə ki,qadına “seks maşını” olaraq yanaşırlar hansı incəlikdən,romantikadan söhbət edək?
Mən çox həssas insanam.Sevgiyə də,romantikaya da ac biriyəm.Bu məni məhv edir.Hər dəfə inanmağa çalışıram,sınayıram,hər cəhtlə hiss etmək istəyirəm ama mən daş heykəllərin içində “ipək qəlb” axtardığımın fərqinə varanda pərişan oluram.
Ağlamaq,günlərcə üzülmək,dərinə getdikcə batmaq sonra öz saçlarından özünə “kəndir” düzəldib içində olduğun quyunun içindən çıxmağa çalışmaq...Dərinə batmaq bir çür ağrıdır ruhu,quyudan çıxmaq başqa cür.
Əylənmək,süni gülüşlər,guya sən dünyanın  ən pozitiv insanısan kimi davranmaq,sakitlik axtarmaq,kimsənin səni görmədiyi yerə çəkilib ağlamaq,sonra solğun cizgilərini kirşanla canladırıb heçnə olmamış kimi günə qaldığın yerdən davam etmək...O belə səni sən bilmədən məhv edir...Hər şeyin yaxşı olmasına çalışdıqca MƏHV OLMAQ teoriyası...Nə qədər də qəribədi.Bu bir telefon almaq üçün 2 ay işləyib pul yığmaq kimi bir şeydi.Bir dənə yaxşı bir şey olacaq deyə,sən 2 ay vaxtını,əsəbini,sağlamlığını itirirsən.

Pərvanə...Gərək mənim adım Pərvanə olaydı.Həmişə sevdiyim şeylər məni məhv edib.Yazmağa başlamaq səbəbim də elə bundandır.Məhv olan şeylərimi yazmaqla təsəlli edirəm.Bəzən yaşamaq istədiklərimi,bəzən artıq yaşamış olduğum şeyləri qələmə alıram.İnsanlar oxuyur,həzz alır,-“Gözəl yazmısan,Necə qəşəng sətirlər var”-deyir,heç fərqinə belə varmadan ki,sizin oxuyarkən həzz aldığınız cümlələr məni məhv edən hadisələr əsasında yazılır...Mən sevdiyim insanların “Pərvanə”siyəm,ya da mən hansısa pərvanənin “Arzu”suyam,bədənimdə yuva qurub zaman-zaman ruhumu “yandırmaq üçün....

Ocaq deyək dünyanın dərdini daşıyanlara,
Nur deyək,Pərvanə ömrü yaşayanlara...

1 комментарий: