Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

пятница, 20 февраля 2015 г.

Heç kim üçün dəyişmə !

Geniş çevrəmin olduğu hər kəsə məlumdur.Mənim ətrafımda olmaq və mənimlə yola getməyin sadə bir “açarı” var.Empatiya qurmaq və humanist davranmaq.Əlbətdə bu keyfiyyətlər üçün də yalnız bir şey vacibdi.Dərin dünya görüşü.Hər cür insanla ünsiyyət qura bilərəm.Tək ünsiyyətdən qaçdığım və özümü qoruduğum tip TƏRBİYƏSİZ tiplərdir.Qalan hər kəslə yola gedə bilir hətda dost oluram.Hal-hazırda yanımda ateist,hicablı,masonlarla maraqlanan,model,yazıçı,rəssam,musiqiçi,milliyətçi,kapitalist,sosialist,anarxist,aqressiv,dilçi,kimsəsiz və s tipli insanlar var və mən onların hər biriylə çox mükəmməl münasibət qura bilirəm və tez-tez ünsiyyətdə olub bəzən dərin şeyləri paylaşırıq da.Bilirsiz niyə mənim bu qədər müxtəlif fikirli insanlarla dostluğum alınır?Çünki mən EQO deyiləm.Çünki mən həyata qarşımdaki insanın prizmasından baxmağı bacarıram(İstisna:Həyatda heç bir məqsədi olmayan və tərbiyəsiz insanlar).

Bəzən yaxınlarım deyir ki,necə bu qədər fərqli tipdə insanları bir araya gətirə bilirsən?Əlbətdə ki,onlar da heç kimə zorla öz idealogiyasını yeritməyə çalışmırlar ona görə məndə bu alınır.Hərdən çox söyüş söyürəm,hərdən əsəbi oluram,hərdən duyğusal oluram və mənim bütün hallarda ruh halıma uyğun danışa biləcəyim insanlar var yanımda.Bəzən kənardakı insanların həyatına baxıram və sadəcə təəssüf edirəm.Onlar kiməsə xoş görünmək üçün nə isə edir,kiminsə yanında “bomba” görünmək üçün hansısa markadan telefon işlədir,kimlərsə danışmaq istədiyini dilinə gətirə bilmir çünki kənardan yarqılanmaqdan qorxur və s.Məni də olduğum kimi sevməyən kütlə var əlbətdə lakin mən bu dünyaya kiməsə nəyisə sübut etmək üçün gəlməmişəm-şüarı ilə yaşayıram.Əgər mənim əynimdəki don kiminsə zövqündə deyilsə mən bunu heç kimə sübut edə bilmərəm ki,bu don həqiqətən çox zövqlüdü.İnsanları anlamağa,onları qınamazdan əvvəl onları bu duruma salacaq nələrin baş verdiyini araşdırın.Heç vaxt da kiminsə qınaq obyekti olacağınızı düşünüb hər hansı cəsarətli addımı atmaqdan çəkinməyin əsla.Sizi müzakirə edirlərsə demək ki,siz varsınız,uğurlu insansınız və sizə qibtə edirlər.Mənim bu gün nail olduğum nə varsa bədəlini ödəmişəm artıqlamasıyla.Əsəb də sərf etmişəm,yuxusuz gecə də,göz yaşı da,sevgi də,nifrət də.Mükəmməl gözəllik əldə etmək üçün çox çirkinlik görməlisən-bu qanundur.Son illər ruhuma zidd cəmiyyətdə yaşamaqdan qələmim küsüb biraz.Əvvəlki kimi “vulkanlar püskürmür” içimdə düzdü ya da “püskürəndə” yazmaq həvəsim olmur.Biz elə bir neqativ və qara şəhərdə yaşayırıq ki,burda rəngli geyinəni adi qəbul etmirlər.Bu yerdə Ali Khayyamın misrası yadıma düşür “Əyri yeriyənlər şəhərində düz gəzənlərə gülərlər”.O yüzdən heç vaxt dəyişməyin,heç kəsi də dəyişdirməyə çalışmayın.Zira insan dəyişmir.Və nəyisə itirdikdə və ya kimisə təəssüflənməyin.Güclü olun.Evrən nəyi alırsa sizdən daha yaxşısını verəcək demək ki.Əsəbləşmək istəyəndə əsəbləşin,ağlamaq istəyəndə ağlayın,qışqırmaq,küçədə rəqs etmək istəyəndə rəqs edin,yetər ki,olduğunuz və içinizdən gəldiyi kimi davranın.Uzun müddət tək qalmalı olsanız belə yenə də olduğunuz kimi qalın.Təbii tənhalıq süni birlikdəlikdən  daha yaxşıdır.Özünüz olmaqdan qorxmayın.Və nə olur-olsun əsla,əsla,əsla HEÇ KİM ÜÇÜN DƏYİŞMƏYİN.Əlbətdə sizi olduğunuz kimi sevən insanlar tapılacaq,onlar var,mənim yanımda olan insanlar kimi J

Комментариев нет:

Отправить комментарий