Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

вторник, 12 января 2016 г.

Mən də insanam...

Salam.Mənim adım Dianadı.Mən artıq 10 ilə yaxındır Türkiyədə yaşayıram.Trans qadınam.Yalnış bədəndə doğulmuş ruham.İnsanlar məni qəbul etmir,çox yerdə təhqir olunur,şiddətə məruz qalır,səbəbsiz döyülürəm.Tək günahım homosseksual olmağımdı.Anlayırsız?Mən pis heçnə etməmişəm,cinayət işlətməmişəm,heç kimin duyğularıyla oynamamışam.Mən sadəcə kişi doğulub özümü qadın kimi hiss etmişəm.Elə bilirsiz bu mənə asan idi?Elə bilirsiz mən toplumdan "dışlanmaqdan" zövq alıram? Bilirsiz neçə dəfə psixoloqa müraciət edib yaxınlarım? Bilirsiz neçə dəfə intihar etmək istəmişəm? Siz bilirsiz dünyanın ən yaxşı insanı olduğun halda belə sadəcə trans olduğuna görə insanların səni qəbul etməməsi hətda ailənin səndən imtina etməsi nə deməkdi? Pozğunuq hamımız deyirlər.Niyə pozğunuq niyə seks xidmətçiliyinə sürüklənirik heç maraqlandınız?Hansı işə getdimsə şəxsiyyət vəsiqəmdə cinsim kişi göstərildiyi üçün ələ salındım,ironik baxışlara tuş gəldim.Məni anlayan insanlar adətən LGBT üzvləri olur bir də feminist qadınlar.Toplumda çox az insan mənim cinsimə yox mənəvi sahib olduğum şeylərə dəyər verir.Mən sizdən məni sevməyinizi istəmirəm.Məni insan olaraq qəbul edin.Mənim cinsimi,irqimi,dinimi,dilimi boş verin.Mənim duyğularım var,mən də incinə,mən də ağlaya mən də sevinə bilirəm.Dəfələrlə ən qatı dindarlar Qurandan stat gətirdilər "Allah verən canı yalnız Allah ala bilər" və "İntihar Allahın ən bağışlamadığı məhfumdu" Onda niyə bizə sosial şəbəkələrdə ölüm arzuladınız,döyərək öldürməyə cəhd etdiniz,öldürdükcə belə insanlar ölən yoldaşlarımın arxasınca sevinirmiş kimi rəylər yazaraq duyğularımızla oynadı? Niyə trans ölümü adi heyvan ölümündən də sadə gəlir cəmiyyətə? Niyə bizi intihara sürükləyirsiniz?
İnsanlara olan sevgim sonsuzdu.Mən həyatı sevirəm.Keçən il bütün trans qadınlarla yığışıb maliyyə topladıq öz aramızda.Sağ olsunlar feministlər də dəstək oldu.Türkiyədə Eylul Cansın adına zorakılığa məruz qalmış və ailəsi tərəfindən imtina olunmuş həm qadınlar həm də homosseksuallar üçün sığınacaq açdıq.Mənim ayrıca heyvan sığınacağı açmaq barədə də planlarım var.Uşaqları çox sevirəm çünki onlar üçün fərqi yoxdu sən kimsən,nəçisən,cinsin nədir.Onlar məni küçədə görəndə gülümsəyir,əl sallayır,danışdırsam aqressiyasız cavab verirlər böyüklərdən fərqli olaraq.Əslində mən bütün dünyanı bağrıma basmaq istəyirəm.Amma onlar məni qəbul etmir çünki mənim cinsim fəqrlidi,çünki mən özümü doğulduğum bədəndə hiss etmirəm.Mən alçaq kişilərdən fərqli olaraq kişi qiyafəsində gəzib kişilikdən kənar olmaq qalsın bir qırağa qeyri-insani davranmaqdansa TRANS qadın olub vicdanlı,insani davranmağı daha üstüm tutdum.İnanın ki,yaşadığım həyatdan zövq ala bilmək üçün çox çalışıram,Həyatda ən çox qorxduğum şey birini üzməkdi.Çünki üzülməyin necə bir şey olduğunu,tək qalmağın nə olduğunu,hər kəs tərəfindən imtina olunmağın nə olduğunu taa dərinlərindən bilirəm.Mən də istəməzdim Tanrı belə "səhv" etsin amma olur bəzən.O məni yaratdığı kimi sevməlidi.Bəzən mənə deyirlər ki "Cəhənnəmdə yanacaqsan çünki sən cinsini dəyişdirmisən,çünki kişi olaraq doğulub qadın kimi davranırsan" Sonra da deyirlər " Tanrı istəməsə göydən yarpaq düşə bilməz" Əgər o istəsəydi mən belə davrana bilməzdim.Öz yaratdığını özü bəyənməyən bir varlıq zatən mənim Allahım ola bilməz.Mənim içimdə tam başqa bir dünya,tam başqa bir inanc və tam başqa bir Tanrı var.O yaratdığı hər kəsi olduğu kimi sevir.Bir az əvvəl dediyim kimi mən 29 yaşında bir trans qadınam,duyğularım var,mən də ağrı hiss edirəm,mən də ətdən sümükdənəm.Məni sevin demirəm məni sadəcə qəbul edin.Mən də insanam...

1 комментарий: