Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

четверг, 14 июня 2012 г.

50 AĞ QIZILGÜL


Güzgü qarşısında dayanır ağ saçlar,

Solğun qırışmış dəri solğun dodaqlar.

Köhne kasmetikalarin içindən götürür pomada,

Ənlik,kirşan o bəzənir amma cizgilər pərişan.

Yadına düşür nəsə açır dolabı,

Asılqandan çıxarır o bəyaz paltarı.

Dolan gözləri gülümsəyir dodaqları deyir:

-Həəə bunu geyinəcəm axı belə o məni daha çox bəyənir.

Görəsən nurani  kimin görüşünə tələsir?

Astaca geyinir qadın həyəcan keçirir.

Yarı seyrəlmiş saçlara əvvəllər  taxardı gül,

Çox düşünür bu dəfə ag saçları qara tül örtür.

Evdən çıxır pilləkənlərlə ehmalca aşağı düşür,

Gecikirmiş kimi yol boyu həyəcanla addımlayır,

Avtobus dayanacağı...

O bilirdi bu yol onu aparır ona,

50 il əvvəl olduğu kimi onun görünüşü qaydasında,

Çatır ünvana...Mağazadan 50 ağ qızılgül alır,

O bunları kimə aparır?Məzarlıq...

O qəbirə yaxınlaşır...Baş daşının tozunu yaylığıyla alır,

Nəsə danışır:

-Həyatımda ilk səni sevdim,

Hər zaman yanımda olacağına söz verdin,

Zalım fələk fırlatdı çarxını aldı əlimdən səni,

Sənin üçün darıxdım...

Bu gün bizim toyumuzun tarixindən keçir  50 il...Xatırladım...

Hər zaman sən gələrdin görüşümə qırmızı çiçəklə,

Bu günsə mən 50 ag qızılgül hər biri 1 ilinə hədiyyə,

Bəxş etdin mənə...

Səhv etdim!Sənə “mənsiz ölərsənmi “-sualını verərkən,

“Sən həyatdan gedərkən məni də özünlə aparacaqmısan?”-Sualını verməliydim sənə.

Sənsə-“Hə” deyərək mənə söz verəydin gərək...

Комментариев нет:

Отправить комментарий