Bura mənim dünyamın sadəcə bir hissəsinin əksidir...

четверг, 14 июня 2012 г.

Sən həmişə mənimləsən...


Bu gün yenə avtobusla yol gedirdim.Uzun yol deyildi qət etməli olduğum amma mən bu yol heç bitməsin istədim...Arxa oturacaqlardan birində əyləşdim yanımdakı oturacaqda sən var idin.Amma biz heç danışmırdıq mən sadəcə hiss edirdim sənin varlığını.Bəxtimdən yanımda başqa biri əyləşmək istəmədi avtobusa minənlər başqa oturacaqlarda otururdular mənim yanımda sən idin...Yol boyu mən susurdum elə sən də...Telefonu çıxarıb tənhalıqdan bir not yazdım qeydlərə sən heç soruşmadın nə yazıram deyə...Nə yaxşı ki heç fikir vermədin yazdıqlarıma yoxsa yenə deyəcəkdin ki,”mən yanında ola-ola niyə ayrılıqdan yazırsan yenə”?Doğrudur özüm də oturub dərinə gedəndə anlayıram ki,tək olmadığım halda niyə tənhalıqdan yazım ki?Şəhərə çatdım.Xəfif külək vardı həmin gün.Yanımda idin sən də...Şəhəri gəzdik söhbət edirdik amma heç kim bizi eşitmirdi.Mən səninlə danışırdım elə bil sən də eşitmirdin amma heç bir fikrimə nə etiraz nə təsdiq bildirmirdin.Çox asandı səninlə ünsiyyət qurmaq.Nə vaxt istəsəm danışırsan mənimlə nə vaxt sussam sən də susursan.Evə də getdik.Şam yeməyi hazırladım.Bir boşqab da sənin qarşına qoydum.Sən yemədin.Heç barmağını da vurmadın.Yooox..Ona görə yox ki,sən bəyənməmişdin dadını.Canım sevgilim sən düşünürdün birdən mən doymaram ya da ac qalaram öz payını da saxlayırdın mənə...Gecələri birgə yatırdıq.Yanımda uzanırdın heç toxunmurdun hisslərini ələ alırdın hər gün.Mənə qiymazsan bilirəm...Ona görə səni yatağıma qədər yaxına buraxırdım...Hərdən səhərədək danışırdıq səninlə.Suallar verirdim sənə.Qorxurdum bezərsən onlardan özüm özümə cavab verirdim sənin yerinə.Sən susursun...Bir gecə anam eşitmişdi səninlə söhbətimizi .Yoox bu gün deyəcəm ki,-”sən artıq neçə gecədir ki yanımda yatırsan.Öldürməyəcəklərki məni səninlə heç öpüşmürük də.Sadəcə uzanırsan da yanımda”.Hə belə də oldu amma gecə yox.Səninlə günorta söhbət edirdim ki anam içəri daxil oldu:-“Qızım,kiminlə danışırsan?-dedi.

-Sevgilimlə ana...

-Telefonda?

-Yoox onu görmürsən yanımdadı...

-.........

-Baaaax burdaaa.Yenə görmürsən?

-.....(anam kövrələrək qapını bağladı)

Sonra həkimlər gəldi.Hmm...Məni dəli hesab edirdilər.Sənin yanımda olduğunu onlara hər cür sübut etməyə də çalışdım.Səni  təsvir də etdim.Dedim:-Vallah yanımdadı hər yerə bir yerdə gedirik son vaxtlar.Heç kimin belə sadiq sevgilisi yoxdu.Axı kim bu qədər onu sevən insanın yanında olur?Onlar paxıllıq edirdilər mənə.Həkim qadın idi.Hə!Hə!Axı onu bu qədər sevən biri olmayıb.Bədbəəəəəxt necə inansın axı mənə?Əvvəlcə evimizə gəlirdi o qadın.Sənin barəndə sözlər alırdı məndən.İfritə!Mən də həmişə səni tərifləyirdim səni çox sevdiyimi deyirdim.Bir gün paxıllığından mənim arxamca maşın da göndərdi.Məni evdən ayırdılar ağ otağa bağladılar.Əynimdə də ağ geyim vardı.Ətrafdakılar mənə psix deyirdilər sən yenə susurdun.Axı niyə?Sən sadəcə mənim dalımca gəlirdin.Bir şeyə sevinirəm məni ağ otağa bağlayanda sən də mənimlə girdin bura.Nə fərqi varee bura ya ev?Əsas yenə biz bir yerdə yatırıq,söhbət edirik.Təkcə yemək gətirən xaladan istəmişdim mənə 2 qab gətirsin.Yalandan deyirdim ki:-Doymuram.Əslində isə sənin üçün sifariş verirdim onu.Sən yenə yemirdin.O qab qalırdı.Bir gün bir qab yemək gətirməyə başladılar artıq o xala mənim sifarişimi nəzərə almırdı.Mən də səninlə yeməyimi bölmək istədim.Yarısı yeyirdim yarısını yox.Axı qorxurdum ac qalarsan...Həkimlər yeməyi niyə sonadək yemədiyimi soruşanda “Sevgilimə saxlayıram yarısını o da yesin” dedikdə onlar mənə hər gün iynədə maye yeritməyə başladılar.Mən qışqırırdım.Sənsə yenə susurdun.Axı niyə?Birdən bədənim keiyirdi.Mən sənə baxırdım.Sən mənimlə idin ağrılarımı da gözlərində görürdüm.Sən də bilirdin məni çox incidir.Həkim məndən soruşanda ki:-Bəs biz niyə sənin sevgilini görmürük?

Mən cavab vermişdim ki:-O mənə çox sadiqdi.O təkcə mənim onu görməyimi istəyir bütün gözlərdən gizlənir.

Elə həmin gündən sonra o həkim qadın əsəbləşmişdi deyəsən.Axı kimin sevgilisi belə edib?Hamı bir-birini görür onlar sadiq deyillər.Bir tərəfdən də mən sənin qədər möhtəşəm bir insan olduğunu çox istərdim onlara göstərmək...Əlimi ürəyimə qoydum:-”Onlar” təəssüki səni görmülər amma sən həmişə mənimləsən...Qoy görməsinlər...Bilməsinlər...Əsas mən səni hiss edirəm...

Комментариев нет:

Отправить комментарий